970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanda İT işçilərinin maaşından 20 il gəlir vergisi tutulmayacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda İT işçilərinin maaşından 20 il gəlir vergisi tutulmayacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2027-ci il yanvarın 1-dən rezidentlik şəhadətnaməsi alacaq və müəyyən edilmiş meyarlara cavab verən texnopark rezidentlərinin müvafiq fəaliyyətdən əldə etdikləri gəlir və mənfəətə, həmin fəaliyyətdən ödənilən dividendlərə, eləcə də istifadə etdikləri əmlak və torpağa tətbiq olunan vergi güzəştlərinin müddəti 20 ilə çatdırılır. Güzəştlər texnoparkdan kənarda fəaliyyət göstərən rezidentlərə də şamil ediləcək. Rezidentlərdə müvafiq fəaliyyət üzrə çalışan işçilərin əmək gəlirlərinə isə 20 il müddətində 0 faiz gəlir vergisi dərəcəsinin tətbiqi nəzərdə tutulur.

Yeni rezidentlər üçün müvafiq fəaliyyətə cəlb olunan işçilər üzrə sosial sığorta haqqının hesablanmasında mövcud seçim imkanının müddəti də 10 ildən 20 ilə çatdırılır. İri sahibkarlıq subyektlərinə aid rezidentlər vergi güzəştlərindən ixrac göstəriciləri və ixracdan əldə olunan gəlirlərin Azərbaycandakı hesablara daxil olması şərtlərinə uyğun olaraq yararlana biləcəklər.

Tədqiqat və inkişaf fəaliyyətini stimullaşdırmaq məqsədilə innovasiya məhsullarının hazırlanmasına yönələn müəyyən əməliyyat xərclərinin 2,5 əmsalla vergi tutulan gəlirdən çıxılması, bu işlərdə istifadə edilən və ayrıca uçotu aparılan avadanlıqlar üzrə amortizasiya normalarına isə 2 əmsalın tətbiqi nəzərdə tutulur. Rezidentin yaratdığı proqram təminatı, innovasiya məhsulu və ya nou-hau inteqrasiya edilmiş avadanlıqların ixracına müvafiq vergi azadolmaları tətbiq ediləcək.

Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, “Sosial sığorta haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” və “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu imzalayıb. Həmçinin Prezident Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 15 may tarixli 168 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı imzalayıb.

23.10.2026 10:45
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19