Azərbaycanda investorların pul vəsaitlərinin itirilməsi riski sığortalanacaq
Azərbaycanda ödəmə qabiliyyətini itirmiş investisiya şirkətlərində investorların pul vəsaitlərinin və maliyyə alətlərinin itirilməsi riski sığortalanacaq.
Azərbaycan Mərkəzi Bankından (AMB) verilən məlumata əsasən, bu, "Əmanətlərin sığortalanması haqqında" qanuna investisiya şirkətləri üzrə yatırımların sığortalanması ilə bağlı dəyişiklik layihəsində öz əksini tapıb.
“Layihədə kompensasiya hadisəsi, sığortalanan investisiyaların əhatə dairəsi, müvafiq kompensasiya fondunun yaradılması, investisiya şirkətlərinin üzvlüyə qəbul edilməsi, fonda üzvlük haqlarının ödənilməsi və kompensasiyaların verilməsinə dair müddəalar müəyyən edilib. Hazırda layihənin aidiyyəti dövlət qurumları ilə müzakirəsi davam etdirilir və yaxın vaxtlarda tamamlanması gözlənilir”, - AMB qeyd edir.
Bildirilir ki, investisiyaların sığortalanması mexanizmi Mərkəzi Bank və Əmanətlərin Sığortalanması Fondu (ƏSF) tərəfindən birgə hazırlanaraq, ƏSF tərəfindən tətbiq ediləcək.
Digər mənbədən əldə edilən məlumata görə, bu dəyişiklər nəticəsində ƏSF-in adının dəyişdirilməsi də nəzərdə tutulur.
Xatırladaq ki, ƏSF 2007-ci ilin 12 avqust tarixindən fəaliyyətə başlayıb. Hazırda 23 bank Fondun üzvüdür. İştirakçı banklar ƏSF-in reyestrinə daxil olarkən birdəfəlik üzvlük haqları ödəyir, sonra isə təqvim haqlarının ödənişini həyata keçirirlər.
Təqvim haqları iştirakçı bankların fondun reyestrinə daxil olunduğu gündən başlayaraq, birinci ildə qorunan əmanətlərin rüb ərzində orta günlük qalıq məbləğinin 0,15 %-i, 2008-ci ilin III rübündən etibarən isə 0,125 %-i həcmində, əmanətlərin valyutasında ödənilir. Əmanətlər ABŞ dolları və ya avroda olmadıqda isə bu valyutaların biri ilə Mərkəzi Bankın müvafiq valyutalar üzrə müəyyən etdiyi rəsmi məzənnələr əsasında hesablanmış çarpaz məzənnə üzrə hesablanır və ödənilir.
Təqvim haqları bankın fondun iştirakçı bankların reyestrinə daxil edildiyi gündən bank lisenziyasının ləğv edildiyi günədək ödənilir. ƏSF-in sığorta ehtiyatları qorunan əmanətlərin 5 %-inə çatdıqda, Himayəçilik Şurası iştirakçı banklar tərəfindən ödənilən təqvim haqlarının azaldılması və ya ödənilməsinin dayandırılması barədə qərar qəbul edə bilər.
Fondun Himayəçilər Şurasının 1 iyun 2020-ci il tarixli qərarına görə, Azərbaycanda əmanətlərin illik sığortalanma faizi manat əmanətləri üzrə 12 %, xarici valyuta əmanətləri üzrə isə 2,5 %-dir. ƏSF tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 %-i həcmində, lakin 100 min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir. Fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı pul vəsaitləri üzrə kompensasiya 20 min manatdan çox olmamaqla, notariusların depozit hesablarında olan fiziki şəxslərə məxsus pul vəsaitləri üzrə kompensasiya isə həmin pul vəsaitlərinin 100 %-i həcmində ödənilir. Milli valyutada olan əmanətlər üzrə kompensasiya manatla, xarici valyutada olan əmanətlər üzrə isə əmanətlərin valyutasında ödənilir.
Əmanətlər ABŞ dolları və ya avroda olmadıqda, kompensasiya bu valyutaların biri ilə sığorta hadisəsinin baş verdiyi günə Mərkəzi Bankın müvafiq valyutalar üzrə müəyyən etdiyi rəsmi məzənnələr əsasında hesablanmış çarpaz məzənnə üzrə hesablanır və ödənilir. Bir əmanətçinin bir bankda, o cümlədən bankın yerli filiallarında və şöbələrində bir neçə əmanəti olduqda, yaxud həm milli, həm də xarici valyutada əmanətləri olduqda, onlar toplanır və bir əmanət kimi manatla kompensasiya olunur.
© "Report"
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
5 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
-
2 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
- 2 gün sonra
-
1 saat əvvəl
“Gəmidəki vətəndaşlarımızın hamısı xilas edilib” - Ayxan Hacızadə
-
1 saat əvvəl
Rusiya Mərkəzi Bankı faizləri endirmədi – İnflyasiya yenidən sürətlənir
-
2 saat əvvəl
Maliyyə nəhəngindən kütləvi ixtisar – Minlərlə iş yeri bağlanır
-
2 saat əvvəl
Tramp Zelenskiyə çağırış etdi: Artıq Rusiya ilə razılaşmağın vaxtıdır
- 2 saat əvvəl
-
3 saat əvvəl
"Assist Finance"ın istiqrazlarına tələb təklifi 38,5 faiz üstələdi
-
3 saat əvvəl
Ağ Ev: Rusiya və Ukrayna Oleşki şəhərində müvəqqəti atəşkəsə razılaşıb
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Gəmidəki vətəndaşlarımızın hamısı xilas edilib” - Ayxan Hacızadə
Maliyyə nəhəngindən kütləvi ixtisar – Minlərlə iş yeri bağlanır
Ən çox oxunanlar
Qızılın unsiyasının qiyməti 4000 dollardan da aşağı düşdü
"Assist Finance"ın istiqrazlarına tələb təklifi 38,5 faiz üstələdi
Böyük şirkət istismara yararsız texnikalarını satır – 1 tonunun qiyməti 1 200 manatdan başlayır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kristal Bakı”da növbədənkənar yığıncaq keçirilib
Türkiyədə Orta Dəhlizi gücləndirəcək dəmir yolu xəttinin tikintisinə 250 mln. dollar ayrılıb
Azərbaycana soğan idxalı artıb – 15 057 ton























