Azərbaycanda qarpız sahələrinin sığortalanması mösümü başlayıb – ŞƏRTLƏR, MƏBLƏĞLƏR
Azərbaycanda dövlət dəstəkli aqrar sığorta mexanizmi vasitəsilə bostan bitkilərinin, o cümlədən qarpız bitkisinin sığortalanması mövsümü başlayıb.
Artıq qarpız becərən fermer və təsərrüfatlar dövlətin güzəştli aqrar sığortası vasitəsilə öz əkin sahələrini çoxsaylı hadisələrdən sığorta edə bilərlər.
Xatırladaq ki, qarpız Azərbaycanda ən geniş sahədə əkilən bostan bitkilərindəndir. Hazırda ölkəmizdə 14 500 hektar sahədə qarpız becərilir. Qarpız əkin sahələrinin böyük hissəsi – 5 660 hektar və ya bütün sahələrin 40%-i Mil Muğan regionunun payına düşür.
Belə ki, təkcə Sabirabad rayonunda 3500 hektar, Saatlı rayonunda isə 1600 hektar ərazidə qarpız becərilir. Bundan başqa, qarpız Mərkəzi Aran, Qarabağ, Şəki-Zaqatala regionları, Naxçıvan Muxtar Respublikası və sair bölgələrdə də geniş əkilir.
Qarpız sahəərinin həcmi Kürdəmir rayonunda 1440 hektar, Bərdə rayonunda 1 230 hektar, Ağcabədi rayonunda 1030 hektar, Salyanda 750 hektar və Zaqatalada 740 hektara çatır.
Qarpız bitkisniin məhsuldarlığı da kifayət qədər yüksəkdir, 2024-cü ildə 1 hektar qarpız sahəsində məhsuldarlıq orta hesabla 280 sentner olub.
Əkin sahələrini, məhsudarlığını və qiymətini nəzərə aldıqda qarpız bitkisi ölkənin ayrı-ayrı regionlarında fermerlərin gəlirlərinin əsas hissəsini təşkil edir.
Bundan başqa, qarpız Azrbaycandan ixrac ediən məhsullar sırasındadır. Belə ki, 2022-ci ildə ölkədən xaricə ümumi dəyəri 6,5 milyon dollar olan 14 min ton, 2023-cü ildə ümumi dəyəri 5,2 milyon dollar olan 12,2 min ton, 2024-cü ildə isə xaricə ümumi dəyəri 4,3 milyon dollar olan 9 min ton qarpız ixrac edilib.
Aqrar Sığorta Fondu tərəfindən təqdim olunan aqrar sığorta mexanizmi qarpız əkinlərini çoxsaylı risklərdən qoruyur. Buraya dolu, fırtına- qasırğa, sel-subasma, vəhşi heyvanların hücumu, üçüncü şəxslərin hərəkətləri və sair hallar aiddir.
Qarpız əkən fermerlər və təsərrüfat sahibləri onu baza sığorta zərfindən əlavə, ayrıca olaraq dolu riski nəticəsində yaranan miqdar itkisi ilə yanaşı, keyfiyyət itkisi üzrə də sığorta edə bilərlər.
Sığorta haqqının yarısının dövlət tərəfindən qarşılanması sayəsində fermerlər cüzi ödəniş elməklə qarpız sahələrini çoxsaylı risklərdən sığorta edə bilərlər.
Qarpız təsrrüfatlarının baza sığorta zərfi ilə sığortası tarifi ölkənin ayrı-ayrı regionları üzrə fərqlidir və 2,17%-5,12% arasında dəyişir. Bu bitkinin ən çox əkildiyi Aran bölgəsində sığorta tarifi 2,26% təşkil edir. Hesablanan sığorta haqqının 50%-ni fermerə dəstək üçün dövlət ödəyir.
Nəticədə, məsələn, Sabirabad rayonunda 1000 manatlıq qarpız bitkisinin sığortalanması fermerə cəmi 11,3 manata başa gəlir.
Məhsuldarlığı 200 sentner, 1 sentnerin qiyməti 20 manat, yəni ümumilikdə 4 000 manatlıq məhsul gözləniən qarpız sahəsinin baza zərfi üzrə sığortalanması isə ölkənin regionlarından asılı olaraq fermerlərə 43,4-102,4 manata başa gəlir
Artıq ölkəmizdə qarpız sığortasından faydalanan, yəni qarpız sahələrində baş vermiş hadisələr örə ödəniş alan fermerlər də var. Belə ki, 2024-cü ildə Aqrar Sığorta Fondu tərəfindən Samux raonunda selsubasma hadisəsi baş vermiş qarpız sahəsi üzrə fermerə 94 500 manat, Kürdəmir rayonunda isə dolu hadisəsi nətiəsində zərər çəkmiş qarpız sahəsi üzrə fermerə 12 966 manat ödəniş edilib.
Aqrar sığortanın əhatə etdiyi meyvə məhsullarının sığorta şərtləri və tarifləri ilə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində «Bitkiçilik məhsulları» bölməsində ətraflı tanış olmaq mümkündür.
Əlavə məlumatları ASF-nin sosial şəbəkə hesablarını izləməklə və 1651 qısa nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar.
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
5 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
-
3 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
- 2 gün sonra
-
8 d. əvvəl
SOCAR və İtaliyanın enerji nəhəngi üçüncü ölkələrdə birgə layihələr həyata keçirə bilər
-
29 d. əvvəl
"1 kvadratmetri başlayanda 4 min dollar idi, indi 8 min dollardır"
- 46 d. əvvəl
-
1 saat əvvəl
İlon Mask 80 milyard dollar borcu olan media nəhənginə 1 milyard dollar yatırıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
PepsiCo və Taco Bell əməkdaşlığı 2036-cı ilə qədər uzadıb - KFC isə Coca-Cola-ya keçir
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
SOCAR və İtaliyanın enerji nəhəngi üçüncü ölkələrdə birgə layihələr həyata keçirə bilər
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Netflix-in xalis mənfəəti 44% artıb, lakin səhmləri 6% ucuzlaşıb – Şirkət reklam gəlirləri üzrə proqnozunu azaldıb
Tide və Pampers-in istehsalçısının gəlirləri artıb - satışları 23 milyard dolları keçib, səhmləri 5%-dən çox bahalaşıb
PepsiCo və Taco Bell əməkdaşlığı 2036-cı ilə qədər uzadıb - KFC isə Coca-Cola-ya keçir
Netflix-in xalis mənfəəti 44 faiz artaraq 3,66 milyard dollara çatıb
Vens: Rusiya və Ukrayna danışıqlar masasına oturmağa razılaşıb
"PAŞA Bank"ın Gürcüstandakı törəməsi maliyyə vəziyyətini açıqlayıb
Nvidia-nın rəhbəri: Süni intellektə tələb həddindən artıq yüksəkdir, lakin kapital çatışmır
Dünyanın ən böyük sərvət fondu 30 milyard dollar zərər edib























