Qarabağ Dirçəliş Fondunun ianədən gəlirləri 100 milyon manatdan çox azalıb, pulları maliyyə bazarlarına xidmət edib
Qarabağ Dirçəliş Fondu 2023-cü ili 240 milyon 553 min manat xalis mənfəət ilə başa vurub. Fond 2022-ci ili 342 milyon 816 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, ötən il Qarabağ Dirçəliş Fondunun xalis mənfəəti 102 milyon 263 min manat və ya 29,8% azalıb. Xalis mənfəətin azalması ianədən gəlirlərin azalması ilə bağlıdır.
Marja.az Fondun maliyyə hesabatlarına istinadən xəbər verir ki, Qarabağ Dirçəliş Fondunun ianədən gəlirləri 2022-ci ildə 314 milyon 520 min manat ikən, 2023-cü ildə 206 milyon 486 min manata düşüb (108 milyon 34 min manat azalıb).
2023-cü ildə Qarabağ Dirçəliş Fondu 47 milyon 196 min manat maliyyə gəlirləri də (qiymətli kağızlara investisiyalardan) əldə edib (2022-ci ildə 34 milyon 454 min manat). 31 dekabr 2023-cü il tarixində Fondun borc qiymətli kağzlarına investisiyaları 990 milyon 825 min manat təşkil edib.
Ötən il Fondun ümumi, inzibati və saitr əməliyyat xərcləri cəmi 3 milyon 628 min manat olub.
31 dekabr 2023-cü il tarixində Qarabağ Dirçəliş Fondu 1 milyard 477 milyon 65 min manat cəmi aktivlərə, 1 milyard 471 milyon 712 min manat bölüşdürülməmiş mənfəətə malik olub. O cümlədən, bölüşdürülməmiş mənfəətin 990 milyon 825 min manatını borc qiymətli kağzılarına investisiyalar, 481 milyon 155 min manatını nağd vəsaitlər təşkil edib.
4 yanvar 2021-ci il tarixində yaradılan Qarabağ Dirçəliş Fondu Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyinin göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsini, habelə görülən işlərlə bağlı ölkə daxilində və ölkə xaricində informasiya təminatını, maarifləndirmə və zəruri təşviqat işlərini həyata keçirən publik hüquqi şəxsdir.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
- 1 gün sonra
-
- 1 gün sonra
-
11 d. əvvəl
2025-ci ildə mənzil bazarında alıcıların üstünlük verdiyi yeni trendlər
-
11 saat əvvəl
Azərbaycan Çin şirkətilə 100 MVt gücündə Günəş Elektrik Stansiyası Layihəsi üçün müqavilə imzaladı
-
13 saat əvvəl
Ermənistanda “Tramp marşrutu”nun inşasına gələn il başlanacaq
-
13 saat əvvəl
Azərbaycan Çin şirkətilə “Birgə Yaşıl Enerji Sənaye Parkı”nı müzakirə etdi
-
13 saat əvvəl
Bu il Kino Agentliyinə ayrılmış vəsaitdən qalan 5 milyonun gələn il necə xərclənəcəyi açıqlanıb
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
Bank Zəfər Gününə özəl, daha aşağı faizlə kredit verir
Sənaye şirkəti ləğv edilir
İnvestisiya şirkətində növbədənkənar yığıncaq keçiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Unibank şəhid ailələri ilə bağlı daha bir tədbirə dəstək olub
“Azərmaş Group”a 10 milyon manat pul lazımdır
SOCAR yeni şirkət yaradıb






















