FED bu həftə qərarını açıqlayacaq - Qlobal birjalarda son vəziyyət
Geridə buraxdığımız həftə ərzində dünya maliyyə bazarlarında diqqətlər əsasən ABŞ-da dərc edilən istehsal və istehlak göstəricilərinə yönəlmişdir. Həmçinin, Amerikada zəif açıqlanan əmək göstəriciləri dolların istiqamətini dəyişdi, Avrozonada Avropa Mərkəzi Bankının faiz dərəcəsi ilə bağlı qərarı və Böyük Britaniyada ÜDM məlumatları bazarlara əlavə siqnallar verdi.
ECB sentyabr iclasında faiz dərəcəsini sabit saxladı
Avropa Mərkəzi Bankı (ECB) sentyabr iclasının yekunlarına əsasən faiz dərəcəsini dəyişməyərək 2.15% səviyyəsində saxlayıb. Faiz dərəcələri ardıcıl ikinci iclasdır ki, dəyişdirilməyib.
AMB-nin açıqlamasında qeyd olunub ki, Avrozonada inflyasiya orta müddətli 2%-lik hədəfinə yaxın səviyyədədir və tənzimləyicinin rəhbərliyi tərəfindən verilən inflyasiya proqnozu əvvəlki iclasla müqayisədə, ümumilikdə, dəyişməyib. Faiz dərəcələrinin dəyişdirilməsi və ya saxlanılması ilə bağlı qərarlar, xüsusilə, inflyasiya proqnozları və onlarla əlaqəli risklərə əsaslanacaq. AMB inflyasiyanın hədəf səviyyədə sabitləşməsini təmin etmək üçün ixtiyarında olan bütün alətləri tənzimləməyə hazırdır.
ECB-nin qərarından sonra tənzimləyici qurumun sədri Kristin Laqard mətbuat konfransında bildirib ki, Avrozonada dezinflasiya prosesi başa çatıb və inflyasiya artıq arzu olunan səviyyədədir. O, bir daha vurğulayıb ki, mərkəzi bank faiz dərəcələrinin dəyişməsi üzrə əvvəlcədən müəyyən edilmiş trayektoriyanı izləməyib və zərurət yarandıqda monetar siyasəti hər zaman korrektə etməyə hazırdır.
ABŞ: FED-in faiz dərəcəsi ilə bağlı qərarı
Cari həftə ABŞ-da Federal Ehtiyatlar Sisteminin (FED) faiz dərəcəsi ilə bağlı qəbul edəcəyi qərar bazar iştirakçıları tərəfindən ən çox gözlənilən məlumatdır. Son həftə ABŞ-da açıqlanan statistik göstəricilər ölkədə məhdud inflyasiya və əmək bazarının zəifləməsinə işarə edir. Bütün bunlar FED-in yaxın iclasda faiz dərəcəsini endirmə ehtimalını artırıb. Hətta bəzi analitiklər bu endirimin birdən-birə 50 baza bəndi ola biləcəyini istisna etmir.
ABŞ-ın Əmək Nazirliyinin yaydığı məlumata əsasən, ölkədə avqust ayında istehlak qiymətləri illik ifadədə 2.9%, aylıq ifadədə 0.4% artıb (iyulda – 0.2%). Həmçinin, 7 sentyabrda bitən həftədə işsizlik müavinəti üçün müraciət edən amerikalıların sayı 27 min nəfər artaraq 263 minə çatıb və 2021-ci ilin oktyabr ayından bəri maksimum həddə yüksəlib.
Əlavə olaraq, ötən həftə ABŞ və Çin nümayəndə heyətləri bazar günü Madriddə ticarət rüsumları və ixrac məhdudiyyətləri məsələləri də daxil olmaqla mübahisəli ticarət məsələləri üzrə növbəti danışıqlar raunduna başlayıblar.
Nəticədə, ötən həftəni EUR/USD, GBP/USD və USD/CHF məzənnələri üfüqi tendensiya ilə bitiriblər. USD/JPY valyuta cütlüyü isə 148.060 səviyyəsinə qədər bahalaşıb.
Bu həftə həmçinin Kanada Bankı (BoC), İngiltərə Bankı (BoE) və Yaponiya Bankı (BoJ) faiz dərəcəsi ilə bağlı qərarlarını açıqlayacaqlar. Həmçinin, Avrozonada və Böyük Britaniyada dərc olunacaq İstehlak Qiymətləri İndeksi (CPI) və ABŞ-da açıqlanacaq Pərakəndə Satış Dövriyyəsinin Həcmi və İşsizlik Müavinəti üçün Müraciətlərin Sayı göstəriciləri birjalara yön verəcək.
