"Səhvlərdən biri Azərbaycana münasibətdə çox sərsəm siyasətin yürüdülməsi idi"
TRIPP nəqliyyat dəhlizinin inkişafı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb, Azərbaycanla ABŞ arasında siyasət, iqtisadiyyat, ticarət, yüksək texnologiyalar, süni intellekt, data mərkəzlərinin yaradılması və digər sahələrdə əməkdaşlıq məsələlərinə toxunulub, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.Fevralın 10-da Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Cey. Di. Vens ilə geniş tərkibdə görüşü keçirilib.
Qonaqları salamlayan Prezident İlham Əliyev dedi: Hörmətli qonaqlar, bir daha Azərbaycana xoş gəlmisiniz. Sizi görməyə çox şadam. Amerika Birləşmiş Ştatlarının Vitse-prezidentinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmək bizim üçün böyük şərəfdir. Biz elə indicə ikitərəfli gündəliyimizin müxtəlif aspektlərini, həmçinin regional inkişafı müzakirə etdik. İndi biz daha geniş kontekstdə dialoqumuzu davam etdirəcəyik.
Biz ölkələrimiz arasında münasibətlərə, xüsusilə son altı ayda baş verənlərə yüksək dəyər veririk. Bu müddət bizim tərəfdaşlığımız üçün tamamilə möhtəşəm olmuşdur. Son altı ayda mənim Prezident Trampla iki görüşüm olub. Bu görüşlər və sizin Azərbaycana rəsmi səfəriniz həqiqətən tərəfdaşlığımızı gücləndirmək üçün qarşılıqlı maraq və qarşılıqlı iradənin olduğunu nümayiş etdirir. Bu gün tərəfdaşlığımız rəsmi şəkildə daha yüksək səviyyəyə qalxacaq. Fəaliyyətin həcmi və komandalarımız arasında qarşılıqlı əlaqələr həqiqətən yüksəksəviyyəli tərəfdaşlıq ruhunu nümayiş etdirir.
Sizə yaxşı vaxt keçirməyi arzulayıram və əminəm ki, səfər bizim güclü əməkdaşlığımıza daha bir töhfə olacaq. Bir daha xoş gəlmisiniz.
x x x
Vitse-prezident Cey. Di. Vens dedi: Çox gözəl. Prezident Əliyev, bizi qəbul etdiyinizə görə Sizə və Sizin komandanıza təşəkkür edirəm. Burada ABŞ Hökumətinin ən parlaq nümayəndələrindən bəziləri əyləşib. Prezidentimiz Sizə öz salamlarını, xoş arzularını çatdırır və tərəfdaşlığınız üçün Sizə minnətdardır. Azərbaycan və Ermənistan arasında Prezident Trampın vasitəçilik etdiyi sülh razılaşması düşünürəm ki, onun vasitəçiliyi ilə olan yeddinci və ya səkkizinci sülh razılaşmasıdır. Bilirəm ki, Prezident Tramp bununla çox qürur duyur, çünki o, Sizin ölkənizə, həm də Ermənistana heyrandır. Əfsuslar olsun ki, sonuncu administrasiya bir çox səhvlərə yol verdi. Onların yol verdikləri səhvlərdən biri Azərbaycana münasibətdə çox sərsəm siyasətin yürüdülməsi idi. Biz Prezidentin rəhbərliyi ilə bunu düzəltdik. Buna görə mən çox minnətdaram.
Bilirəm ki, o, aranızdakı tərəfdaşlığa və dostluğa, rəhbər heyətlər və administrasiyalarımız arasında münasibətlərə görə çox minnətdardır. Burada olmaq çox xoşdur. Düşünürəm ki, bizim çox maraqlı söhbətlərimiz olacaq. Əlbəttə ki, biz Strateji Tərəfdaşlıq Xartiyasını imzalayacağıq və mən bunu səbirsizliklə gözləyirəm.
Bu, ötən il bir çox nailiyyətləri olan dostlar arasında baş tutan yaxşı bir görüşdür və hesab edirəm ki, növbəti üç ildə biz daha çox nailiyyət qazanacağıq. Bizi qəbul etdiyiniz üçün təşəkkür edirik.
Prezident İlham Əliyev: Təşəkkür edirəm.
x x x
ABŞ-ın Vitse-prezidenti sülh gündəliyinin irəli aparılmasında Prezident İlham Əliyevin nümayiş etdirdiyi liderliyi vurğuladı.
Dövlətimizin başçısı Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsində Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın xüsusi roluna toxundu.
Cey. Di. Vens Azərbaycanda hökm sürən tolerant mühiti qeyd edərək, ölkəmizdə müxtəlif dinlərin nümayəndələrinin bir ailə kimi sülh və dostluq şəraitində yaşadığını vurğuladı.
Söhbət zamanı TRIPP nəqliyyat dəhlizinin inkişafı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı, Azərbaycanla ABŞ arasında siyasət, iqtisadiyyat, ticarət, yüksək texnologiyalar, süni intellekt, data mərkəzlərinin yaradılması və digər sahələrdə əməkdaşlıq məsələlərinə toxunuldu, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olundu.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 13 d. əvvəl
-
-
1 saat əvvəl
“AQA”nın kredit təşkilatı 3 milyon 124 min manat xalis mənfəət açıqlayıb
-
3 saat əvvəl
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
-
4 saat əvvəl
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
- 5 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
1 gün əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Merkuri BOKT” yığılmış zərərdən xilas olub
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir
Mənfəəti artsa da, “Embafinans”da risk siqnalları güclənib
Ən çox oxunanlar
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır






.jpg)
.jpg)





.jpg)





.jpg)





