İcbari Sığorta Bürosunun Çağrı Mərkəzi yenilənib
*9707 qısa nömrəsi! Vətəndaşlar 7 gün, 24 saat icbari sığortalar barədə ətraflı və operativ məlumat əldə edə bilərlər.“İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqı (İSB) vətəndaş müraciətlərinin daha operativ və keyfiyyətli şəkildə cavablandırılmasını təmin etmək üçün Çağrı Mərkəzinin fəaliyyətini təkmilləşdirib. Bu məqsədlə yeni *9707 qısa nömrəsi istifadəyə verilib. Ölkəxarici nömrələrdən zəng edənlər üçün isə +994 12 525 97 07 nömrəsi nəzərdə tutulub.
Çağrı Mərkəzi vətəndaşlara 7 gün 24 saat olmaqla azərbaycan, rus və ingilis dillərində xidmət göstərir. Vətəndaşlar Çağrı Mərkəzinə müraciət edərək İSB-nin informasiya sisteminə daxil olan 5 icbari sığorta növü (Daşınmaz əmlakın icbari sığortası, Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası, Sərnişinlərin icbari fərdi qəza sığortası, İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta), "Yaşıl Kart" sığorta sistemi, kompensasiya ödənişləri və Büronun səlahiyyətlərinə aid digər məsələlər barədə ətraflı və operativ məlumat əldə edə bilərlər.
Çağrı Mərkəzi müraciətlərin qəbulunu və yönləndirilməsini sürətləndirən innovativ sistemlərlə təchiz olunub. Əməkdaşlar xüsusi təlimlərə cəlb edilərək kommunikasiya texnologiyaları, müştəri xidməti standartları və effektiv ünsiyyət bacarıqları üzrə dərin biliklər əldə ediblər.
Mərkəzə daxil olan bütün müraciətlər avtomatik olaraq qeydiyyata alınır və cavablandırılma prosesi tam şəkildə izlənilir. Zəngin qəbul edilmədiyi hallarda vətəndaşla əks əlaqə yaradılır və müraciətlərin vaxtında həlli təmin edilir.
Çağrı Mərkəzi vasitəsilə göstərilən bütün xidmətlər ödənişsizdir.
Qeyd edək ki, İSB Azərbaycan Respublikasının “İcbari sığortalar haqqında” Qanununun tələblərinə uyğun olaraq zərərçəkən sığorta olunanların və zərər vurulan üçüncü şəxslərin hüquqlarının qorunması, icbari sığorta sisteminin sabitliyinin və davamlı inkişafının təmin edilməsi istiqamətində fəaliyyət göstərir.
Yeni Çağrı Mərkəzi ilə İSB vətəndaşların məmnuniyyətini artırmağı və xidmət keyfiyyətini yüksək səviyədə təmin etməyi hədəfləyir.
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
5 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
-
2 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
- 2 gün sonra
-
3 saat əvvəl
“Gəmidəki vətəndaşlarımızın hamısı xilas edilib” - Ayxan Hacızadə
-
3 saat əvvəl
Rusiya Mərkəzi Bankı faizləri endirmədi – İnflyasiya yenidən sürətlənir
-
3 saat əvvəl
Maliyyə nəhəngindən kütləvi ixtisar – Minlərlə iş yeri bağlanır
-
4 saat əvvəl
Tramp Zelenskiyə çağırış etdi: Artıq Rusiya ilə razılaşmağın vaxtıdır
- 4 saat əvvəl
-
4 saat əvvəl
"Assist Finance"ın istiqrazlarına tələb təklifi 38,5 faiz üstələdi
-
5 saat əvvəl
Ağ Ev: Rusiya və Ukrayna Oleşki şəhərində müvəqqəti atəşkəsə razılaşıb
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Gəmidəki vətəndaşlarımızın hamısı xilas edilib” - Ayxan Hacızadə
Maliyyə nəhəngindən kütləvi ixtisar – Minlərlə iş yeri bağlanır
Ən çox oxunanlar
Qızılın unsiyasının qiyməti 4000 dollardan da aşağı düşdü
"Assist Finance"ın istiqrazlarına tələb təklifi 38,5 faiz üstələdi
Böyük şirkət istismara yararsız texnikalarını satır – 1 tonunun qiyməti 1 200 manatdan başlayır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kristal Bakı”da növbədənkənar yığıncaq keçirilib
Türkiyədə Orta Dəhlizi gücləndirəcək dəmir yolu xəttinin tikintisinə 250 mln. dollar ayrılıb
Azərbaycana soğan idxalı artıb – 15 057 ton























