Veysəloğlu Şirkətlər Qrupu Naxçıvanda silsilə market açılışlarını davam etdirir - FOTOLAR
Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) Naxçıvan ərazisində “Araz” supermarketlər şəbəkəsinin 3, “OBA” marketlər şəbəkəsinin 8 filialını açıb.Ölkənin pərakəndə sektorunda geniş şəkildə təmsil olunan Veysəloğlu Şirkətlər Qrupu Naxçıvan Muxtar Respublikasında da silsilə market açılışlarını davam etdirir. Yaradılmasının 30 illiyini qeyd edən Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) Naxçıvan ərazisində “Araz” supermarketlər şəbəkəsinin 3, “OBA” marketlər şəbəkəsinin 8 filialını açıb.
VŞQ mağaza açılışları ilə artıq Muxtar Respublikada 150 nəfərin işlə təmin olunmasına öz töhfəsini verib. Şirkətlər Qrupu Naxçıvandakı fəaliyyəti ilə yerli istehsalı stimullaşdırmağı, yeni iş yerləri açmağı və yerli fermerlərin istehsal etdikləri məhsulların geniş satışını təşkil etməyi hədəfləyir.
Şirkətlər Qrupuna daxil olan “Araz” supermarketlər şəbəkəsinin Naxçıvan şəhərində yeni mağazası Nəsrəddin Tusi küçəsi 11 ünvanında yerləşir. Beləliklə də “Siz harada, Araz orada” şüarı ilə fəaliyyət göstərən “Araz”ın Muxtar Respublika ərazisindəki mağazalarının sayı 3-ə çatıb.
“Araz” supermarketlər şəbəkəsinin Naxçıvandakı yeni filialının açılış mərasimində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi və baş icraçı direktoru Aydın Talıbov, eləcə də bir sıra dövlət rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak edib. Fuad Nəcəfli Naxçıvanda fəaliyyətə başlayan “Araz” mağazası ilə tanış olub və açılış mərasimində çıxış edərək təbriklərini çatdırıb.
Tədbirdə çıxış edən Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi və baş icraçı direktoru Aydın Talıbov bildirib ki, Şirkətlər Qrupu Naxçıvanda “Araz” və “OBA”nın ümumilikdə 13 mağazasını istifadəyə verib və bununla da Naxçıvanda 150 yeni iş yeri yaradılıb.
Aydın Talıbov qeyd edib ki, yeni istifadəyə verilən marketlərin hər birində müasir alış-veriş standartları və yüksək keyfiyyətli xidmət şəraiti yaradılıb: “Veysəloğlu Şirkətlər Qrupu Naxçıvandakı fəaliyyəti ilə yerli istehsalı stimullaşdırmağı, yeni iş yerləri açmağı və yerli fermerlərin istehsal etdikləri məhsulların geniş satışını təşkil etməyi planlaşdırır. Mağazalarımızın sayını artırmaqla biz Muxtar Respublikada yeni iş yerlərinin açılmasına, burada iqtisadiyyatın digər sahələrinin inkişafına töhfələrimizi davam etdirəcəyik”.
Yeni “Araz” superstorun açılış lentini Aydın Talıbov və atası Veysəl Talıbov kəsib.
OBA-NIN 1500-CÜ MAĞAZASI
Şirkətlər Qrupuna daxil olan “OBA” marketlər şəbəkəsi isə Naxçıvanın Kəngərli rayonunda fəaliyyətə başlayan yeni mağazasının açılışında şirkətin təsisçisi və baş icraçı direktoru Aydın Talıbovla yanaşı, Kəngərli Rayon İcra Hakimiyyətinin rəhbər heyəti və kənd nümayəndələri iştirak edib. Bununla da “OBA”nın 1500-cü mağazası Naxçıvanda fəaliyyətə başlayıb. Artıq Naxçıvanın Kəngərli, Babək, Ordubad, Sədərək və Şərur regionlarında “Yaxın və qənaətli qonşunuz” şüarı ilə fəaliyyətə başlayan “OBA” keyfiyyətli məhsulları və sərfəli qiymətlərlə müştərilərinin xidmətindədir.
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
5 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
3 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
-
- 3 gün sonra
-
11 saat əvvəl
Vens: Rusiya və Ukrayna danışıqlar masasına oturmağa razılaşıb
-
11 saat əvvəl
"PAŞA Bank"ın Gürcüstandakı törəməsi maliyyə vəziyyətini açıqlayıb
-
11 saat əvvəl
Nvidia-nın rəhbəri: Süni intellektə tələb həddindən artıq yüksəkdir, lakin kapital çatışmır
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
İnvestorlar üçün yeni istiqrazlar – İllik 15% gəlir, aylıq faiz ödənişi
-
13 saat əvvəl
Britaniya şirkəti Azərbaycanın Yaşıl Enerji Dəhlizinə sərmayə yatırmaq istəyir
- 13 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
"PAŞA Bank"ın Gürcüstandakı törəməsi maliyyə vəziyyətini açıqlayıb
Dünyanın ən böyük sərvət fondu 30 milyard dollar zərər edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avropaya Azərbaycan elektrik enerjisinin ixracı üçün yeni imkanlar müzakirə olunur – “Zhero” layihəyə maraq göstərir
Dövlət Fondu yeni məhsulunu təqdim etdi – Sahibkarlara 5%-dən başlayan faizlə 50 min manatadək kredit veriləcək
Husilər Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinə zərbə endirib
Rabalon Microsoft texnologiyaları ilə bizneslərə yeni imkanlar açır
Çin şirkəti Azərbaycanda 200 MVt gücündə dəniz külək elektrik stansiyası tikmək imkanlarını araşdırır
Türkiyə Mərkəzi Bankı faiz dərəcəsini aşağı saldı























