Naxçıvanda sahibkarlar ilə görüş keçirilir - NAZİR 11 AYLIQ GÖSTƏRİCİLƏRİ AÇIQLADI
Faktiki vergi daxilolmaları Naxçıvanda ilk dəfə olaraq 200 milyon manatı ötərək 202,8 milyon manat təşkil edib ki, bu da 11 ay üzrə müəyyən olunan proqnoz məbləğindən 44,4 milyon manat və ya 28 faiz çoxdur.Dekabrın 6-da Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Dövlət Vergi Xidməti və Sahibkarlar Konfederasiyasının təşkilatçılığı ilə “Dövlət-biznes dialoq platforması və gələcək perspektivlər” mövzusunda sahibkarlarla görüş keçirilir.
Tədbirdə "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı" çərçivəsində nəzərdə tutulan Naxçıvanda sahibkarlığın inkişafı, vergi güzəştləri və digər dəstək mexanizmləri müzakirə edilir. Görüşdə həmçinin, sahibkarlıq subyektləri arasında əməkdaşlığın gücləndirilməsi və yeni imkanların müəyyənləşdirilməsi nəzərdə tutulur.
Naxçıvanda vergi sahəsində 2024-cü ilin 11 ayı üzrə göstəricilər açıqlanıb
Naxçıvanda “Dövlət-Biznes dialoq platforması və gələcək perspektivlər” mövzusunda sahibkarlarla keçirilən görüşdə Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov Naxçıvan Muxtar Respublikasının 2024-cü ilin 11 ayı ərzində iqtisadi aktivlik göstəricilərini, o cümlədən İqtisadiyyat Nazirliyinin və onun tabeli qurumlarının fəaliyyətinə dair məlumatları açıqlayıb.
Naxçıvanda qeyri-dövlət sektorunda əmək müqavilələrinin sayı 3,7 dəfə artıb
Əmək münasibətlərinin şəffaflaşdırılması və əməkhaqqının ağardılması istiqamətində əməli tədbirlər davam etdirilib, əməkhaqqının nağdsız qaydada ödənilməsi genişləndirilib.
Nəticədə, 1 dekabr 2024-cü il tarixə qeyri-dövlət sektorunda aktiv əmək müqavilələrinin sayı 1 yanvar 2023-cü illə müqayisədə 3,7 dəfə artaraq 11 363 təşkil edib. İlin əvvəli ilə müqayisədə həmin göstərici 1,8 dəfə artıb.
Naxçıvanda vergi ödəyicilərinə xidmət mərkəzlərində 41 mindən çox şəxs qəbul edilib
2024-cü ilin 11 ayında vergi ödəyicilərinə xidmət mərkəzləri tərəfindən ümumilikdə 41 mindən çox şəxs qəbul edilib. Xidmət mərkəzləri tərəfindən vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması, vergi uçotu, qeydiyyat, bəyannamələr, cari vergi ödəmələri və s. məsələlərlə bağlı 55 minə yaxın xidmət göstərilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 17,3 faiz çoxdur.
Cari ilin yanvar-noyabr aylarında vergi ödəyicilərinə 487 mindən çox məlumatlandırma xarakterli müxtəlif növ bildiriş göndərilib. Hesabat dövründə vergi ödəyiciləri ilə 88 görüş keçirilib, 621 ünvanlı xidmət göstərilib.
Mərkəzlərdə göstərilən xidmətlərdən məmnunluq səviyyəsi 99,6 faiz təşkil edib.

Naxçıvanda vergi daxilolmaları 200 milyon manatı ötüb
Cari ilin 11 ayında faktiki vergi daxilolmaları Naxçıvanda ilk dəfə olaraq 200 milyon manatı ötərək 202,8 milyon manat təşkil edib ki, bu da 11 ay üzrə müəyyən olunan proqnoz məbləğindən 44,4 milyon manat və ya 28 faiz çoxdur.
Cari ilin 11 ayında vergi daxilolmaları 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 52,4 milyon manat və ya 34,9 faiz, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə isə 86,5 milyon manat və ya 74,4 faiz çoxdur.
2024-cü ilin 11 ayında ötən ilin eyni dövrü ilə müqayisədə məcburi dövlət sosial sığorta daxilolmaları 8,1 faiz, işsizlik sığortası fonduna daxilolmalar 11 faiz, icbari tibbi sığorta daxilolmaları 16,7 faiz, nağdsız əməliyyatlar üzrə 10 aylıq dövriyyə isə 340,1 milyon manat və ya 71 faiz artıb.
Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı 37,9 faiz artıb
Muxtar respublikada iqtisadi aktivlik yeni qeydiyyatdan keçmiş vergi ödəyicilərinin, obyektlərin, əlavə dəyər vergisi ödəyicilərinin sayında və digər sahələrdə də izlənilməkdədir.
Belə ki, ilin əvvəli ilə müqayisədə 1 dekabr 2024-cü il tarixə aktiv vergi ödəyicilərinin sayı 37,9 faiz artaraq 21374 təşkil edib. 1 yanvar 2023-cü illə müqayisədə isə aktiv VÖ-nin sayı 68,2 faiz, qeydiyyatda olan obyektlərin sayı 20,1 faiz, ƏDV ödəyicilərinin sayı 84,2 faiz, qeydiyyatda olan Online NKA sayı 70,4 dəfə, qeydiyyatda olan aktiv POS-terminalların sayı 4,7 dəfə, aktiv bank hesablarının sayı 3,6 faiz artıb.
Əhali ilə nağd hesablaşmalar aparan aktiv obyektlər üzrə vergi daxilolmalarında ciddi artım olub
Əhali ilə nağd hesablaşma aparan aktiv obyektlər üzrə vergi daxilolmaları 2024-cü ilin 11 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 49,7 faiz artaraq 9,1 milyon manata yaxın olub.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 4 saat əvvəl
-
-
8 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
- 8 saat əvvəl
-
8 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
8 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
8 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nazirlikdə dövlət borcu yığıncağı
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb






















