Azərbaycanda içki istehsalçısının illik satış gəlirləri 7,3 milyon manat artaraq 60 milyon manatı keçib
779 nəfərin çalışdığı içki istehsalçısının maliyyə göstəriciləri açıqlanıbAzərbaycanda spirtli və spirtsiz içkilərin istehsalı və satışı ilə məşğul olan “A+CO” ASC 2025-ci ili 774 min 142 manat xalis mənfəətlə başa vurub. Bu, 2024-cü illə müqayisədə 636 min 936 manat və ya 45,1% azdır. Şirkət 2024-cü ildə 1 milyon 411 min 78 manat xalis mənfəət əldə etmişdi.
Marja.az xəbər verir ki, bu barədə “A+CO” ASC-nin 2025-ci il üzrə audit edilmiş maliyyə hesabatında məlumat verilir.
Hesabata əsasən, şirkətin satış gəlirləri 2025-ci ildə 60 milyon 142 min 793 manat təşkil edib. Bu göstərici 2024-cü ildə qeydə alınmış 52 milyon 845 min 297 manatla müqayisədə 7 milyon 297 min 496 manat və ya 13,8% çoxdur. Beləliklə, şirkət satışlarını artırsa da, həmin artımı xalis mənfəətin yüksəlməsinə çevirə bilməyib.
Şirkətin satışlarının maya dəyəri 2025-ci ildə 35 milyon 274 min 519 manat təşkil edib. Nəticədə ümumi mənfəət 24 milyon 868 min 274 manata yüksəlib. Müqayisə üçün, 2024-cü ildə ümumi mənfəət 14 milyon 172 min 493 manat olmuşdu.
Ümumi mənfəətin artmasına baxmayaraq, satış və digər əməliyyat xərcləri şirkətin yekun maliyyə nəticələrinə təsir göstərib. Xüsusilə, satış xərclərinin əhəmiyyətli dərəcədə yüksəlməsi diqqət çəkir.
2025-ci ildə “A+CO” ASC-nin vergidən əvvəlki mənfəəti 967 min 678 manat olub. Mənfəət vergisi üzrə 193 min 536 manat xərc nəzərə alındıqdan sonra şirkətin xalis mənfəəti 774 min 142 manat təşkil edib.
Şirkətin aktivləri təxminən 18 milyon manat azalıb
2025-ci ilin sonuna “A+CO” ASC-nin cəmi aktivləri 79 milyon 500 min 644 manat təşkil edib. Bu, əvvəlki ilin sonundakı 97 milyon 451 min 364 manatla müqayisədə 17 milyon 950 min 720 manat və ya 18,4% azdır.
Eyni dövrdə şirkətin cəmi öhdəlikləri 96 milyon 125 min 816 manatdan 77 milyon 400 min 954 manata enib. Azalma 18 milyon 724 min 862 manat və ya 19,5% təşkil edib.
Bununla yanaşı, şirkətin kapitalı 1 milyon 325 min 548 manatdan 2 milyon 99 min 690 manata yüksəlib.
Bu göstəricilər şirkətin aktiv və öhdəliklərinin həcminin azaldığını, kapitalının isə hesabat ilində əldə edilmiş mənfəət hesabına artdığını göstərir.
Şirkətin 100%-lik səhmdarı bir nəfərdir
“A+CO” ASC-nin 2025-ci il üzrə illik idarəetmə hesabatında qeyd olunur ki, şirkətin nizamnamə kapitalı 200 min manatdır və hər birinin nominal dəyəri 1 manat olan 200 min adi səhmə bölünüb. Şirkətin bütün səhmləri, yəni nizamnamə kapitalının 100%-i Nəbiyev Elbrus Ənvər oğluna məxsusdur. Şirkətin direktoru Xanoğlan Qasımovdur.
“A+CO” ASC-nin əsas fəaliyyət istiqamətləri distillə edilmiş və təmizlənmiş spirtli içkilərin, həmçinin alkoqolsuz içkilərin istehsalı, topdan və pərakəndə satışıdır. 025-ci ilin dördüncü rübünün sonunda şirkətdə çalışan işçilərin sayı 779 nəfər təşkil edib. Şirkətin 2025-ci il üzrə maliyyə hesabatı “TGS Azerbaijan” tərəfindən audit edilib.
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
5 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
-
2 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
- 2 gün sonra
-
1 saat əvvəl
“Gəmidəki vətəndaşlarımızın hamısı xilas edilib” - Ayxan Hacızadə
-
1 saat əvvəl
Rusiya Mərkəzi Bankı faizləri endirmədi – İnflyasiya yenidən sürətlənir
-
1 saat əvvəl
Maliyyə nəhəngindən kütləvi ixtisar – Minlərlə iş yeri bağlanır
-
1 saat əvvəl
Tramp Zelenskiyə çağırış etdi: Artıq Rusiya ilə razılaşmağın vaxtıdır
- 1 saat əvvəl
-
2 saat əvvəl
"Assist Finance"ın istiqrazlarına tələb təklifi 38,5 faiz üstələdi
-
2 saat əvvəl
Ağ Ev: Rusiya və Ukrayna Oleşki şəhərində müvəqqəti atəşkəsə razılaşıb
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Gəmidəki vətəndaşlarımızın hamısı xilas edilib” - Ayxan Hacızadə
Maliyyə nəhəngindən kütləvi ixtisar – Minlərlə iş yeri bağlanır
Ən çox oxunanlar
Qızılın unsiyasının qiyməti 4000 dollardan da aşağı düşdü
"Assist Finance"ın istiqrazlarına tələb təklifi 38,5 faiz üstələdi
Böyük şirkət istismara yararsız texnikalarını satır – 1 tonunun qiyməti 1 200 manatdan başlayır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kristal Bakı”da növbədənkənar yığıncaq keçirilib
Türkiyədə Orta Dəhlizi gücləndirəcək dəmir yolu xəttinin tikintisinə 250 mln. dollar ayrılıb
Azərbaycana soğan idxalı artıb – 15 057 ton























