Bank of Baku-da işçilərin sayı ötən ilin ikinci yarısında sürətlə artıb
Bank of Baku-da çalışanların sayı 1000 nəfəri keçərək 1049 nəfərə çatıb. Bankda işçi sayı 6%-dən çox artıbBank of Baku ASC 2025-ci il ərzində işçi sayını artırıb.
Marja.az-ın məlumatınaa əsasən, 2025-ci il aprelin 1-nə Bank of Baku-da 987 nəfər çalışıb. İyulun 1-nə işçilərin sayı 969 nəfərə düşsə də, sonrakı rüblərdə artım müşahidə olunub.
Belə ki, 2025-ci il oktyabrın 1-nə bankın əməkdaşlarının sayı 1015 nəfərə, 2026-cı il yanvarın 1-nə isə 1049 nəfərə yüksəlib.
Beləliklə, Bank of Baku-da işçilərin sayı 2025-ci ilin aprelindən 2026-cı ilin əvvəlinədək 62 nəfər və ya 6,3% artıb.
İlin ən aşağı göstəricisi 2025-ci il iyulun 1-də qeydə alınıb. Həmin tarixdə bankda 969 nəfər çalışıb. İyuldan 2026-cı ilin əvvəlinədək isə əməkdaşların sayı 80 nəfər və ya 8,3% artıb.
Rüblük dinamikaya baxdıqda, apreldən iyula qədər işçi sayı 18 nəfər və ya 1,8% azalıb. İyul-oktyabr dövründə isə bankda çalışanların sayı 46 nəfər və ya 4,7% artıb. Oktyabrın 1-dən 2026-cı il yanvarın 1-dək əlavə 34 nəfər və ya 3,3% artım qeydə alınıb.
Qeyd edək ki, Bank of Baku ASC müştərilərinə kreditlər, depozitlər, kartlar, pul köçürmələri, valyuta mübadiləsi və depozit seyfləri üzrə məhsul və xidmətlər təklif edir.
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
5 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
3 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
-
- 3 gün sonra
-
21 d. əvvəl
İlon Mask 80 milyard dollar borcu olan media nəhənginə 1 milyard dollar yatırıb
- 32 d. əvvəl
- 44 d. əvvəl
-
53 d. əvvəl
PepsiCo və Taco Bell əməkdaşlığı 2036-cı ilə qədər uzadıb - KFC isə Coca-Cola-ya keçir
-
1 saat əvvəl
Netflix-in xalis mənfəəti 44 faiz artaraq 3,66 milyard dollara çatıb
-
13 saat əvvəl
Vens: Rusiya və Ukrayna danışıqlar masasına oturmağa razılaşıb
-
13 saat əvvəl
"PAŞA Bank"ın Gürcüstandakı törəməsi maliyyə vəziyyətini açıqlayıb
-
14 saat əvvəl
Nvidia-nın rəhbəri: Süni intellektə tələb həddindən artıq yüksəkdir, lakin kapital çatışmır
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
Netflix-in xalis mənfəəti 44% artıb, lakin səhmləri 6% ucuzlaşıb – Şirkət reklam gəlirləri üzrə proqnozunu azaldıb
PepsiCo və Taco Bell əməkdaşlığı 2036-cı ilə qədər uzadıb - KFC isə Coca-Cola-ya keçir
Netflix-in xalis mənfəəti 44 faiz artaraq 3,66 milyard dollara çatıb
Ən çox oxunanlar
Vens: Rusiya və Ukrayna danışıqlar masasına oturmağa razılaşıb
"PAŞA Bank"ın Gürcüstandakı törəməsi maliyyə vəziyyətini açıqlayıb
Nvidia-nın rəhbəri: Süni intellektə tələb həddindən artıq yüksəkdir, lakin kapital çatışmır
Dünyanın ən böyük sərvət fondu 30 milyard dollar zərər edib


























