Dünya Bankı: Suriyanın yenidən qurulması xərci 216 milyard dollar olaraq qiymətləndirilir
Dünya Bankı bildirib ki, Suriyanın müharibədən sonrakı yenidən qurulma xərcləri 216 milyard dollar səviyyəsində qiymətləndirilir.
Marja.az Bankın məlumatına istinadən xəbər verir ki, ölkə üzrə infrastruktur və bina aktivlərini əhatə edən “Suriya Fiziki Zərər və Yenidənqurma Qiymətləndirilməsi 2011–2024” adlı hesabat dərc olunub.
Hesabatda qeyd olunur ki, 13 ildən artıq davam edən münaqişələrdən sonra Suriyanın yenidən qurulmasının 216 milyard dollara başa gələcəyi ehtimal edilir.
Müharibədən əvvəlki ümumi kapital ehtiyatının təxminən üçdə birinin zərər gördüyü vurğulanır. İnfrastruktur, yaşayış və qeyri-yaşayış binalarına dəyən birbaşa fiziki zərərin məbləği isə 108 milyard dollar həcmində qiymətləndirilir.
Qiymətləndirilən kateqoriyalar arasında ən çox zərərin infrastruktura dəydiyi, bunun ümumi zərərin 48 faizini təşkil etdiyi bildirilir. Ümumi zərər baxımından Hələb, Dəməşq ətrafı və Humus ən çox zərər dəymiş bölgələr kimi göstərilir.
Zərər görmüş fiziki aktivlərin yenidən qurulması xərclərinin 140 milyard ilə 345 milyard dollar arasında olacağı ehtimal edilir, ən real təxmin isə 216 milyard dollar olaraq qeyd olunur.
Bu məbləğin 75 milyard dolları yaşayış evlərinin, 59 milyard dolları qeyri-yaşayış binalarının, 82 milyard dolları isə infrastrukturun bərpasına yönələcək. Ən çox investisiyaya ehtiyac duyan bölgələr kimi Hələb və Dəməşq ətrafı önə çıxır.
Hesabatda bildirilir ki, bu təxmini fiziki yenidənqurma xərcləri Suriyanın 2024-cü il üçün proqnozlaşdırılan ÜDM-indən təxminən 10 dəfə çoxdur. Bu da ölkədəki vəziyyətin miqyasını və beynəlxalq dəstəyə olan böyük ehtiyacı açıq şəkildə göstərir.
Dünya Bankı əlavə edib ki, münaqişə Suriya iqtisadiyyatını “tamamilə çökdürüb”, 2010–2022 dövründə real ÜDM təxminən 53 faiz azalıb.
Nominal olaraq, ölkənin ÜDM-i 2011-ci ildəki 67,5 milyard dollardan 2024-cü ildə 21,4 milyard dollara qədər azalıb.
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
5 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
-
3 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
- 2 gün sonra
-
3 d. əvvəl
Pomidor üzrə yerli təminat daxili tələbatı üstələyib – 126,9%
-
4 d. əvvəl
Bütün növ tərəvəz üzrə yerli təminat daxili tələbatı üstələyib – 107,2%
- 6 d. əvvəl
-
11 d. əvvəl
Azərbaycanda buğda üzrə təminat zəifdir: göstərici 55,4%-ə geriləyib
-
19 d. əvvəl
Rusiyanın 40 min ton dizel yanacağı ilə yüklənmiş tankeri Nyu-Yorka hərəkət edir
- 22 d. əvvəl
-
29 d. əvvəl
Xalq Bank 1,6 milyard dollarlıq beynəlxalq maliyyələşmə layihəsində iştirak edib
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Pomidor üzrə yerli təminat daxili tələbatı üstələyib – 126,9%
Kartof üzrə özünütəminetmə 91,3% olub – 6 illik mənzərə
Azərbaycanda buğda üzrə təminat zəifdir: göstərici 55,4%-ə geriləyib
Ən çox oxunanlar
Azərbaycandan Gürcüstana pul köçürmələri 16% azalıb
Azərbaycan neftinin qiyməti 122 dollara yaxınlaşıb
PAŞA Bank idxal-ixracla məşğul olan sahibkarlara maliyyələşmə imkanlarını təqdim edib
Soba 99.99 manata, paltaryuyan 399.99 manata, kombi 529.99 manata - qiymətlər 70%-dək endirilib
Texnologiya və innovasiya sahəsində güzəştlərlə bağlı genişmiqyaslı dəyişikliklər təsdiqlənib – Kimlərə şamil olunur?
























