bp şirkəti Azəri-Çıraq-Dərinsulu Günəşlidə "maksimum neftvermə" üçün yeni texnologiya tətbiq edib
bp şirkəti Azəri-Çıraq-Dərinsulu Günəşli (AÇG) yatağının işlənməsi layihəsinin operatoru kimi ilk dəfə olaraq bu yataqda multilüləli quyu (MLT) texnologiyasını uğurla tətbiq edib.
pb-nin yaydığı məlumatda bildirilir ki, bu, Xəzər dənizinin ən uzun müddət istismarda olan yataqlarından birindən neftvermə əmsalının maksimuma çatdırılması və hasilatın uzunmüddətli davamlılığının təmin edilməsi istiqamətində mühüm bir addımdır.
Qeyd edilib ki, MLT texnologiyasının tətbiqi AÇG yatağının mürəkkəb geoloji strukturlarında qazma işlərinin texniki çətinliklərini aradan qaldırmaqla yanaşı, platformalarda mövcud quyu şaxtalarının məhdudluğu probleminin həllinə də dəstək verir. Bu texnologiya bir quyu lüləsindən lay-kollektora bir neçə yerdən daxil olmağa imkan verməklə lay-kollektora çıxışı genişləndirmək, drenaj səmərəliliyini artırmaq və mövcud infrastrukturdan maksimum faydalanmaq üçün şərait yaradır.
bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli deyib:
“Yeni texnoloji yanaşma bp-nin AÇG yatağından hasilatın azalma tempinin idarə olunmasına yönəlmiş genişmiqyaslı strategiyasının əsasını təşkil edir. Bu yanaşma həm kapital səmərəliliyini optimallaşdırmağa, həm də hasilatın uzunmüddətli davamlılığını təmin etməyə kömək edir. AÇG-nin daha mürəkkəb və yetkin bir işlənmə mərhələsinə keçdiyi bir vaxtda, MLT texnologiyası əlavə ehtiyatların aşkara çıxarılmasında və yatağın iqtisadi səmərəlilik müddətinin uzadılmasında mühüm rol oynayacaq.
“Bu cür quyu konstruksiyasını ilk dəfədir ki, AÇG yatağında tətbiq edirik və bu mövcud yataqlardan neftvermə əmsalının maksimuma çatdırılması üçün ən uyğun texnoloji həllərdən istifadə etmək öhdəliyimizin göstəricisidir.
“Perspektivdə, hasilatın uzunmüddətli davamlılığını təmin etmək və əlavə dəyər yaratmaq baxımından bu cür innovativ həllər mühüm rol oynayacaq. MLT texnologiyası lay-kollektorla təması artırır, qazma qurğusunun məhsuldarlığını və əməliyyat səmərəliliyini yüksəldir, eləcə də mövcud infrastrukturdan ən effektiv şəkildə istifadə etməklə quyu şaxtalarının optimal istifadəsini təmin edir. Bu baxımdan, bu texnologiyanın tətbiqi AÇG yatağında quyuların qazılması və tamamlanması prosesində keyfiyyətcə yeni bir mərhələdir. Hesab edirik ki, sözügedən texnologiya, bu dünya miqyaslı yatağın istismar müddətini uzatmaqla yanaşı, enerji hasilatının təhlükəsiz, səmərəli və məsuliyyətli şəkildə davam etməsi üçün ən effektiv yollardan biridir.”
İlk MLT quyusu olan C44 quyusu Qərbi Azəri platformasından qazılıb və artıq uğurla təhvil verilib. Bu, Xəzərdə indiyədək qazılmış ilk çoxlüləli quyu olmaqla, AÇG layihəsi üçün əlamətdar bir nailiyyətdir. Bu uğur MLT texnologiyasının AÇG yatağının mürəkkəb lay-kollektor şəraitində həm texniki cəhətdən tətbiqinin mümkünlüyünü, həm də yüksək iqtisadi səmərəsini aydın şəkildə göstərir.
bp-nin quyular üzrə vitse-prezidenti Rassel Morris deyib: “İlk MLT quyusunun qazılması və tamamlanması həm vaxt, həm də əməyin təhlükəsizliyi baxımından yüksək göstəricilərlə yerinə yetirilib. Belə ki, quyu tam təhlükəsiz şəkildə, qrafiki xeyli qabaqlayaraq planlaşdırılandan bir ay əvvəl təhvil verilib. Əldə olunmuş bu nailiyyət dəqiq planlaşdırma, işlərin yüksək səviyyədə icrası və lay-kollektordakı qeyri-müəyyənliklərin düzgün idarə olunmasının göstəricisidir.
