“Turanbank”ın xalis mənfəəti 11 dəfəyə yaxın artıb
Gəlir“Turanbank” ASC 2025-ci ilin 1-ci rübünü (yanvar - mart) 1 milyon 216 min manat xalis mənfəət ilə başa vurub. Bank 2024-cü ilin 1-ci rübünü 112 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Turanbank"ın xalis mənfəəti 2025-ci ilin 1-ci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyon 104 min manat və ya 11 dəfəyə yaxın artıb.
GƏLİRƏRİ ARTIB
Marja.az xəbər verir ki, 2025-ci ilin 1-ci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə "Turanbank"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 3 milyon 181 min manat və ya 12,6% artaraq 28 milyon 431 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 104 min manat azalaraq 21 milyon 555 min manat təşkil edib.
ƏMƏLİYYAT MƏNFƏƏTİ 2 DƏFƏYƏ YAXIN ARTIB
Cəmi gəlirlərin artması ilə paralel cəmi xərclərin azalması "Turanbank"ın əməliyyat mənfəətinin 3 milyon 285 min manat artmasını təmin edib. "Turanbank"ın əməliyyat mənfəəti 2024-cü ilin 1-ci rübündə 3 milyon 591 min manat ikən, 2025-ci ilin 1-ci rübündə 6 milyon 876 min manat təşkil edib. İlk rübdə Bank əməliyyat mənfəətindən 5 milyon 659 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırıb (ötən ilin 1-ci rübündə 3 milyon 479 min manat ayırmışdı).
İlk rübdə "Turanbank"ın həm faiz, həm də qeyri-faiz gəlirləri artıb, faiz xərcləri isə azalıb.
BANK BÖYÜMƏKDƏ DAVAM EDİB
Ötən ilin sonu ilə müqayisədə 2025-ci ilin ilk rübündə "Turanbank"ın cəmi aktivləri 25 milyon 642 min manat və ya 3% artaraq 31 mart 2025-ci il tarixində 875 milyon 469 min manata, o cümlədən kredit portfeli (müştərilərə verilmiş kreditlər) 15 milyon 115 min manat və ya 2,3% artaraq 666 milyon 946 min manata çatıb. "Turanbank"ın istehlak kreditləri portfeli 11 milyon 822 min manat artaraq 168 milyon 127 min manata, biznes kreditləri portfeli 207 min manat artaraq 366 milyon 271 min manata, ipoteka kreditləri portfeli 3 milyon 87 min manat artaraq 132 milyon 549 min manata yüksəlib.
"Turanbank"da fiziki şəxslərin depozitləri 1 milyon 702 min manat artaraq 368 milyon 555 min manata yüksəlib.
31 mart 2025-ci il tarixində "Turanbank" 120 milyon 178 min manat məcmu kapitala malik olub. Bu, Mərkəzi Bankın minimal tələb məbləğindən (50 milyon manat) 2,4 dəfə çoxdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
-
23 d. əvvəl
Qlobal qızıl tələbi 2025-də rekord qırıb: Misli görünməmiş nəticələr, 555 milyard dollarlıq dəyər
- 50 d. əvvəl
-
1 saat əvvəl
Nazir Azərbaycanın qabaqcıl İKT şirkətlərinin nümayəndələri ilə görüşüb
-
1 saat əvvəl
Azərbaycanın “Aqro-Vest DC” şirkəti Rusiyanın "NP "Konfil" şirkətinin rəsmi distribüteri oldu
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Azərbaycanın “Aqro-Vest DC” şirkəti Rusiyanın "NP "Konfil" şirkətinin rəsmi distribüteri oldu
Meta-nın gəliri 24 faiz artıb
Microsoft-un xalis mənfəəti 60 faiz artıb
Ən çox oxunanlar
2025-ci ildə Tesla-nın gəliri və mənfəəti azalıb
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Azvak.az-da yayımlanmış yeni iş elanları
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı



















