Qlobal bazarlarda son vəziyyət
Dünən ABŞ-da statistik məlumatların dərc olunması fonunda dollar major valyutalar qarşısında bahalaşdı. Amerikada istehlak qiymətləri iyul ayında əvvəlki ay ilə müqayisədə illik ifadədə 2.9% artıb. Bununla da artım 2021-ci ilin mart ayından bəri ən aşağı səviyyədə olub. İyul ayında İstehlak Qiymətləri İndeksi aylıq ifadədə 0.2% təşkil edib.
Həmçinin 2024-cü ilin ikinci rübündə Avrozonanın 20 ölkəsinin ümumi ÜDM-i, ikinci aralıq hesablamaya görə, illik ifadədə 0.6%, rüblük ifadədə isə 0.3% artıb. Avrozonanın Sənaye Sektorunda İstehsal Həcmi iyun ayında illik ifadədə 3.9%, aylıq ifadədə isə 0.1% azalıb. Böyük Britaniyada illik inflyasiya isə iyun ayı ilə müqayisədə iyul ayında 2%-dən 2.2%-ə qədər yüksəlib.
Cümə axşamı günü Yaponiyanın ÜDM-i açıqlanıb. Belə ki, son rübdə ölkə ÜDM-i, ilkin hesablamalara görə, illik ifadədə 3.1% artıb (Əgər ÜDM ardıcıl dörd rüb eyni sürətlə artıbsa). Analitiklər artımın 2.1% olacağını proqnozlaşdırmışdılar. Yaponiyanın Sənaye Sektorunda İstehsal Həcmi isə 4.2% azalıb.
ABŞ-ın kommersiya məqsədli neft ehtiyatları (strateji ehtiyat istisna olmaqla) avqustun 9-da başa çatan həftə ərzində gözlənilmədən 1.357 milyon barrel və ya 0.3% artaraq 430.7 milyon barrelə çatıb.
Bugün ABŞ-da pərakəndə satışların həcminə dair dərc olunacaq göstəricilər investorların diqqət mərkəzində olacaq. Analitiklərin proqnozlarına əsasən, iyun ayı ilə müqayisədə iyul ayında ölkədə pərakəndə satışlar 0.3% artıb. Rəsmi məlumatları ABŞ-ın Ticarət Departamenti Bakı vaxtı ilə saat 16:30-da press-relizdə dərc edəcək.
Həmçinin Böyük Britaniya Milli Statistika Bürosu ölkə ÜDM-i haqqında statistik məlumatları dərc edəcək. Analitiklər Birləşmiş Krallığın ÜDM-nin ikinci rübdə, ilkin hesablamalara görə, illik ifadədə 0.9%, rüblük ifadədə isə 0.6% artdığını ehtimal edirlər. Eyni zamanda ölkənin sənaye istehsalı ilə bağlı məlumatlar dərc ediləcək.
Əlavə olaraq gün ərzində ABŞ-da işsizlik müavinəti almaq üçün müraciət edənlərin sayı və ölkədə sənaye istehsalı ilə bağlı məlumatlar açıqlanacaq.
Məlumat İnvestAZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
5 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
-
2 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
- 2 gün sonra
- 12 d. əvvəl
-
43 d. əvvəl
"Assist Finance" istiqrazlarına tələb təklifi 38,5 faiz üstələdi
-
1 saat əvvəl
Ağ Ev: Rusiya və Ukrayna Oleşki şəhərində müvəqqəti atəşkəsə razılaşıb
-
1 saat əvvəl
Naxçıvanda yeni tekstil istehsalı yaradıla bilər – İnvestorlarla görüş keçirilib
-
1 saat əvvəl
Böyük şirkət istismara yararsız texnikalarını satır – 1 tonunun qiyməti 1 200 manatdan başlayır
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Qızılın unsiyasının qiyməti 4000 dollardan da aşağı düşdü
Böyük şirkət istismara yararsız texnikalarını satır – 1 tonunun qiyməti 1 200 manatdan başlayır
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kristal Bakı”da növbədənkənar yığıncaq keçirilib
Türkiyədə Orta Dəhlizi gücləndirəcək dəmir yolu xəttinin tikintisinə 250 mln. dollar ayrılıb
Azərbaycana soğan idxalı artıb – 15 057 ton
Yağıntılı hava şəraiti davam edəcək, dolu düşəcək - XƏBƏRDARLIQ

























