PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
PAŞA Həyat Sığorta şirkətinin İdarə Heyətinin tərkibində dəyişiklik baş verib.
Şirkətin Direktorlar Şurasının təsdiqinə əsasən, Elmin İsgəndərov 22 yanvar 2026-cı il tarixindən etibarən PAŞA Həyat-da İdarə Heyətinin üzvü – Baş Risk İnzibatçısı vəzifəsini icra edəcəkdir.
Elmin İsgəndərov maliyyə və risklərin idarə olunması sahəsində geniş peşəkar təcrübəyə malikdir. O, bu təyinata qədər PAŞA Bank-da müxtəlif rəhbər vəzifələrdə çalışıb. Son olaraq Bankda Kredit Risklərinin Anderraytinqi departamentinin aparıcı direktoru vəzifəsini icra edib. Bundan əvvəl isə Kredit Risklərinin Anderraytinqi departamentinin direktoru və Kredit Risklərinin Anderraytinqi departamentinin Korporativ Bankçılıq şöbəsinin rəhbəri kimi fəaliyyət göstərib.
Yeni vəzifəsində Elmin İsgəndərov PAŞA Həyat-da risklərin idarə olunması strategiyasının formalaşdırılması, risk mədəniyyətinin gücləndirilməsi, korporativ idarəetmə və dayanıqlı inkişaf məqsədlərinə uyğun risk çərçivəsinin inkişafına rəhbərlik edəcək.
Elmin İsgəndərov təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Maliyyə və Kredit ixtisası üzrə bakalavr və magistr pillələrində alıb. Daha sonra Böyük Britaniyada Newcastle Universitetində Beynəlxalq Maliyyə Analizi üzrə magistr dərəcəsini fərqlənmə ilə bitirib. Maliyyə sektoru üzrə bir neçə beynəlxalq sertifikatlara malikdir.
Ailəlidir, 1 övladı var.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 15 saat sonra
-
-
18 d. əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 6 saat əvvəl
-
7 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























