"Fitch" Azərbaycanın reytinqini “BBB-” səviyyəsinə yüksəltdi
Beynəlxalq kredit reytinqi təşkilatı "Fitch Ratings" Azərbaycanın uzunmüddətli xarici valyutada emitent defolt reytinqini (IDR) "BB+" səviyyəsindən "BBB-" səviyyəsinə yüksəldib. Proqnoz "Sabit"dir.
Bu barədə Marja.az "Fitch Ratings"in yaydığı məlumata istinadən xəbər verir.
Məlumatda bildirilir:
Güclü Xarici Balans:
2024-cü ildə suveren xarici valyuta aktivləri 74 milyard ABŞ dollarına (proqnozlaşdırılan ÜDM-in 98%-i) yaxınlaşacaq ki, bu da 2010-cu ildə Azərbaycanın reytinqini ilk dəfə investisiya dərəcəsinə yüksəltdiyimiz zaman 55%-dən əhəmiyyətli dərəcədə yuxarıdır.
2024-cü ildə ÜDM-in 71%-i (2010-cu ildə ÜDM-in 50%-i) səviyyəsində proqnozlaşdırılan Azərbaycanın xalis suveren aktiv mövqeyi “BBB” və “A” suveren reytiqnləri arasında ən yüksək səviyyədə qalacaq. Suveren xarici valyuta aktivlərinin 80%-i Azərbaycanın Dövlət Neft Fondunda (ARDNF), qalan hissəsi isə Azərbaycan Mərkəzi Bankının ehtiyatlarındadır.
Cari Hesabın Davamlı Profisiti
Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2024-cü ildə proqnozlaşdırılan ÜDM-in 9,3%-dən 2026-cı ildə 6,4%-ə qədər azalacaq, lakin neft qiymətlərinin aşağı düşməsinə baxmayaraq, “BBB” kateqoriyasında ən yüksək olaraq qalacaq (neft və qaz gəlirləri ümumi ixracın 89 faizini təşkil edir). Fitch, Azərbaycanın xalis xarici kreditor mövqeyinin 2024-cü ildə ÜDM-in 154%-nə qədər möhkəmlənəcəyini və “BBB” suveren reytinqləri arasında ən güclü olduğunu təxmin edir.
Davamlı Fiskal Profisitlər
Fitch, maliyyə siyasətinin güclü suveren xarici aktivlərin saxlanmasına və makroiqtisadi disbalansın yaranmasının qarşısının alınmasına, neft qiymətlərinin dəyişkənliyini idarə etmək üçün adekvat siyasət buferlərinin qorunmasına uyğun olacağını gözləyir. Fitch, Azərbaycan hökumətinin dövlət maliyyəsinin neftdən asılılığını azaltmaq öhdəliyini qoruyacağını gözləyir.
Fitch neft qiymətlərinin yüksək olduğu əvvəlki dövrlərlə müqayisədə daha ehtiyatlı fiskal siyasətlə dəstəklənən gücləndirilmiş suveren xarici buferləri Azərbaycanın xarici şoklara və neft qiymətlərinin dəyişkənliyinə qarşı dayanıqlığını yaxşılaşdıracağını hesab edir. Azərbaycan Mərkəzi Bankının daxili likvidliyi idarə etmək üçün siyasəti gücləndirilib, valyuta tələbini idarə etmək üçün alətləri genişləndirilib, bank sektorunun sağlamlığı yaxşılaşdırılıb, o cümlədən xarici borcun azalması və maliyyə dollarlaşması baxımından valyuta riskinə məruzqalma azaldılıb, nəticədə de-fakto milli valyutanı qorumaq qabiliyyəti artırılıb.
Aşağı dövlət borcu:
2023-cü ildə əvvəllər daxili zəmanət verilmiş borcun tanınması səbəbindən dövlət borcunun 10 bənd artaraq ÜDM-in 21,8%-nə çatmasından sonra 2026-cı ilə qədər dövlət borcunun cüzi şəkildə ÜDM-in 22,7%-nə qədər artacağını proqnozlaşdırırıq ki, bu da Fitch-in investisiya səviyyəli suverenləri arasında ən aşağı göstəricilərdən biridir. Son illər xarici borc mütləq şəkildə azalıb, valyuta tərkibi yaxşılaşıb və xarici borcun təxminən üçdə ikisi rəsmi kreditorların payına düşür.
Pul Siyasətinin İnkişafı
Mərkəzi Bank valyuta məzənnəsindən aralıq əməliyyat hədəfi kimi istifadə edir və 2022-ci ildən artıq daxili likvidliyi idarə etmək və əsas siyasət dərəcəsinin ötürülməsini artırmaq imkanlarını təkmilləşdirmişdir. Pul siyasəti çərçivəsi "BBB-" reytinqi olan ölkələr ilə müqayisədə nisbətən zəif olaraq qalır və inkişaf etməmiş kapital bazarları, həddindən artıq likvidlik, aşağı maliyyə vasitəçiliyi və hələ də nisbətən yüksək maliyyə dollarlaşması ilə məhdudlaşır (2024-cü ilin mayında 40%, lakin bu, 2015-ci ilin sonunda 81.6% zirvəndən iki dəfə azdır).
