Azərbaycan Kredit Bürosunun yeni xidməti – vizual analitika portalı istifadəyə verildi
Azərbaycan Kredit Bürosunun (Büro) yeni xidməti – vizual analitika portalı istifadəyə verilmişdir.
Börodan MArja-ya daxil olmuş məlumatda bildirilir ki, beynəlxalq təcrübədə geniş istifadə olunan bençmarkinq formatında hazırlanmış “FinVision” vizual analitika portalı (Portal) maliyyə-bank sisteminin fəaliyyətinin səmərəli təşkilində əhəmiyyətli rola malikdir.
İlkin olaraq, Portal vasitəsilə beynəlxalq praktikada ən çox istifadə edilən 16 bençmark hesabatı təqdim edilmişdir. Tətbiq edilmiş hər bir hesabat tərəfdaşlara öz portfel məlumatlarını müxtəlif sektor və seqment qrupları üzrə bazar iştirakçıları ilə müqayisəli təhlil apararaq bazar paylarının mövcud vəziyyəti barədə ətraflı məlumat əldə etməyə imkan verir. Maliyyə institutları müvafiq hesabatlardan qısa, orta və uzunmüddətli inkişaf strategiyalarının formalaşdırılması, risk strategiyalarının hazırlanması və qiymətləndirilməsi, həmçinin bazara yeni məhsul və xidmətlərin çıxarılması zamanı hərtərəfli təhlilin aparılması məqsədilə istifadə edə bilərlər.
Büro tərəfindən müvafiq xidmətlə bağlı kredit təşkilatlarına və nisyə mal alqı-satqısı ilə məşğul olan hüquqi şəxslərə müvafiq təqdimat və təlimlər keçirilmiş, Portalın funksionallıqları və üstünlükləri ilə bağlı ətraflı məlumat verilmişdir. Əlavə olaraq, Portalda olan hesabatların əhatə dairəsinin genişləndirilməsi istiqamətində Büro tərəfindən aparılan işlər barədə ətraflı məlumat təqdim edilmişdir.
Büro 15 yanvar 2018-ci il tarixində yaradılmışdır. Büro müştərilərin kredit tarixçəsini təşkil edən məlumatları kredit təşkilatları ilə yanaşı daha geniş mənbələrdən, o cümlədən lizinq, sığorta, kommunal xidmətlər göstərən müəssisələrdən, nisyə mal alqı-satqısı həyata keçirən şirkətlərdən, habelə borc öhdəliyi ilə bağlı digər məlumat bazalarından toplanılması, saxlanılması, təhlili, kredit hesabatlarının formalaşdırılması, borcalanlara fərdi reytinqlərin verilməsi və digər əlavə dəyər yaradan xidmətlərin həyata keçirilməsini təmin edən qurumdur.
Hazırda Büro ilə əməkdaşlıq edən təşkilatların sayı 260-dan artıqdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
25 d. əvvəl
“PAŞA Holding”dən yeni törəmə şirkət – “PAŞA Maliyyə Holding” təsis edilib
-
-
42 d. əvvəl
"Azərbaycan Nəşriyyatının binası təmirə bağlanır, nəşriyyatlar və redaksiyalar köçürüləcək
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
-
2 saat əvvəl
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
-
2 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
Azərbaycandan Gürcüstana səfərlər 33%-dən çox artıb
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
Turanbank böyüyüb, əməliyyat gəlirləri artıb
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
2025-ci ildə Azərbaycan bankları nə qədər qazanıb? - SİYAHI
Rəsmi məzənnələr açıqlandı
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
22 bank mənfəət açıqladı - SİYAHI



















