Azərbaycan 2026-cı il üçün 41,5 milyard manatlıq büdcə açıqladı
2026-cı ildə dövlət büdcəsinin gəlirləri 38 milyard 423 milyon manat, xərcləri 41 milyard 548.6 milyon manat, kəsiri 3 milyard 125.6 milyon manat proqnozlaşdırılır.
2026-cı il üzrə dövlət və icmal büdcələrin proqnozu açıqlanıb.
İcmal büdcə
Marja.az Azərbaycan Respublikasının 2026-cı ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlamaya istinadən xəbər verir ki, 2026-cı ildə icmal büdcənin gəlirləri 44 milyard 825.3 milyon manat səviyyəsində proqnozlaşdırılmışdır ki, bu da 2025-ci ilin təsdiq olunmuş göstəricisinə nəzərən 874.7 milyon manat və ya 2 faiz artım deməkdir. İcmal büdcə xərcləri isə növbəti ildə 48 milyard 683.1 milyon manat proqnozlaşdırılmışdır ki, bu da 2025-ci ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 1 milyard 53.7 milyon manat və ya 2,2 faiz çoxdur. 2026-cı il üzrə icmal büdcədə 3 milyard 857.8 milyon manat büdcə kəsri (defisit) olacağı proqnozlaşdırılmışdır.
Dövlət büdcəsi
2026-cı ildə dövlət büdcəsinin gəlirləri 38 milyard 423 milyon manat proqnozlaşdırılır ki, bu da 2025-ci ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 67 milyon manat və yaxud 0,2 faiz çox, 2024-cü ilin icra göstəriciləri ilə müqayisədə 1 milyard 261.2 milyon manat və yaxud 3,4 faiz çoxdur.
Növbəti ildə dövlət büdcəsinin xərcləri 2025-ci ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 141 milyon manat və ya 0,3 faiz artım ilə 41 milyard 548.6 milyon manat proqnozlaşdırılır ki, bu da, 2024-cü ilin icra göstəriciləri ilə müqayisədə 3 milyard 835 milyon manat və yaxud 10,2 faiz çoxdur.
2026-cı ildə dövlət büdcəsinin kəsiri 2025-ci ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 74 milyon manat və ya 2,4 faiz çox olmaqla 3 milyard 125.6 milyon manat (ÜDM-də xüsusi çəkisi 2,3 faiz olmaqla) proqnozlaşdırılır.
Dövlət büdcəsinin gəlirləri
2026-cı ildə xam neftin bir barelinin orta illik satış qiyməti 65 ABŞ dolları səviyyəsində götürülməklə dövlət büdcəsinin gəlirləri ÜDM-in 28,6 faizi həcmində yəni 38 milyard 423 milyon manat nəzərdə tutulur ki, bunun da 42,6 faizi və ya 16 milyard 350 milyon manatı neft-qaz sektorunun, 57,4 faizi və ya 22 milyard 73 milyon manatı qeyri-neft-qaz sektorunun payına düşür.
2026-cı ildə Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar dövlət büdcəsi gəlirlərinin 43,8 faizini və ya 16 milyard 821 milyon manat təşkil edəcəkdir ki, bu da cari ilin təsdiq olunmuş göstəricisindən 1 milyard 321 milyon manat və ya 8,5 faiz, 2024-cü ilin icra göstəriciləri ilə müqayisədə isə 1 milyard 13 milyon manat və ya 6,4 faiz çoxdur.
Bununla yanaşı, növbəti ildə dövlət büdcəsi gəlirlərinin 12 milyard 750 milyon manatı və ya 33,2 faizi Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfertin, 6 milyard 850 milyon manatı və ya 17,8 faizi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 1 milyard 21 milyon manatı və ya 2,7 faizi büdcə təşkilatlarının büdcədənkənar daxilolmalarının, 981 milyon manatı və ya 2,6 faizi isə sair gəlirlərin payına düşür.
2026-cı il üzrə dövlət büdcəsinə proqnozlaşdırılan Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmaların 78,6 faizi və ya 13 milyard 221 milyon manatı qeyri-neft-qaz sektorunun, 21,4 faizi və ya 3 milyard 600 milyon manatı neft-qaz sektorunun payına düşür.
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar ÜDM-in 5,1 faizi həcmində olmaqla 6 milyard 850 milyon manat nəzərdə tutulur ki, bu da 2025-ci ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 250 milyon manat və ya 3,8 faiz, 2024-cü ilin faktı ilə müqayisədə 201,3 milyon manat və ya 3 faiz çoxdur.
