“Best Soft”un 15 yaşı tamam olur – ŞİRKƏTİN UĞUR HEKAYƏSİ HAQQINDA MÜSAHİBƏ
"Əsas vəzifəmiz süni deyil, gerçək dəyərlər yaratmaq, Qərb vendorlarının hava, bahalı və çox vaxt bazar ehtiyacları üçün uyğun olmayan həllərini deyil, təkmilləşdirilməsinə öz təcrübə və biliklərini tətbiq etdikləri, həqiqətən çalışan avtomatlaşdırma alətlərini satmaqdan ibarətdir"(®) 2024-cü ilin oktyabr ayında “Best Soft” (www.bestsoft.az) mühasibat uçotu və idarəetmə proseslərinin kompleks avtomatlaşdırılması sahəsində 15 illik fəaliyyət sərhədini keçmişdir. Şirkət, əsasən, “1C” proqram məhsulları ilə işləməyi nəzərdə tutur, “1C”-nin rəsmi françayzisi olmaqla yanaşı, həm də Microsoft, 1C-Bitrix, Agent Plus, Mobi-S, Data Mobile, Cleverence, DataLogic və bir sıra şirkətlərin, o cümlədən yerli sistem inteqratorlarının tərəfdaşı kimi çıxış edir. Həmçinin qeyd etmək lazımdır ki, “Best Soft” Azərbaycanda kiçik və orta biznesin inkişafı proqramı üzrə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) rəsmi məsləhətçisidir. Bu proqram çərçivəsində “Best Soft” komandası bir neçə uğurlu layihələr həyata keçirmişdir. Bu illər ərzində şirkət əsas məqsədinə − biznes səmərəliliyinin artırılmasına yönəldilmiş keyfiyyətli xidmətlərin göstərilməsinə nail olmuşdur.

Bazarda 15 il fəaliyyət göstərmək az müddət deyil. Bu müddət ərzində şirkət böyümüş və özünü doğrultmuşdur, tapşırıqları həll etmək, yeni imkanlar axtarmaq və ideyaları həyata keçirmək məqsədilə lazımi keyfiyyətlərə və motivasiyaya malik sabit komanda yaradılmışdır. “Best Soft”un 15 illik fəaliyyəti ərzində şirkətin müştəriləri Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA), Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, PashaPay, Atəşgah Sığorta, Music Gallery, SAB, ITALDIZAIN, COLLEZIONE ITALIA, Respublika Diaqnostika Mərkəzi, Borani Restorant şəbəkəsi, İspace Almastore, AGA Group, AzSmart, Araznet (ABV), Aznur, Ali&Nino, Levata Group, HB Co, Office Lines, AVICOM, EGE Hospital və s. kimi dövlət və özəl sektorları təmsil edən nəhəng təşkilatlar olmuşdur. Portfolioda maliyyə sektorundan tutmuş mağazalar şəbəkəsinə, texnoparklardan nazirliklərə qədər, demək olar ki, bütün biznes sahələrindən olan müəssisələr var. Bu, 15 illik məhsuldar fəaliyyət ərzində sayı 280-ni ötən, həyata keçirilməmiş layihələrin hələ tam siyahısı deyil.
Şirkət Azərbaycan bazarında informasiya sistemlərinin yaradılması sahəsində hazır həlləri uğurla tətbiq etməklə yanaşı, müştərinin ehtiyaclarını tam ödəyən fərdi komplekslər yaradaraq öz informasiya sistemlərinin təkmilləşdirilməsi ilə məşğul olur. Hazırda "1C: Müəssisə" kimi məhsul əsasında "Best Soft" tərtibatçılarının yaratdığı təxminən 25 konfiqurasiya və modullar mövcuddur. Bunlara misal olaraq “Best Soft: Müəssisənin idarə edilməsi, ERP Azərbaycan üçün”, “1C-nin Power BI biznes-təhlil sistemi ilə inteqrasiyası”, “İşçinin şəxsi kabineti”, “1C-nin ƏMAS portalı ilə inteqrasiyası”, “1C-nin onlayn kassa aparatları ilə inteqrasiyası”, “Best Soft: Rəhbərin monitoru”, “Best Soft: EFP sisteminə e-Qaimə məlumatlarının yüklənməsi”, “Best Soft: İnkasasiya modulu” və s. göstərmək olar.

