Nyu-York-646 AZN, Dubay 429 AZN- QATAR AIRWAYS-in Səyahət Festivalı başladı
Yoldaş endirimi, uşaqlar pulsuz uçur və digər bir çox təkliflərdən 9-16 Yanvar 2017 tarixləri arası bilet alaraq faydalanın.
Festival zamanı Visa, Expedia və AccorHotels kimi əsas iş ortaqlarımızın əlavə təkliflərindən də faydalanın.
Qatar Airways Səyahət Festivalı 2017-ci ildə daha yaxşı təkliflərlə geri döndü. Artıq müştərilər qlobal şəbəkəmiz boyunca bir çox yerləri kəşf etmək üçün əla təkliflərdən faydalana biləcəklər.
Bu təkliflər 9-16 yanvar tarixləri arası Dünyanın Ən Yaxşı Biznes Sinfi* habelə ekonom sinifdə keçərli olub müştərilərə xüsusi qiymət endirimi, yoldaş endirimi, qrup endirimi** və uşaqlar pulsuz uçur tariflərindən faydalanmaq şansı yaradır.
Qatar Airways müştəriləri 2017-ci ildə dünyanın fərqli şəhərlərini kəşf etməyə başlaya bilərlər, yeni istiqamətlərimiz arasında Yeni Zealandiyada Auckland, Avstraliyada Kanberra, İrlandiyada Dublin, Amerika Birləşmiş Ştatlarında Las Vegas, Braziliyada Rio de Janeiro, Çilidə Santiago və.s kimi şəhərlər var. Bu inanılmaz təklif 11 Yanvar – 15 Dekabr 2017 tarixləri arası səyahət üçün ekonom və biznes sinifdə gediş-dönüşlü biletlərə şamil edilir və Asiya, Avropa, Afrika, Amerika, Sinay Yarımadası və.s boyunca Qatar Airways-in 150-dən çox istiqamətinə şamil edilir.
Müştərilər New Yorka cəmi 646 AZN-dən başlayan qiymətə kəşf edə, Maldivdə bitməz yayın dadını çıxarmaq üçün Maleyə 982 AZN-ə səyahət edə və ya heç bir yerdə olmayan qədər unikal ərəb mədəniyyətini görmək üçün Dubaya 429 AZN-ə səyahət edə bilərlər. Müştərilər bu və digər əla təkliflərdən faydalanmaq üçün qatarairways.com saytına daxil ola və ya Qatar Airways satış ofisləri ilə əlaqə saxlaya bilərlər.
İlk Səyahət Festivalları təşkilindən bu günə qədər ilk dəfə Qatar Airways dünyanın aparıcı maliyyə xidməti şirkəti olan Visa ilə əməkdaşlıq edərək, Visa kart sahiblərinə uçuşlarda əlavə 15%-dək endirim təklif edir. Bundan başqa müştərilər Qatar Airways-in AccorHotels-lə olan əməkdaşlığından faydalanaraq havayolu şirkətinin saytında edilən bronlara 10% endirim əldə etməklə yanaşı Expedia üzərindən birlikdə edilən hava yolu və otel rezervasiyalarına əla qiymət endirimi əldə edəcəklər.
Qatar Airways-in Baş Kommersiya Meneceri Dr. Hugh Dunleavy-nin dediyi kimi: “Qısa müddət ərzində qlobal səviyyədə tanınan və səbirsizliklə gözlənən Qatar Airways Səyahət Festivalı müştərili dünyanı kəşf etməyə həəsləndirən bir kampaniyadır və biz bu gün sözükeçən kampaniyanı sayca üçüncü dəfə həyata keçirdiyimiz üçün qürur hiss yaşayırıq. Yeni il səyahət planları haqqında düşünmək üçün əla vaxtdır və biz bir sıra maraqlı təkliflərlə planların bir hissəsi olmağa can atırıq.”
“Müştərilərimiz həmçinin qrup rezervasiyalarına olan özəl endirimlərdən faydalana şansı qazanacaqlar çünki bu festivalın əsas məqsədi insanlara unudulmaz anlar yaşadan səyahətləri həyata keçirməyə imkan yaratmaqdır.”
Qatar Airways Səyahət Festivalı insanlara ən yaxınları ilə birlikdə səyahət edərkən onlara sadəcə mükəmməl xidmətdən faydalanmağın mümkünlüyünü göstərməkdir. Qatar Airways Skytrax tərəfindən Sinay Yarımadasında ən yaxşı müştəri xidməti olan hava yolu şirkəti, 2016-cı il üçün Dünyanın ən yaxşı biznes sinfi, dünyanın ən yaxşı biznes sinif Lounge-u olan hava yolu şirkəti seçilmişdir. Şirkət qısa müddət öncə müştərilərinin səyahət təcrübələrini bir qədər də yaxşılaşdırmaq üçün biznes kabinə yeniliklər etmiş və biznes sinif müştəriləri üçün BRICS vəCastello Monte Vibiano Vecchio sərnişin dəsti əlavə etmiş və daha gənc sərnişinlər üçün Hasbro uşaq əyləncə dəstini yeniləmişdir.
Qatar Airways Səyahət Festivalından faydalanan müştərilər 2 səyahəti birləşdirib Dohaya səyahət edə bilərlər. Yeni tranzit vizası ilə müştərilər Dohaya pulsuz tranzit vizası əldə edib 96 saata qədər qala bilərlər. Dohaya onun tarixi yerlərini görmək, beş ulduzlu alış-veriş mərkəzləri və istirahət guşələrinin dadını çıxarmaq üçün Qatar Airways müştərisi olmağa dəyməzmi?! Ətraflı məlumat üçün http://www.qatarairways.com/us/en/qatar-transit-visa.pagedaxil olun.
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
5 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
3 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
-
- 3 gün sonra
-
6 saat əvvəl
Vens: Rusiya və Ukrayna danışıqlar masasına oturmağa razılaşıb
-
7 saat əvvəl
"PAŞA Bank"ın Gürcüstandakı törəməsi maliyyə vəziyyətini açıqlayıb
-
7 saat əvvəl
Nvidia-nın rəhbəri: Süni intellektə tələb həddindən artıq yüksəkdir, lakin kapital çatışmır
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
İnvestorlar üçün yeni istiqrazlar – İllik 15% gəlir, aylıq faiz ödənişi
-
9 saat əvvəl
Britaniya şirkəti Azərbaycanın Yaşıl Enerji Dəhlizinə sərmayə yatırmaq istəyir
- 9 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
"PAŞA Bank"ın Gürcüstandakı törəməsi maliyyə vəziyyətini açıqlayıb
Dünyanın ən böyük sərvət fondu 30 milyard dollar zərər edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avropaya Azərbaycan elektrik enerjisinin ixracı üçün yeni imkanlar müzakirə olunur – “Zhero” layihəyə maraq göstərir
Dövlət Fondu yeni məhsulunu təqdim etdi – Sahibkarlara 5%-dən başlayan faizlə 50 min manatadək kredit veriləcək
Husilər Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinə zərbə endirib
Rabalon Microsoft texnologiyaları ilə bizneslərə yeni imkanlar açır
Çin şirkəti Azərbaycanda 200 MVt gücündə dəniz külək elektrik stansiyası tikmək imkanlarını araşdırır
Türkiyə Mərkəzi Bankı faiz dərəcəsini aşağı saldı





