Dövlət büdcəsinin xərcləri
2026-cı il üçün 41 milyard 548,6 milyon manat (ÜDM-in 31 faizi) həcmində proqnozlaşdırılan dövlət büdcəsi xərclərinin 24 milyard 771,7 milyon manatı və ya 59,6 faizi cari xərclərə, 14 milyard 319,3 milyon manatı və ya 34,5 faizi əsaslı xərclərə, 2 milyard 457,6 milyon manatı və ya 5,9 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönələcəyi proqnozlaşdırılmışdır.
Funksional təsnifat üzrə 2026-cı ildə ümumi dövlət xidmətləri üzrə xərclərinə 5 milyard 776.5 milyon manat (xüsusi çəkisi 13,9 faiz), müdafiə və milli təhlükəsizlik üzrə xərclərə 8 milyard 714,8 milyon manat (xüsusi çəkisi 21 faiz), məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq üzrə xərclərinə 3 milyard 553,6 milyon manat (xüsusi çəkisi 8,6 faiz), təhsil xərclərinə 4 milyard 985.8 milyon manat (xüsusi çəkisi 12 faiz), səhiyyə xərclərinə 2 milyard 52.4 milyon manat (xüsusi çəkisi 4,9 faiz), sosial müdafiə və sosial təminat üzrə xərclərinə 4 milyard 873 milyon manat (xüsusi çəkisi 11,7 faiz), mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərclərinə 568,6 milyon manat (xüsusi çəkisi 1,4 faiz), mənzil və kommunal təsərrüfatı üzrə xərclərinə 298,2 milyon manat (xüsusi çəkisi 0,7 faiz), kənd təsərrüfatı üzrə xərclərinə 1092,1 milyon manat (xüsusi çəkisi 2,6 faiz), ətraf mühitin mühafizəsi üzrə xərclərinə 357,2 milyon manat (xüsusi çəkisi 0,9 faiz), iqtisadi fəaliyyət xərclərinə 7630,7 milyon manat (xüsusi çəkisi 18,4 faiz), əsas bölmələrə aid edilməyən xidmətlər üzrə xərclərinə isə 1 milyard 645.7 milyon manat (xüsusi çəkisi 4 faiz) vəsait yönəldilməsi proqnozlaşdırılır.
Dövlət büdcəsinin kəsiri
2026-cı ildə dövlət büdcəsinin kəsiri 3 milyard 125.6 milyon manat proqnozlaşdırılır ki, bunun da 2 milyard 600.6 milyon manatının (83,2 faiz) borclanma, 400 milyon manatının (12,8 faiz) vahid xəzinə hesabının qalığı və 125 milyon manatının (4,0 faiz) özəlləşmədən daxilolmalar hesabına maliyyələşdirilməsi nəzərdə tutulur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
2 gün sonra
Yeni onlayn sığorta mağazası - Sığorta məhsullarını bir neçə dəqiqəyə əldə et
-
2 gün sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
12 d. əvvəl
AccessBank korporativ sosial məsuliyyət çərçivəsində “İçərişəhər” Qoruğu ilə əməkdaşlığa başlayıb
- 13 d. əvvəl
-
21 d. əvvəl
Erkən mərhələdə olan layihələrə investisiyaların stimullaşdırılması üçün alətlər yaradılır
-
41 d. əvvəl
İnvestisiya şirkətinin və Bankın, daxilində kitab mağazası olan filialı açılıb
- 44 d. əvvəl
- 53 d. əvvəl
-
1 saat əvvəl
İlk dəfə su texnologiyaları üzrə innovativ ideyalar ilə hakaton keçirilib, qaliblər müəyyən edilib
- 1 saat əvvəl
-
1 saat əvvəl
2027-ci ildə əhalinin illik gəlirlərinin 100 milyard manatı keçəcəyi gözlənilir
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

AccessBank korporativ sosial məsuliyyət çərçivəsində “İçərişəhər” Qoruğu ilə əməkdaşlığa başlayıb

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Qarabağ atlarının şousunu izləyiblər

İlk dəfə su texnologiyaları üzrə innovativ ideyalar ilə hakaton keçirilib, qaliblər müəyyən edilib
Ən çox oxunanlar

Yeni Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar, Milli Xalça Muzeyinin Şuşa filialında olublar

AFB Bank tam onlayn – “Başdan Başa” kredit layihəsini təqdim edir

Azərbaycan və BƏƏ prezidentlərinin geniş tərkibdə görüşü olub, sənədlər mübadilə edilib

Hökumətin 2026- 2029-cu illər üzrə dollar/manat proqnozu məlum oldu

Azərbaycanda inflyasiyanın tədricən azalacağı proqnozu verilib

2029-un sonunadək Azərbaycan iqtisadiyyatının həcminin 100 milyard dollara çatmayacağı gözlənilir
