İlham Əliyev: Bizim şübhəmiz olmayıb ki, bu hadisə obyektiv araşdırılacaq
“Mən bu görüşə görə ilk növbədə sizə təşəkkürümü bildirirəm”.
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Düşənbədə Rusiya Prezidenti Vladimir Putinlə görüş zamanı deyib.
“Sizin də dediyiniz kimi bizim sizinlə Pekində qısa görüşümüz olmuşdu. Bundan başqa sizin doğum gününüzlə əlaqədar mən sizə iki gün əvvəl zəng vurmuşdum. Fürsətdən istifadə edib bir daha sizə və yaxınlarınıza yenidən can sağlığı arzu edirəm”, - dövlət başçısı bildirib.
Azərbaycan Prezidenti görüşdə ötən ilin dekabrında Azərbaycan Hava Yollarına məxsus təyyarənin faciəvi şəkildə qəzaya uğraması ilə bağlı verdiyi ətraflı məlumata görə Vladimir Putinə təşəkkür edib: “Sizin də xatırladağınız kimi biz həmən vaxt əlaqə saxlamışdıq. O zaman mən Sankt-Peterburqa səfər edirdim. Təyyarədə olarkən mənə bu faciə barədə məlumat verildi. Mən sizə zəng etdim və öz təəssüfümü bildirdim, tədbirdə iştirak edən həmkarlarımıza da obyektiv səbəblərdən tədbirdə iştirak edə bilməyəcəyimi çatdırmağınızı xahiş etmişdim”.
Dövlət başçısı təyyarə qəzası ilə bağlı situasiyanı şəxsən nəzarətdə saxladığına görə Rusiya Prezidentinə təşəkkürünü bildirib:
“Biz sizinlə dəfələrlə fikirlərimizi bölüşmüşük. Bundan başqa bizim komandaların üzvləri də daimi şəkildə əlaqədədirlər. Bizim şübhəmiz olmayıb ki, bu hadisə obyektiv araşdırılacaq. Buna görə mən sizə bir daha təşəkkürümü bildirmək istəyirəm ki, siz məsələlərə aydınlıq gətirmək üçün bizim görüşümüzü lazımlı bilmisiniz. Sizin də qeyd etdiyiniz kimi təkcə ticari-iqtisadi əlaqələr deyil, digər sahələrdə də bu il əlaqələrimiz uğurla inkişaf edib. Vurğuladığınız kimi ticarət dövriyyəsində müsbət dinamika müşahidə edilir. Həmçinin digər sahələrdə də heç bir ləngimə yoxdur, əksinə bizim sizinlə müəyyənləşdirdiyimiz bütün yol xəritələri uğurla reallaşdırılır”.
Əliyev AZAL-ın təyyarə qəzası ilə bağlı vəziyyətə şəxsən nəzarət etdiyinə görə Putinə minnətdarlığını bildirib
Azərbaycan Prezidenti İlham Əliyev AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı vəziyyəti şəxsən nəzarətdə saxladığına görə rusiyalı həmkarı Vladimir Putinə təşəkkür edib.
"Bu vəziyyəti şəxsən nəzarətdə saxladığınıza görə Sizə təşəkkür etmək istərdim. <…> Siz istintaqın gedişinə şəxsən nəzarət edirsiniz və bizim şübhəmiz yox idi ki, o, hər şeyi obyektiv araşdıracaq. Ona görə də bizim görüşümüzdə Sizin məhz bu məsələyə aydınlıq gətirməyi lazımlı hesab etdiyinizə görə bir daha minnətdarlığımı bildirmək istərdim”, - dövlət başçısı qeyd edib.
Putin AZAL təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə bir daha başsağlığı verib
Rusiya Prezidenti AZAL təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə bir daha dərin hüznlə başsağlığı verib və qeyd edib ki, Rusiya razılaşmaya uyğun olaraq Azərbaycan təyyarəsinin qəzasının araşdırılmasına hər cür köməklik göstərir.
Putin Azərbaycan Prezidenti İlham Əliyevlə Düşənbədə keçirilən görüşdə təyyarə qəzası ilə bağlı ilk gündən üzr istədiyini, həlak olanların ailələrinə ən səmimi başsağlığı verdiyini xatırladıb.