Biz hesab edirik ki, hakimiyyət orqanlarının ortamüddətli perspektivdə daha çox çevikliyə imkan vermək məqsədini bəyan etməsinə baxmayaraq, faktiki məzənnənin ABŞ dollarına nisbətdə saxlanması üçün hələ də güclü siyasi prioritet var.
İnflyasiya
İllik inflyasiya 24-cü ilin birinci yarısında Mərkəzi Bankın hədəf diapazonundan (4%±2 faiz bəndi) aşağıda qalıb və 2024-cü ildə orta hesabla 3.5% təşkil edəcək və 2026-cı ilə qədər 4.7%-ə yüksələcək ki, bu da “BBB” üçün proqnozlaşdırılan 2.5%-dən yüksəkdir. Azərbaycan Mərkəzi Bankı may ayından etibarən yumşalma (faizləri azaltmaq) dövrünü dayandırıb. Tənzimlənən qiymətlərin artırılması və proqnozlaşdırılan artım nəticəsində inflyasiyanın gözlənilən yüksəlməsini nəzərə alaraq uçot dərəcəsinin əlavə endirimlərini gözləmirik.
İqtisadi artım
Neft hasilatının daha yavaş azalması və Qarabağın yenidən qurulmasının müsbət təsirləri səbəbindən artım tsiklik olaraq 3,2%-ə qədər bərpa olunacaq. Biz artımın 2025-ci ildə 2,7%-ə, 2026-cı ildə isə 2,3%-ə qədər yavaşlamasını gözləyirik. Hələ də iqtisadi artım dövlət investisiyaları tərəfindən dəstəklənir.
Yeni neft hasilatının azalması tempinin yavaşlaması və təbii qaz hasilatının daha yüksək olması səbəbindən neft sektorunun geriləməsi əvvəlki illərə nisbətən azalacaq.
İqtisadiyyatın şaxələndirilməsi istiqamətində irəliləyiş dövlətin böyük mövcudluğu, əlverişli maliyyələşdirməyə məhdud çıxış, idarəetmə problemləri və enerjidənkənar xarici investisiyaların aşağı olması ilə məhdudlaşır.
Sülh Sazişi üzrə danışıqlar
Azərbaycan 2023-cü ilin sonunda Qarabağın bərpasından sonra sülh sazişinin əldə edilməsi üçün Ermənistanla birbaşa danışıqları davam etdirir. Sərhədin delimitasiyası və demarkasiyası və Naxçıvana (Cənubi Ermənistandan keçməklə) quru dəhlizinin tikintisi ilə bağlı həll olunmamış məsələlər mövcuddur. Azərbaycan Ermənistan konstitusiyasına Qarabağ ərazisinə iddialrın aradan qaldırılması üçün dəyişiklik tələb edir ki, bu da İrəvan hökuməti üçün siyasi baxımdan çətin ola bilər. Fitch münaqişənin tam şəkildə hərbi eskalasiyasını gözləmir.
“Fiç Reytingz” agentliyinin hesabatı ilə buradan tanış ola bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 20 d. əvvəl
- 53 d. əvvəl
-
-
1 saat əvvəl
Trampın “işlək əsas” kimi qəbul etdiyi İranın şərtləri məlum oldu
- 2 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Ağ Ev İranda nüvə silahı istifadə ediləcəyi iddialarını təkzib edib
-
7 saat əvvəl
Pakistan Trampa “müddəti uzat”, İrana isə “Hörmüzü aç” çağırışı etdi
- 10 saat əvvəl
-
11 saat əvvəl
Əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müavini təyin edilib
- 13 saat əvvəl
-
15 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
“ERA” şirkətində səhmlərin pay bölgüsündə dəyişiklik olub
Neft 2 həftəlik atəşkəs qərarı ilə kəskin ucuzlaşdı
Trampın “işlək əsas” kimi qəbul etdiyi İranın şərtləri məlum oldu
ABŞ Hörmüz riski səbəbilə neft qiyməti proqnozunu artırdı
Pakistan Trampa “müddəti uzat”, İrana isə “Hörmüzü aç” çağırışı etdi
“Bu gecə bir mədəniyyət yox olacaq”
Ən çox oxunanlar
Əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müavini təyin edilib
Ağ Ev: ABŞ İrana qarşı nüvə silahından istifadə etməyəcək
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
Kapital Bank-ın sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi
Dolların sabah üçün rəsmi məənnəsi müəyyən olunub
Çin valyuta ehtiyatlarında 2,5% azalma



















