İstismar müddətini bitirmiş binalar - ONLARLA BAĞLI NƏ VAXT TƏDBİR GÖRÜLƏCƏK?
Bakı günü-gündən böyüyür inkişaf edir. Bu inkişaf fonunda bəzi tikililər “qocalır”, öz ömürlərini başa vururlar.
Bakının mərkəzində 100 ildən çox yaşı olan binaların sayı heç də az deyil. Bundan başqa ötən əsrin əvvəllərində və ortalarında tikilmiş bir çox binalar da artıq istismara yararsız vəziyyətdə düşüblər.
“Sirli bina”
Təhlükə ilə üz-üzə qalan binalardan biri Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 200 ünvanında yerləşir. Sözügedən tikili o qədər yararsız hala düşüb ki, ətrafda yaşayan insanlar gələn səslərə görə buranı “sirli bina” adlandırırlar.

Səbail rayonundakı qəzalı yataqxanalar
Səbail rayonu, Yüzbəy Mürsəlov küçəsi 5 ünvanında yerləşən bina da qəzalı durumdadır. Bir əsr əvvəl 1910-cu ildə inşa olunan bu tikilidə dərin çatlar mövcuddur. Rəsmi qurumlar tərəfindən binanın istismara yararsız olması ilə bağlı rəy verilsə də, hələ də sözügedən tikilidə sakinlər yaşamağa davam edirlər.

Səbail rayonu, Badamdar qəsəbəsi, Seyran Məmmədov 3 ünvanında yerləşən yataqxana da qəzalı vəziyyətdədir. Məlumata görə, bina gəmi təmiri zavodunun yataqxanası olub. Bir vaxtlar bu zavodda çalışanlara verilən yataqxananın istismara yararsız olduğu rəsmi qurumlar tərəfindən təsdiqlənib.

Şəhərin mərkəzindəki təhlükə
İstismara yararsız vəziyyətdə olan digər bir bina isə paytaxtın Səbail rayonu, Mərdanov qardaşları küçəsi, 13 ünvanında yerləşir. Ötən əsrdə inşa olunan 3 mərtəbəli binanın divarları aşınıb, eyvanlarda isə çatlar yaranıb. Təhlükəli vəziyyət yarandığı üçün sakinlər də binadakı mənzillərin bir çoxunu tərk ediblər.

“Azərbaycan” Nəşriyyatının binası
İstismar müddəti başa çatan binalardan biri də Mətbuat prospektindəki “Azərbaycan nəşriyyatı”dır. Bu bina ötən əsrin ortalarında inşa edilib. Bu günə qədər bina davamlı şəkildə istismar olunsa da, heç zaman əsaslı şəkildə təmir olunmayıb. Ona görə də bina hazırda yararsız vəziyyətdir.

“Kəndçilər xəstəxanası”
Bakının mərkəzində yerləşən və istismara yararsız olan binalardan biri də əhali arasında “Kəndçilər xəstəxanası” kimi tanınan keçmiş 4 saylı Şəhər Kliniki Xəstəxanasının binasıdır. Paytaxtın Nəsimi rayonu, Füzuli küçəsi, 61 ünvanında yerləşən, 1911-1912-ci illərdə tikilən bina sovet işğalından sonra 4 nömrəli Şəhər Xəstəxanası kimi fəaliyyət göstərib. Xəstəxana 2018-ci ildə köçürüldüyündən bina 6 ildir ki, istifadəsiz qalıb.

“Naxçıvan hoteli”
Məşhur “Hyatt regency” kompleksinin ilk binalarından olan “Naxçıvan hoteli”nin binası da qəzalı vəziyyətdədir. Bu bina 2001-ci ildə baş verən zəlzələdə ciddi zərər görüb. Həmin dövrdə və sonrakı 25 ildə binada bir neçə dəfə yenidənqurma işləri aparılıb. Bu yenidənqurma hesabına isə binanın yükü artırılıb. Artırılan yüklər binaya əlavə ağırlıq verir.

Nə etməli?
Tanınmış memar, Türkdilli ölkələrin Beynəlxalq Akademiyasının üzvü Cahid Nəzərov açıqlamasında binaların təyinatından asılı olaraq müftəlix tədbirlərin görülməsinin vacibliyini vurğulayıb:
“Məsələn, şəhərin mərkəzində yerləşən “Kəndçilər xəstəxanası” istismara yararsız vəziyyətə düşsə də, bina tarixi abidə kimi qorunur. Buna görə də, sözügedən tikilinin sahibkarlar tərəfindən özəlləşdirilməsinə şərait yaradılması və binanın restavrasiya olunaraq yenidən hotel və yaxud ticarət mərkəzi kimi istifadəyə verilməsi daha məqsədəuyğun olardı. Keçmiş yataqxana tipli, o cümlədən heç bir tarixi əhəmiyyəti olmayan binaların isə sökülərək yerində şəhərimizin arxitekturasına uyğun yeni binların tikilməsi artıq vacib bir hala çevrilib”.
Əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə də istismara yararsız vəziyyətdə olan binaların sökülməsinin vacibliyini vurğulayıb:
“Bu cür binalar insanların həyatı üçün ciddi təhlükə mənbəyi olmaqla yanaşı, şəhərimizin ümumi mənzərəsini də korlayır. Məsələn, “Azərbaycan” Nəşriyyatının binası uzun illərdir təmir olunmadığından yararsız hala düşüb. Artıq bu tikilini təmir etməklə istismara yararlı vəziyyətə gətirmək mümkünsüzdür.
Hər gün minlərlə insanın qarşısından keçdiyi “Naxçıvan” hotelinin binasında da vəziyyət ürəkaçan deyil. Xatırladım ki, ölkəmizdə keçmiş Bakı mehmanxanasının yerində “Hilton” hoteli, Abşeron mehmanxanasının yerində isə “Marriot Absheron” hotelinin inşası kimi maraqlı təcrübə mövcuddur. Eyni qaydada “Naxçıvan” hotelinin də sökülməsi və yerində yeni binanın tikilməsi daha məqsədəuyğun olar”.
© Bizim.Media
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
3 saat əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
-
4 saat əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
5 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 6 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI
Dekabrda Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 3%-dən çox, mobil internetin sürəti isə 6%-dək artıb
Bakcell və Gənclər Fondu “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramını elan edir
Mənzil axtaranların diqqətinə: Yasamalda büdcəyə uyğun, tam təmirli mənzillər satışda