Best Soft MMC-nin proqram təminatı həlləri
− Biz son vaxtlar əldə etdiyimiz bir sıra mühüm uğurlarla fəxr edirik. Birincisi, peşəkar və möhkəm komandaya sahibik. İkincisi, müxtəlif qeyri-standart həllərə malik bir çox layihələrimiz var. Üçüncüsü, bizim bazar strategiyamız və şirkət daxilində biznes proseslərinin tətbiqi bu gün öz bəhrəsini verir. Biz gələcəyi çox perspektivli görürük. Bundan əlavə, əsas məqsədlərimizdən biri müştəri təcrübəsini təkmilləşdirmək və xidmət keyfiyyətini yüksək səviyyədə saxlamaqdan ibarətdir. Mənim əsas məsləhətim budur ki, səhv etməkdən, çətin müştərilərdən və rəqabət mühitindən qorxmayın! Əslində, bütün bu amillər öyrənmək və daha da yaxşı olmaq üçün bir imkandır. Buna görə də mən, ilk növbədə, bütün müştərilərimizə göstərdikləri etimada və təcrübəyə görə öz minnətdarlığımı bildirirəm, eyni zamanda bizim inkişafımıza yardım etdiklərinə görə rəqiblərimizə təşəkkür edirəm. Biz həmişə çevik qalmağa və yeni dəyişikliklərə hazır olmağa çalışırıq, daim müştərilərimiz haqqında düşünürük, çünki onların məmnunluğu bizim uğurumuzun əsas sirridir, − deyə “Best Soft” şirkətinin kommersiya direktoru Elnar Sultanov bildirib.

Best Soft şirkətinin Kommersiya direktoru Elnar Sultanov
"Şirkət əməkdaşların ixtisaslarının daim təkmilləşdirilməsinə böyük diqqət yetirir. Bu müddət ərzində bütün işçilər bir və ya bir neçə ixtisas üzrə sertifikatlaşdırılmışdır (1C: Peşəkar, 1C: Mütəxəssis, 1C: Məsləhətçi-mütəxəssis, Maliyyə mütəxəssisi, Layihələrin idarə edilməsi üzrə mütəxəssis və s.), lakin heç bir sertifikat informasiya texnologiyaları sahəsində geniş praktiki təcrübəni əvəz edə bilməz. "Best Soft"un ilkin olaraq proqram məhsullarının satışına deyil, onların yüksəkkeyfiyyətli tətbiqinə və müşayiətinə yönəlməsi sayəsində şirkət müştərilərin etibarını və hörmətini qazanmağı bacarmışdır. Bu, peşəkar komandasız qeyri-real olardı.
Bizim hekayəmiz 2009-cu ildə − mühasibat uçotunun kompleks avtomatlaşdırılması bazarında prosesləri daha səmərəli və əlçatan edə bilən innovativ həllərə ehtiyac olduğunu anladıqda başladı. Biz kiçik bir komanda ilə başlasaq da, hələ o vaxtdan aydın məqsədimiz var idi: texnoloji həllərə yanaşmanı dəyişdirmək və unikal bir şey təklif etmək.
Əlbəttə, hər bir gənc şirkət kimi, bizim də çətinliklərimiz olmuşdur. Ən çətin mərhələ ilk müştərilərə çatmaq və bazarı yeni texnologiyalara ehtiyac olduğuna inandırmaqdan ibarət olmuşdur. Biz əzmkarlıq, məhsullarımızı daim təkmilləşdirmək və təbii ki, bizə inanan ilk müştərilərimizin etibarı sayəsində bunun öhdəsindən gəldik. Onların dəstəyi bizim gələcək uğurumuzda əsas rol oynamışdır.
Şirkətimizin missiyası ERP həlləri sahəsində qabaqcıl texnologiyalardan istifadə etməklə müəssisələrin biznes proseslərinin optimallaşdırılmasından ibarətdir. Biz müştərilərin ehtiyaclarını ödəmək üçün məhsul və xidmətlərimizi daim inkişaf etdirməyə və təkmilləşdirməyə çalışırıq", − deyə “Best Soft” şirkətinin texniki direktoru Eldar Şıxəliyev bildirib.

