4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri bəlli oldu - ADLARI
Final mərhələsində yüksək nəticə göstərmiş 25 iştirakçı prestijli "Yüksəliş" qalibi adını qazanmış oldu. Qaliblərin adı kadr ehtiyatı bankına daxil edilməklə yanaşı, onlar mentorlar tərəfindən 1 illik fərdi inkişaf planı və hər biri 20 min manat dəyərində pul mükafatı əldə edəcəklər.Dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri müəyyənləşib.
Müsabiqənin İşçi Qrupundan bildirilib ki, ölkəmizdə idarəetmə sahəsinin peşəkarları arasında təşkil olunmuş ilk müsabiqə hesab olunan “Yüksəliş”in builki final mərhələsində iştirak etmiş 118 namizəddən ən yüksək bal toplayan 25 nəfər qalib adını qazanıb.
Dördüncü mövsümün qaliblərindən 18 nəfəri öncəki müsabiqələrin müxtəlif mərhələlərində iştirak edib.
Ən gənc qalibin 24, ən yaşlı qalibin isə 38 yaşı var. Qalib gələn iştirakçıların 45.71 faizi dövlət, 42.86 faizi özəl, 2.86 faizi QHT-lərdə çalışır. Qeyd edək ki, final mərhələsi üzrə ən yüksək nəticə 19 bal olub.
Müsabiqə 5 mərhələdən – qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqənin yarımfinal və final mərhələlərinin qiymətləndirmə prosesi beynəlxalq təcrübəyə əsaslanan “Qiymətləndirmə konfransı” metodu ilə həyata keçirilib. Yarımfinal mərhələsində strateji düşüncə, effektivliyin idarə edilməsi, nəticəyönümlülük, komanda işi, kommunikasiya bacarıqları, dəyişikliklərin və innovasiyaların idarə edilməsi, sosial məsuliyyət, liderlik səriştələri əsasında ekspertlər tərəfindən qiymətləndirmə aparılıb. Ötən illərdən fərqli olaraq bu il finalda iştirakçılar ekspertlər tərəfindən “İdarəçi rollar modeli” üzrə qiymətləndirilib.
Həmçinin oxu
Azərbaycanda işçilər üçün ilk Fintech kartıFinalın ən yaddaqalan anlarından biri isə Təşkilat Komitəsinin üzvləri və mentorların iştirakı ilə baş tutan “Mentor keysi”ndə yaşanıb. Belə ki, mentorlar iştirakçılarla birlikdə İşçi Qrupunun hazırladığı “Süni intellekt və gələcəyin əmək bazarı” adlı tapşırığı yerinə yetiriblər. Maraqlı mübarizənin və fikir mübadiləsinin sonunda mentorlar iştirakçılara əlavə bal verərək qiymətləndiriblər. Təqdim edilən mentor balı iştirakçıların ümumi balına əlavə edilib.
Müsabiqənin şərtlərinə əsasən, 20 qalibin seçilməsi planlaşdırılsa da, 9 nəfər eyni nəticəni göstərdiyi üçün Təşkilat Komitəsi həmin iştirakçıların hər birinin səriştə və bacarıqlarının ədalətli qiymətləndirilməsi baxımından onların qalib elan olunmasına qərar verib.
Qaliblərin adlarını təqdim edirik:
1. Rəhimov Teymur Azər oğlu
2. Şamilzadə Orxan Müşfiq oğlu
3. Əmmayev Təbriz Bilal oğlu
4. Mustafayev Sənan Sahid oğlu
5. Nəcəfli Cəfər Yusif oğlu
6. Şirinli Qaraxan Bayraməli oğlu
7. Hüseynli Kamal Həsən oğlu
8. Həsənəlizadə Şəfəq İlham qızı
9. Musayeva Günel Elşad qızı
10. Yaqublu Toğrul Namiq oğlu
11. Göyüşov Səbuhi Nizami oğlu
12. Hüseynov İsmayıl Sayəddin oğlu
13. İsgəndərov Orxan Elman oğlu
14. Babazadə Salman Məhəmməd oğlu
15. Qocayev Nicat İlham oğlu
16. Məmmədov Ayaz Məmmədrahim oğlu
17. Hüseynov Seymur Elşad oğlu
18. Həsənli Aslan Yusif oğlu
19. Qasımov Anar Aslan oğlu
20. Məmmədxanlı Rüfət Cahangir oğlu
21. Əsgərov Əkbər Rövşən oğlu
22. Səmədov İnsafəli Cümeyir oğlu
23. Fətəliyev Eyyub İlqar oğlu
24. Məmmədov Şahlar Elman oğlu
25. Abdullazadə Elnur Fazil oğlu
Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Prezidentinin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Müsabiqənin məqsədi 21-51 yaş aralığında olan, intellektual səviyyəsi yüksək və azı iki il idarəçilik təcrübəsinə malik perspektivli rəhbər şəxslərin müəyyənləşdirilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etməkdir.
“Yüksəliş” müsabiqəsinin qalibini bir il ərzində idarəçi rəhbərlərdən – böyük şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı və 20 min manat məbləğində pul mükafatı gözləyir.
Dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Prezidenti tərəfindən 2023-cü il dekabrın 25-də Sərəncam imzalanıb.
Müştərilərin xəbərləri
Özbəkistan nümayəndə heyətinin "Prime Cotton"a səfəri çərçivəsində əməkdaşlıq imkanları müzakirə olunub
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
1 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
6 gün sonra
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
-
-
4 gün sonra
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
-
19 d. əvvəl
Prezident Əliyev Zelenskiyə yazdı: “Dəstəyi davam etdirəcəyik”
- 21 d. əvvəl
-
33 d. əvvəl
“Prior Lizinq”dən ölkədə ilk: 7 illik faizsiz lizinq imkanı! ®
-
1 saat əvvəl
METAK istehsalı rəqəmsallaşdırır – Şimali Makedoniya şirkəti ilə yeni layihəyə başladı
-
2 saat əvvəl
Azərbaycan şirkəti Özbəkistanda 700 hektarlıq nəhəng layihəyə başlayır
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Matanat-A”nın Özbəkistanda gips zavodu açıldı – prezidentlər mərasimə qatıldılar
- 11 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
“Prior Lizinq”dən ölkədə ilk: 7 illik faizsiz lizinq imkanı! ®
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Yeni Daşkənd şəhərində “Azərbaycan” parkının təməli qoyulub
“Landau” sərhədləri aşdı – Özbəkistanda 2 yeni məktəb
Prezident İlham Əliyev Özbəkistanın ən böyük şəhərsalma layihəsi - “Yeni Daşkənd”lə tanış olub
Azərbaycan və Özbəkistan ticarət dövriyyəsini 1 milyard dollara çatdıracaq – Proqram qəbul edildi
