EUR
Ötən həftəyə artımla başlayan EUR/USD məzənnəsi çərşənbə axşamı günü 1.17800 səviyyəsinə qədər yüksəlib. ABŞ-da əmək bazarına dair məlumatların dərc olunması ərəfəsində məzənnə 1.16600 səviyyəsinə kimi ucuzlaşsa da, statistik göstəricilərin dərcindən sonra 1.17460 həddinə qədər bahalaşıb.
Yeni həftəyə bir qədər enişlə başlayan məzənnədə “ayılar” qiyməti 1.17000 həddinin altına salıb və burada saxlaya bilsələr, eniş tendensiyası davam edə bilər.
Cari həftə Avrozonada və Almaniyada açıqlanacaq statiktik məlumatlar avronun gələcək istiqaməti haqqında ip ucları verəcək.
XAUUSD
Ötən həftənin çərşənbə axşamı 3675$-a qədər yüksələn qızıl tarixi maksimum həddini yenilədi. Lakin, qiymətli metal həftəni 3642$ səviyyəsində tamamladı. Hazırda 3634$ səviyyəsində ticarət olunan “sarı metal”ın qiyməti 3656$ həddini qırsa, artım tendensiyası daha kəskin xarakter ala bilər.
OİLUK
“Brent” markəlı neftin bir barel üçün qiyməti ötən həftə ərzində 1%-dən çox bahalaşıb.
Ötən həftənin cümə günü 65.90$-a qədər ucuzlaşan “qara qızıl”ın qiyməti Ukrayna dronlarının Rusiyanın iri neft emalı zavodları və ixrac terminalları da daxil olmaqla, neft infrastrukturuna endirdiyi zərbələr fonunda 68.40$-a kimi yüksəldi. Analitiklər qeyd ediblər ki, əgər Ukrayna Rusiyanın ixrac infrastrukturuna hücumları davam etdirsə, dünya üzrə neft qiymətləri ilə bağlı proqnozlar yüksəldiləcək.
Bazarı dəstəkləyən amillər arasında geosiyasi risklər önə çıxır və bu, ABŞ-da tələbin zəifləməsi və “OPEC+” ölkələrinin hasilatın artırılması şəraitində potensial təklif artımı ilə bağlı treyderlərin narahatlıqlarından üstün gəlir.
Eləcə də, verilən məlumatlara əsasən, Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiya paketinin hazırlanmasını yekunlaşdırıb. Qeyd olunur ki, Aİ, xüsusilə, Rusiya neftinin satışına əlavə məhdudiyyətləri nəzərdən keçirir.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
5 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
3 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
-
- 3 gün sonra
-
6 saat əvvəl
Vens: Rusiya və Ukrayna danışıqlar masasına oturmağa razılaşıb
-
6 saat əvvəl
"PAŞA Bank"ın Gürcüstandakı törəməsi maliyyə vəziyyətini açıqlayıb
-
7 saat əvvəl
Nvidia-nın rəhbəri: Süni intellektə tələb həddindən artıq yüksəkdir, lakin kapital çatışmır
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
İnvestorlar üçün yeni istiqrazlar – İllik 15% gəlir, aylıq faiz ödənişi
-
8 saat əvvəl
Britaniya şirkəti Azərbaycanın Yaşıl Enerji Dəhlizinə sərmayə yatırmaq istəyir
- 9 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
"PAŞA Bank"ın Gürcüstandakı törəməsi maliyyə vəziyyətini açıqlayıb
Dünyanın ən böyük sərvət fondu 30 milyard dollar zərər edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avropaya Azərbaycan elektrik enerjisinin ixracı üçün yeni imkanlar müzakirə olunur – “Zhero” layihəyə maraq göstərir
Dövlət Fondu yeni məhsulunu təqdim etdi – Sahibkarlara 5%-dən başlayan faizlə 50 min manatadək kredit veriləcək
Husilər Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinə zərbə endirib
Rabalon Microsoft texnologiyaları ilə bizneslərə yeni imkanlar açır
Çin şirkəti Azərbaycanda 200 MVt gücündə dəniz külək elektrik stansiyası tikmək imkanlarını araşdırır
Türkiyə Mərkəzi Bankı faiz dərəcəsini aşağı saldı






