Best Soft şirkətinin Texniki direktoru Eldar Şıxəliyev 1C şirkətinin yaradıcısı və həmtəsisçisi Boris Nurəliyevlə
"Bu öz işi ilə bazar üçün faydalı iş görən, əməkdaşlarını işlə təmin edən kiçik Azərbaycan şirkətinin növbəti, lakin çox maraqlı uğur hekayəsidir. “Best Soft” şirkətinin rəhbərliyini və kollektivini çalışmaq və mürəkkəb tapşırıqları müstəqil şəkildə həll etmək istəyi birləşdirir. Əsas vəzifəmiz süni deyil, gerçək dəyərlər yaratmaq, Qərb vendorlarının hava, bahalı və çox vaxt bazar ehtiyacları üçün uyğun olmayan həllərini deyil, təkmilləşdirilməsinə öz təcrübə və biliklərini tətbiq etdikləri, həqiqətən çalışan avtomatlaşdırma alətlərini satmaqdan ibarətdir. “Best Soft” hər gün qarşısına heç də həmişə ambisiyalı olmayan yeni məqsədlər qoyur, lakin şirkət daim öyrənir və inkişaf etməyə davam edir. Yubileyin mübarək, “Best Soft”!"
“Best Soft” şirkəti ilə (+994 12) 599 08 48 və (+994 70) 299 08 48 telefon nömrələri vasitəsilə əlaqə saxlaya bilərsiniz. E-mail: [email protected].
Müştərilərin xəbərləri
"Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited" şirkəti Gədəbəydə sosial təşəbbüslərin icrasını uğurla davam etdirir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
9 saat əvvəl
ABŞ və Ermənistan “Tramp marşrutu”nun reallaşdırılması üçün birgə işçi qrupu yaradıb
-
- 10 saat əvvəl
-
10 saat əvvəl
ABB UNEC-lə birgə “Data və süni intellekt sertifikasiya proqramı”nı təqdim etdi
-
10 saat əvvəl
ABŞ-ın iri bankı yeni proqnozlarını açıqlayıb: qızıl, neft, səhm bazarı…
-
11 saat əvvəl
İri bank: Türkiyə Lirəsi 2026-cı ildə 30% ucuzlaşacaq - 2027-ci ildə dollar 57 lirə olacaq
-
11 saat əvvəl
Tramp: “Rusiya ilə iş görən hər bir ölkəyə çox ağır sanksiyalar gəlir”
-
11 saat əvvəl
Bakı Fond Birjası Tabadul Hub-a qoşulmaq üçün Abu-Dabi Fond Birjası ilə anlaşıb
-
11 saat əvvəl
5 bankda 9 aylıq mənfəət vergisi ödəmələri 10 milyon manatdan çoxdur
-
11 saat əvvəl
"Qazaxıstan "LUKOİL"ın aktivlərinin alınması ilə bağlı danışıqlar aparmır"
-
11 saat əvvəl
Avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
BOKT ləğv edilir, kreditorlarına müraciət edir
5 bankda 9 aylıq mənfəət vergisi ödəmələri 10 milyon manatdan çoxdur
Avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib
Azərbaycanın xaricə pomidor satışından gəliri açıqlanıb
Bu il Azərbaycana 1,8 milyard dollarlıq avtomobil idxal olunub
Azərbaycanın idxalı artıb, ixracı azalıb - SALDO 2,5 DƏFƏ KİÇİLİB
Asiya İnkişaf Bankının prezidenti “Veysəloğlu”nun Məhəmmədi Logistika Mərkəzi ilə tanış olub
İlham Əliyev “SİMA” imzadan danışdı
ABŞ dövlət katibinin müavini Azərbaycana səfər edəcək













.jpg)