“Bütün bunları təkrarlamaq və bir daha demək istərdim ki, biz, əlbəttə, razılaşdırıldığı kimi, istintaqa hər cür köməklik göstəririk”, - Rusiya prezidenti vurğulayıb.
Putin: AZAL təyyarəsinin qəzaya uğramasına səbəblərindən biri Rusiyanın hava hücumundan müdafiə sistemində yaranmış texniki nasazlıq olub
Rusiya prezidenti Vladimir Putin azərbaycanlı həmkarı İlham Əliyevlə görüşündə AZAL təyyarəsinin qəzaya uğramasına səbəb olan bir sıra halları açıqlayıb.
Dövlət başçısı deyib:
“Birincisi ondan ibarətdir ki, səmada məhz Ukraynaya məxsus pilotsuz uçuş aparatı olub. Biz faciə baş verən gecə Rusiya Federasiyasının sərhədini keçən üç pilotsuz təyyarəni idarə edirdik. İkinci səbəb isə Rusiyanın hava hücumundan müdafiə sisteminin özündə texniki nasazlıqlardır”.
Onun sözlərinə görə, buraxılan iki raket birbaşa təyyarəyə dəyməyib - əgər bu baş versəydi, təyyarə elə yerindəcə məhv olardı.
O vurğulayıb ki, zərbə məhvedici döyüş elementləri ilə vurulmayıb, yəqin ki, raketlərin özlərinin parçaları ilə dəyib.
Putin AZAL təyyarəsinin qəzası haqqında: Bizim borcumuz baş verənlərə obyektiv qiymət verməkdir
Rusiya Prezidenti Vladimir Putin AZAL təyyarəsinin qəzasına obyektiv qiymət verilməsini vacib hesab edir.
“Bizim borcumuz baş verən hər şeyə obyektiv qiymət vermək və əsl səbəbləri müəyyənləşdirməkdir. Lakin bu, müəyyən vaxt tələb edir. Bu məsələni sona çatdırmaq üçün yəqin ki, bir qədər də vaxta ehtiyac var”, -Prezident Putin əlavə edib.
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
5 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
-
2 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
- 2 gün sonra
-
47 d. əvvəl
Aİ lideri: Qara dənizdə Azərbaycan vətəndaşlarının da olduğu mülki gəmi vurulub, 3 nəfər itkindir
-
50 d. əvvəl
Qida duzu üzrə yerli təminat daxili tələbatı üstələyib – 104,8%
- 51 d. əvvəl
-
58 d. əvvəl
Azərbaycanda şəkər istehsalı üçün xammal üzrə təminat zəifdir: göstərici 50,5%-ə çatıb
-
1 saat əvvəl
Azərbaycanda kərə yağı üzrə təminat zəifdir: göstərici 62%-ə geriləyib
-
1 saat əvvəl
Meyvə və tərəvəz şirələri üzrə yerli təminat daxili tələbatı üstələyib – 127,7%
-
1 saat əvvəl
Qara dənizdə Azərbaycan vətəndaşlarının olduğu ticarət gəmisi batıb, bir nəfər ölüb
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Aİ lideri: Qara dənizdə Azərbaycan vətəndaşlarının da olduğu mülki gəmi vurulub, 3 nəfər itkindir
Ən çox oxunanlar
Qara dənizdə Azərbaycan vətəndaşlarının olduğu ticarət gəmisi batıb, bir nəfər ölüb
Volvo Cars-ın səhmləri 27% ucuzlaşdı – Şirkət 2500 işçisini ixtisar edəcək, milyardlarla kron zərər açıqlayıb
Daşkəsəndə kənd köçürülür? – Rəsmi reaksiya
Neft bazarında yeni bahalaşma dalğası – Brent 114 dolları, ABŞ nefti 100 dolları ötüb
Nvidia-nın rəhbəri ilk dəfə Qazaxıstana səfər edib – Ölkədə süni intellektə 10 milyard dollarlıq investisiya planlaşdırılır
Balıq və balıq məhsulları üzrə təminat güclənib: 81,1%
Yumurta üzrə yerli təminat daxili tələbatı üstələyib – 104%

























