Moskva Birjasına qarşı sanksiyalar nə ilə nəticələnə bilər?
İyunun 12-də ABŞ Rusiyanın Moskva Birjasına, Milli Klirinq Mərkəzinə və Milli Hesablaşma Depozitarına qarşı bloklayıcı sanksiyalar tətbiq edib. Moskva Birjasına qarşı sanksiyalar nə deməkdir?
Marja.az bu barədə Rusiya mətbuatında dərc olunmuş şərhlərdən bir nüçəsini təqdim edir.
- "Birja vasitəsilə valyutanın alınması investorlar üçün iqtisadi cəhətdən cəlbedici idi, lakin indi bu pəncərə bağlanıb: görünür, dollar və avro indi evdə yalnız kağız şəklində saxlanılacaq",- "Pen & Paper"ın baş tərəfdaşı Anton İmenov deyir.
- BKHK hüquq firmasının (BKHK law firm) ortağı Roman Xaminski deyir ki, Rusiyada dollar və avro ilə ticarət birjadankənar bazara keçəcək ki, bu, əlbəttə ki, daha böyük spredlər və daha az şəffaf məzənnə ilə daha az gəlirli olacaq.
- "Çox güman ki, ABŞ-ın Moskva Birjası qrupuna daxil olan şirkətlərə qarşı sanksiyaların tətbiqi təkcə dollarla deyil, digər valyutalarda da hesablaşmalara təsir göstərəcək", - İmenov əlavə edir.
- Bunun məzənnəyə necə təsir edəcəyini birmənalı şəkildə söyləmək çətindir, - "Renessans Capital"ın baş iqtisadçısı Oleq Kuzmin deyir: "Yaxın bir neçə gündə rubl bir qədər zəifləyəcək. Sonra isə dollar və avro alışı ilə bağlı əlavə xərclərin yaranması səbəbindən təsərrüfat subyektlərinin valyutaya tələbi bir qədər azalacaq".
Xəbər verdiyimiz kimi, Moskva Birjası iyunun 13-dən dollar və avro valyuta cütlükləri ilə ticarəti dayandırıb. Eyni hal bu iki valyuta ilə hesablaşılan törəmə alətlərə də aiddir.
İyunun 13-nə keçən gecə Mərkəzi Bank Honq-Konq dolları ilə də ticarətin dayandırılması barədə qərar qəbul etdiyini açıqlayıb. Cümə axşamı, valyuta bazarında və qiymətli metallar bazarında, eləcə də Moskva Birjasının törəmə alətləri bazarında ABŞ dolları, avro və Honq-Konq dollarından başqa, digər valyutalarda hesablaşmalar üzrə ticarət sessiyaları Moskva vaxtı ilə saat 9:50-də başlayıb.
Rusiya Mərkəzi Bankının açıqlamasında bildirilir ki, birjadankənar bazarda dollar və avro ilə əməliyyatlar davam etdiriləcək. Moskva Birjasına qarşı sanksiyalar tətbiq etdikdən sonra Rusiya Bankı rəsmi məzənnələri necə təyin edəcəyini izah edib. Mərkəzi Bank bank hesabatlarından və birjadankənar ticarət platformalarından gələn məlumatlardan istifadə etməyə başlayacaq. Tənzimləyici belə bir alternativ proseduru hələ 2022-ci ilin oktyabrında Moskva Birjasına qarşı sanksiyaların tətbiqi halı üçün hazırlayıb və qəbul edib. Son vaxtlara qədər dolların və avronun rubla rəsmi məzənnələri Moskva birjasında valyutalarla bağlanmış əməliyyatlar üzrə orta çəkili məlumatlar əsasında müəyyən edilirdi.
"Şirkətlər və vətəndaşlar Rusiya bankları vasitəsilə dollar və avro almağa və satmağa davam edə bilərlər - vətəndaşların və şirkətlərin hesablarında və əmanətlərindəki dollar və avrodakı bütün vəsaitlər təhlükəsiz olaraq qalır",- Rusiya Mərkəzi Bankı əmin edir.
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
5 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
-
2 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
- 2 gün sonra
- 14 d. əvvəl
-
45 d. əvvəl
"Assist Finance" istiqrazlarına tələb təklifi 38,5 faiz üstələdi
-
1 saat əvvəl
Ağ Ev: Rusiya və Ukrayna Oleşki şəhərində müvəqqəti atəşkəsə razılaşıb
-
1 saat əvvəl
Naxçıvanda yeni tekstil istehsalı yaradıla bilər – İnvestorlarla görüş keçirilib
-
1 saat əvvəl
Böyük şirkət istismara yararsız texnikalarını satır – 1 tonunun qiyməti 1 200 manatdan başlayır
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Qızılın unsiyasının qiyməti 4000 dollardan da aşağı düşdü
Böyük şirkət istismara yararsız texnikalarını satır – 1 tonunun qiyməti 1 200 manatdan başlayır
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kristal Bakı”da növbədənkənar yığıncaq keçirilib
Türkiyədə Orta Dəhlizi gücləndirəcək dəmir yolu xəttinin tikintisinə 250 mln. dollar ayrılıb
Azərbaycana soğan idxalı artıb – 15 057 ton
Yağıntılı hava şəraiti davam edəcək, dolu düşəcək - XƏBƏRDARLIQ

























