Qlobal borcun həcmi 350 trilyon dolları keçib
Beynəlxalq Maliyyə İnstitutunun (IIF) yayımladığı “Qlobal Borc Monitoru” hesabatına görə, qlobal borcun həcmi bu ilin birinci rübündə 4,4 trilyon dollardan çox artaraq 353 trilyon dollarla rekord səviyyəyə çatıb.
Marja xəbər verir ki, ardıcıl beşinci rübdə artım qeydə alınan qlobal borcun həcmi ötən ilin eyni dövründə 327,6 trilyon dollar səviyyəsində idi. Artımın böyük hissəsinin Çin və ABŞ-dakı dövlət borclanmalarından qaynaqlandığı bildirilib.
2023-cü ilin əvvəlindən etibarən əsasən üfüqi seyir edən qlobal borcun ümumi daxili məhsula (ÜDM) nisbəti isə birinci rübdə 305 faiz olaraq hesablanıb.
Borc göstəricilərinin inkişaf etmiş iqtisadiyyatlarda azalma meylini davam etdirdiyi, inkişaf etməkdə olan bazarlarda isə artdığı qeyd olunub. Bu dövrdə ən nəzərəçarpan yüksəlişlər Norveç, Küveyt, Çin, Bəhreyn və Səudiyyə Ərəbistanında müşahidə edilib.
İnkişaf etmiş iqtisadiyyatların borcu 250 trilyon dollara yaxındır
Hesabata görə, inkişaf etmiş iqtisadiyyatların ümumi borcu ilin birinci rübündə 246 trilyon dollar olduğu halda, inkişaf etməkdə olan ölkələrin ümumi borcu 106,7 trilyon dollara yüksəlib.
Qlobal borcun bölgüsündə ev təsərrüfatlarının borcları 65,1 trilyon dollara, maliyyə olmayan şirkətlərin borcları 101,8 trilyon dollara, dövlət borcları 108,5 trilyon dollara və maliyyə sektorunun borcları 77,3 trilyon dollara çatıb.
Ümumi ÜDM-ə nisbət baxımından qiymətləndirildikdə, ev təsərrüfatlarının borclarının nisbəti ötən ilin eyni dövründəki 56,7 faizdən 56,2 faizə, maliyyə sektorunun borclarının nisbəti isə 67,5 faizdən 65,9 faizə enib.
Eyni dövrdə qeyri-maliyyə şirkətlərinin borclarının ÜDM-ə nisbəti 88,7 faizdən 88,8 faizə, dövlət borclarının nisbəti isə 92,1 faizdən 94,8 faizə yüksəlib.
“Müharibənin davam etməsi borclanma xərclərinə təsir edəcək”
Hesabatda yaşlanan əhali, artan müdafiə xərcləri, enerji təhlükəsizliyi ehtiyacı, kibertəhlükəsizlik investisiyaları və süni intellektə yönəlmiş kapital xərcləri kimi struktur təzyiqlərin orta və uzunmüddətli dövrdə hökumət və şirkət borclarını artırmasının gözlənildiyi bildirilib.
Yaxın Şərqdəki münaqişənin sözügedən təzyiqləri daha da gücləndirə biləcəyinə diqqət çəkilən hesabatda, qısamüddətli dövrdə borc dinamikalarının bölgədəki proseslərdən və maliyyə-pul siyasəti qurumlarının atacağı addımlardan asılı olacağı vurğulanıb.
Hesabatda, “Yüksək enerji və ərzaq qiymətlərindən qaynaqlanan artan inflyasiya təzyiqləri, xüsusilə enerji idxalçısı olan ölkələr başda olmaqla bir çox dövləti iqtisadi təsiri azaltmaq üçün maliyyə dəstəyi verməyə məcbur edəcək və bu da daha geniş büdcə kəsirləri, əlavə borclanma və xüsusilə maliyyə ehtiyatları məhdud olan inkişaf etməkdə olan bazarlarda daha yüksək borc səviyyələrinə səbəb olacaq” qiymətləndirməsinə yer verilib.
Yüksək inflyasiyanın qısamüddətli dövrdə borc göstəricilərini aşağı sala bildiyinə işarə edilən hesabatda, inflyasiyanın qalıcı xarakter alacağı təqdirdə bu təsirin davamlı olmayacağı bildirilib.
Hesabatda, “Yaxın Şərqdəki münaqişə davam edərsə, mərkəzi banklar inflyasiyanı nəzarətdə saxlamaq üçün aqressiv addımlar atmasa belə, uzunmüddətli qiymət təzyiqləri borclanma xərclərinə təsir göstərəcək” ifadələrinə yer verilib.
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
5 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
-
2 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
- 2 gün sonra
- 15 d. əvvəl
- 24 d. əvvəl
-
54 d. əvvəl
"20 Sentyabr" metrostansiyası gələn ilin ortasına qədər istismara veriləcək
-
1 saat əvvəl
Türkiyədə Orta Dəhlizi gücləndirəcək dəmir yolu xəttinin tikintisinə 250 mln. dollar ayrılıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Yağıntılı hava şəraiti davam edəcək, dolu düşəcək - XƏBƏRDARLIQ
-
2 saat əvvəl
Aİ lideri: Qara dənizdə Azərbaycan vətəndaşlarının da olduğu mülki gəmi vurulub, 3 nəfər itkindir
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Türkiyədə Orta Dəhlizi gücləndirəcək dəmir yolu xəttinin tikintisinə 250 mln. dollar ayrılıb
Azərbaycana soğan idxalı artıb – 15 057 ton
Ən çox oxunanlar
Yağıntılı hava şəraiti davam edəcək, dolu düşəcək - XƏBƏRDARLIQ
Aİ lideri: Qara dənizdə Azərbaycan vətəndaşlarının da olduğu mülki gəmi vurulub, 3 nəfər itkindir
Azərbaycanda şəkər istehsalı üçün xammal üzrə təminat zəifdir: göstərici 50,5%-ə çatıb
Qara dənizdə Azərbaycan vətəndaşlarının olduğu ticarət gəmisi batıb, bir nəfər ölüb
Volvo Cars-ın səhmləri 27% ucuzlaşdı – Şirkət 2500 işçisini ixtisar edəcək, milyardlarla kron zərər açıqlayıb






















