970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

SOCAR və İtaliyanın enerji nəhəngi üçüncü ölkələrdə birgə layihələr həyata keçirə bilər

SOCAR və “Eni” arasında yeni enerji layihələri gündəmdədir. SOCAR və İtaliyanın enerji nəhəngi üçüncü ölkələrdə birgə layihələr həyata keçirə bilər. Azərbaycan və İtaliya kritik minerallar, süni intellekt və yeni sənaye layihələri üzrə əməkdaşlığı müzakirə edib
AzVak-mobil_resmin_ustu_31
SOCAR və İtaliyanın enerji nəhəngi üçüncü ölkələrdə birgə layihələr həyata keçirə bilər
iç səhifə xəbər şəkil altı (mobil)_32

İqtisadiyyat naziri Mikayıl Cabbarov İtaliyaya işgüzar səfəri çərçivəsində İtaliyanın şirkətlər və “Made in Italy” naziri Adolfo Urso ilə görüşüb.

Görüşdə sənaye, ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, İtaliya şirkətlərinin Azərbaycandakı fəaliyyəti və yeni birgə layihələrin təşviqi məsələləri barədə fikir mübadiləsi aparılıb. İtaliyanın texnologiya və mühəndislik təcrübəsinin Azərbaycanın qeyri-neft-qaz sənayesinin inkişafı üçün yaratdığı imkanlar diqqətə çatdırılıb.

Mədənçilik və metallurgiya, kritik minerallar, süni intellekt və rəqəmsal infrastruktur sahələrində tərəfdaşlıq potensialı nəzərdən keçirilib. İstehsalın modernləşdirilməsi, texnologiya transferi və yüksək əlavə dəyərli məhsulların istehsalı istiqamətində biznes əlaqələrinin genişləndirilməsinin əhəmiyyəti qeyd olunub. Birgə layihələrin dəstəklənməsi üçün İtaliyanın maliyyə və investisiya institutları ilə əməkdaşlıq perspektivlərinə toxunulub.

“Eni” şirkətinin baş icraçı direktoru Klaudio Deskalsi ilə görüşdə SOCAR-la şirkət arasında əməkdaşlığın inkişafı müzakirə edilib. SOCAR-ın “Eni” ilə yeni təşəbbüslərdə iştirakı, həmçinin üçüncü ölkələrdə birgə layihələrdə mövcud əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib. Azərbaycanda bioyanacaq istehsalı üzrə birgə pilot layihənin gedişi, enerji keçidi və texnoloji təcrübə mübadiləsi istiqamətində əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb. 

Qeyd edək ki, İtaliyanın beynəlxalq enerji şirkəti olan “Eni” dünyanın müxtəlif ölkələrində neft və qazın kəşfiyyatı və hasilatı, emalı və satışı ilə yanaşı, bərpa olunan enerji, bioyanacaq və karbon emissiyalarının azaldılması üzrə layihələr həyata keçirir. 

İş elanları AzVak.az-da

23.10.2026 09:35
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19