Hesablama Palatası Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyində ciddi maliyyə nöqsanları aşkar edib
Hesablama Palatası 2023–2024-cü illərdə Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyi"nin maliyyə vəsaitlərinin istifadəsi audit olunub və bir sıra ciddi nöqsanlar aşkarlayıb.
Bu barədə Hesablama Palatasının bülletenində bildirilir.
Audit nəticələrinə görə, 2023-cü il üçün təsdiq edilmiş smetaya qarşı yalnız 43,32 % həcmində faktiki xərc icra olunub, 2024-cü ildə isə faktiki icra 71,2 % təşkil edib. Hər iki il üçün smeta proqnozları əvvəlki ilin icrasından çox yüksək hesablanıb.
Agentlik balansındakı 2 sərnişin avtobusu metal qəbulu məntəqəsinə verilmiş, lakin 2025-ci il fevralın 26-dək vəsait Agentliyin hesabına daxil olmayıb. Audit zamanı müəyyən edilib ki, 2 220 manat vəsait yayındırılıb, onlardan 602 manat bərpa edilib.
Şəhərlərarası 580 avtobus biletinin dəyəri 3 828 manat olmaqla audit prosesində tam şəkildə Agentliyin hesabına qaytarılıb. Naxçıvan-Bakı istiqamətində avtobus biletlərinin satışı zamanı kassa sənədləşdirilməsi aparılmayıb: 2023-cü ildə 593 436 manat, 2024-cü ildə isə 919 950 manat pul vəsaiti qeyri-rəsmi qaydada paylanıb, yalnız 22 %-i rəsmi yolla mədaxil olunub.
Tam sökülmüş taksi nəqliyyat vasitəsinin dəmir konstruksiyasının satışı nəticəsində 160 manat Agentliyin hesabına daxil olub.
Auditin nəticələrinə görə, qanunvericiliyin qüvvədən düşməsinə baxmayaraq, 2024-cü ilin son iki ayında əməkhaqqı və əlavələr üçün hüquqi akt olmadan 48 min 625,81 manat xərc edilib.
Müxtəlif müqavilələr əsasında ödənilmiş 4 300 manatlıq xidmətlərin heç biri icra olunmamış, təqdim edilmiş sənədlərdə qeyri-peşəkar yanaşmalar aşkar edilib.
Büdcədən 203 min 701,63 manat əməkhaqqı və mükafat xərcləri ödənilib, lakin qanunvericiliyə uyğun olmayıb.
Avtobuslar icarəyə verilərkən, ümumi dəyəri 20 088 manat olan ehtiyat hissələr silinmiş, anbar malı isə 1 279 manat həcmində uçot aparılmadan satılıb.
İşçilərin əmək stajı düzgün hesablanmamış və artıq 9 min 513,07 manat vəsait sərf edilib.
"Agentlik balansındakı elektrobus "charger" aparatları və digər avadanlıqlar istifadəsiz saxlanılmış, bu da zərurətin düzgün müəyyən edilmədiyini göstərir", - Hesablama Palatası bildirir.
Bununla yanaşı, Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyinin maliyyə hesabatlarında mədaxil və məxaric düzgün əks olunmayıb, aktivlərin dəyəri inventarizasiya aktları ilə uyğun gəlməyib.
Avtoyuma sexi və yeməkxana kimi obyektlərin xərcləri müqavilələrə uyğun olmadan Agentlik tərəfindən ödənilib.
Palata qeyd edir ki, audit zamanı müəyyən edilən nöqsanlar dövlət vəsaitlərinin istifadəsində şəffaflığın və hesabatlılığın aşağı səviyyədə olduğunu göstərir və müvafiq tədbirlərin görülməsi zəruridir.
Müştərilərin xəbərləri
Azərbaycanın tanınmış şirkəti "SR Construction" fəaliyyətini “SR Development” adı ilə davam etdirəcək
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 20 saat sonra
-
-
49 d. əvvəl
“İnno Kapital”ın xalis mənfəəti 2,2 dəfə artıb – MALİYYƏ GÖSTƏRİCİLƏRİNİ AÇIQLADI
- 54 d. əvvəl
- 55 d. əvvəl
- 57 d. əvvəl
-
1 saat əvvəl
"Click to Pay with Visa" — "Epoint"də onlayn "checkout" üçün yeni standart
-
1 saat əvvəl
"Azpulmat"da böyük geriləmələr - BOKT kiçilib, gəlirləri və xalis mənfəəti kəskin düşüb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SİMA rəqəmsal imza Birbank-da!
"Azpulmat"da böyük geriləmələr - BOKT kiçilib, gəlirləri və xalis mənfəəti kəskin düşüb
Broyler şirkətinin xalis zərəri təxminən 2 dəfə artıb
Broyler şirkətinin xalis mənfəəti 24% artıb
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma
Rəsmi məzənnələr açıqlandı
“CFİ Financial İnvestisiya Şirkəti” daha aktiv fəaliyyətə hazırlaşır
Qızıl ABŞ-ın İrana hücumlarından sonra ucuzlaşıb
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 18 GÜN
Neft ABŞ-ın yeni hərbi hücumları ilə bahalaşıb






.jpg)











.jpg)