“Bu quyu eyni zamanda geologiya, qazma və tamamlama sahələrinin uğurlu inteqrasiyasının nəticəsidir və koordinasiya olunmuş fəaliyyətin həm texniki, həm də kommersiya baxımından necə böyük səmərə verə biləcəyini nümayiş etdirir. İlk MLT quyusu, əldə olunmuş yüksək göstəriciləri ilə yanaşı, çoxlüləli quyu texnologiyasının bütün yataq miqyasında daha geniş tətbiqi üçün biznes baxımından tam əsaslandırılmış güclü bir zəmin yaradır.”
AÇG yatağında texnologiyaların strateji tətbiqi çərçivəsində, bp bütün yataq miqyasında çoxlüləli quyuların qazılması məqsədilə geniş bir kampaniya həyata keçirməyi planlaşdırır. Bu kampaniyaya bu ilin ilk yarısında istismara verilməsi planlaşdırılan C44 və D41 quyuları da daxil olmaqla 2026-cı il ərzində üç MLT quyusu ilə start veriləcək. Uzunmüddətli perspektivdə isə 2027-2028-ci illər ərzində daha çox sayda çoxlüləli quyuların qazılması nəzərdə tutulur ki, bu da həmin texnologiyanın yatağın gələcək hasilatında mühüm rol oynayacağını bir daha vurğulayır.
AÇG-nin mürəkkəb lay-kollektorunu xarakterizə edən müxtəlif növ çətinlikləri yalnız MLT texnologiyası ilə həll etmək mümkün olmadığından, yatağın işlənmə strategiyası hər bir konkret lay hədəfi üçün ən optimal texnoloji konfiqurasiyanın tətbiqinə əsaslanır və bununla da müxtəlif geoloji mühitlərdə icra səmərəliliyinin yüksək səviyyəsi təmin olunur. Bura MLT texnologiyasının üfüqi qazma, qabaqcıl geonaviqasiya, eləcə də qum təzahürü ilə mübarizə və axının tənzimlənməsinə yönəlmiş ağıllı tamamlama sistemləri ilə birgə tətbiqi daxildir. Bu da bütün yataq miqyasında neftvermə əmsalını daha da artırmaq üçün geniş imkanlar yaradır.
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
5 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
3 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
-
- 3 gün sonra
-
11 saat əvvəl
Vens: Rusiya və Ukrayna danışıqlar masasına oturmağa razılaşıb
-
11 saat əvvəl
"PAŞA Bank"ın Gürcüstandakı törəməsi maliyyə vəziyyətini açıqlayıb
-
11 saat əvvəl
Nvidia-nın rəhbəri: Süni intellektə tələb həddindən artıq yüksəkdir, lakin kapital çatışmır
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
İnvestorlar üçün yeni istiqrazlar – İllik 15% gəlir, aylıq faiz ödənişi
-
13 saat əvvəl
Britaniya şirkəti Azərbaycanın Yaşıl Enerji Dəhlizinə sərmayə yatırmaq istəyir
- 13 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
"PAŞA Bank"ın Gürcüstandakı törəməsi maliyyə vəziyyətini açıqlayıb
Dünyanın ən böyük sərvət fondu 30 milyard dollar zərər edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avropaya Azərbaycan elektrik enerjisinin ixracı üçün yeni imkanlar müzakirə olunur – “Zhero” layihəyə maraq göstərir
Dövlət Fondu yeni məhsulunu təqdim etdi – Sahibkarlara 5%-dən başlayan faizlə 50 min manatadək kredit veriləcək
Husilər Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinə zərbə endirib
Rabalon Microsoft texnologiyaları ilə bizneslərə yeni imkanlar açır
Çin şirkəti Azərbaycanda 200 MVt gücündə dəniz külək elektrik stansiyası tikmək imkanlarını araşdırır
Türkiyə Mərkəzi Bankı faiz dərəcəsini aşağı saldı

























