İtalyan keyfiyyəti Azərbaycan tarlalarında: “Prime Leasing” və “Landini” əməkdaşlığında yeni mərhələ
Azərbaycanın aqrar sektorunda daim yenilikləri ilə tanınan “Prime Leasing MMC”, dünya şöhrətli İtaliyanın Argo Tractors istehsalçısına məxsus Landini brendi ilə rəsmi əməkdaşlığa başlayıb. Bu əməkdaşlıq çərçivəsində şirkətin nümayəndə heyəti İtaliyanın Fabbrico şəhərində yerləşən “Argo Tractors”un baş qərargahına və zavodlarına işgüzar səfər edərək əsas strateji hədəflərlə bağlı görüşlər keçirib.
Səfərin detalları və Azərbaycan fermerləri üçün açılan yeni imkanlar və gələcək planlar barədə “Prime Leasing”in aparıcı məhsul meneceriLeyla Məmmədova ilə həmsöhbət olduq.
- Leyla xanım, İtaliya səfərinin əsas strateji hədəfi nə oldu?
- Səfərimizin əsas hədəfi olaraq, aparılmış təhlillər əsasında “Argo Tractors” rəhbərliyi ilə Azərbaycanın aqrotexnoloji mühiti və fermerlərimizin ehtiyaclarına uyğun traktorlar barədə fikir mübadiləsi apardıq. Həmçinin dünya bazarına təqdim olunan yeni Landini modellərinin təqdimatını izlədik və əvvəlki modellərlə hazırda istehsal olunan modellər arasındakı üstünlüklər və yeniliklər bizə ətraflı izah edildi. Bu əməkdaşlıq çərçivəsində əldə olunan bilik və təcrübənin ölkəmizdə kənd təsərrüfatının inkişafına, fermerlərin daha müasir və səmərəli texnika ilə təmin olunmasına töhfə verəcəyinə inanırıq.
- Azərbaycan bazarı üçün yeni idxal edilən modellər fermerlərimizə hansı üstünlükləri təqdim edəcək?
- Yeni təqdim olunan modellərdə kabinə, qoşqu sistemi və idarəetmə mexanizmləri üzrə innovativ yeniliklər tətbiq edilmişdir.
Bağçılıq üçün: Bağ üçün traktorlarımızda mühərrik gücü və mühəndis dəqiqliyi ilə tətbiq edilən kompakt ölçülər fermerlərimizə bağçılıq işlərində müasir aqreqatlarla uyğun işləməsinə imkan verir. Bağ traktorlarımız fermerlərimizin minimal sürətdə işlərinə maksimal güc verməklərinə şərait yaradan kriper mexanizmi ilə təchiz olunmuşdur.
Pambıqçılıq üçün: Yüksək klirensə malik traktorlarımız pambıqçılıq və cərgəli bitkilərin becərilməsində istifadə olunaraq fermerlərimizə gələcək məhsuldarlığın artırılmasına zəmanət verir
Şum işləri üçün: Yüksək at gücünə malik traktorlarımız imkan yaradır ki, fermerlərimiz ölkəmizin hətta ən ağır torpaq strukturu olan ərazilərində bütün növ torpaq işlərini icra etsin.
- Satışdan sonrakı xidmət və texniki dəstək məsələləri necə tənzimlənəcək?
- Bu, bizim şirkət üçün önəmli və həssas məqamdır. Fermerlərimiz tərəfindən əldə olunan traktorların mövsüm ərzində qüsursuz istifadəsini təmin etmək məqsədilə geniş ehtiyat hissələri anbarı və texniki xidmət mərkəzimiz fəaliyyət göstərir.
- Fermerlər niyə bu texnikaları almalıdır?
Leyla Məmmədova: 142 illik zəngin təcrübəyə malik bu brend etibarlılığı və yüksək keyfiyyəti ilə uzun illərdir dünya fermerlərinin güvənini qazanır. Fermerlər üçün bu texnikanı seçmək sadəcə bir seçim deyil, məhsuldarlığı maksimuma çatdırmaq və xərcləri minimuma endirmək üçün düşünülmüş və ağıllı bir investisiyadır. Etibarlı dizel mühərriki, üstün yanacaq qənaəti və müasir texnoloji tələblər ilə bu texnikalar kənd təsərrüfatında yüksək səmərəliliyin və gücün simvoluna çevrilib. Xüsusilə qeyd etmək lazımdır ki, bir çox Avropa brendlərindən fərqli olaraq Landini brendinə məxsus bütün məhsullar yalnız İtaliyada istehsal olunur və bu da keyfiyyətə olan prinsipial yanaşmanın bariz göstəricisidir.
- Fermerlər bu texnikaları haradan və hansı şərtlərlə əldə edə bilərlər?
- Məlumat olaraq bildirmək istərdim ki, ölkənin 5 əsas aqrar regionunda fəaliyyət göstərən regional xidmət mərkəzlərimiz vasitəsilə fermerlərimiz dövlətin ayırdığı 40% güzəştdən yararlanaraq əlverişli lizinq şərtləri ilə traktorları əldə edə bilərlər. Əlavə olaraq qeyd etmək istərdim ki, fermerlərimizin rahatlığı üçün istehsalçının istehsal xətti ilə birbaşa tanış olmuş və brend üzrə geniş biliklər əldə etmiş əməkdaşlarımız regionlarda fermerlərimizlə öz tövsiyələrini bölüşməyə və onların suallarını cavablandırmağa tam hazırdırlar.
- Müsahibəyə görə, təşəkkür edirik.
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
5 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
3 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
-
- 3 gün sonra
-
6 saat əvvəl
Vens: Rusiya və Ukrayna danışıqlar masasına oturmağa razılaşıb
-
7 saat əvvəl
"PAŞA Bank"ın Gürcüstandakı törəməsi maliyyə vəziyyətini açıqlayıb
-
7 saat əvvəl
Nvidia-nın rəhbəri: Süni intellektə tələb həddindən artıq yüksəkdir, lakin kapital çatışmır
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
İnvestorlar üçün yeni istiqrazlar – İllik 15% gəlir, aylıq faiz ödənişi
-
9 saat əvvəl
Britaniya şirkəti Azərbaycanın Yaşıl Enerji Dəhlizinə sərmayə yatırmaq istəyir
- 9 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
"PAŞA Bank"ın Gürcüstandakı törəməsi maliyyə vəziyyətini açıqlayıb
Dünyanın ən böyük sərvət fondu 30 milyard dollar zərər edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avropaya Azərbaycan elektrik enerjisinin ixracı üçün yeni imkanlar müzakirə olunur – “Zhero” layihəyə maraq göstərir
Dövlət Fondu yeni məhsulunu təqdim etdi – Sahibkarlara 5%-dən başlayan faizlə 50 min manatadək kredit veriləcək
Husilər Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinə zərbə endirib
Rabalon Microsoft texnologiyaları ilə bizneslərə yeni imkanlar açır
Çin şirkəti Azərbaycanda 200 MVt gücündə dəniz külək elektrik stansiyası tikmək imkanlarını araşdırır
Türkiyə Mərkəzi Bankı faiz dərəcəsini aşağı saldı






















