Hilton Baku-da rəhbərlər üçün süni intellekt mövzusunda qapalı executive sessiya keçirilib
(®) Executive AI Strategy Club tərəfindən təşkil olunan növbəti qapalı executive sessiya Hilton Baku-da dövlət və özəl sektorun rəhbər nümayəndələrinin iştirakı ilə baş tutub.
Tədbirin əsas məqsədi rəhbər şəxslərin süni intellekt sahəsində strateji baxışlarının formalaşdırılması, təşkilatlarda AI transformasiyasının düzgün idarə olunması, beynəlxalq təcrübələrin paylaşılması və süni intellekt təşəbbüslərinin praktik tətbiq imkanlarının müzakirəsi olub.
Sessiyanın açılışında çıxış edən Executive AI Strategy Club-un təsisçisi, AI və məlumat strategiyası üzrə məsləhətçi Kamran Ağayev son illər ərzində dövlət qurumlarında həyata keçirilən məlumat idarəetməsi, məlumat mübadiləsi, rəqəmsal transformasiya və süni intellekt təşəbbüsləri sahəsində əldə olunmuş təcrübələrdən bəhs edib.
Kamran Ağayev məlumatların idarə olunması və süni intellekt sahəsində beynəlxalq CDMP (Certified Data Management Professional) və PMI-CPMAI (PMI Certified Professional in Managing AI) sertifikatlarına malik mütəxəssis kimi müxtəlif dövlət qurumlarında həyata keçirilən AI və məlumat əsaslı transformasiya layihələrindən əldə edilmiş təcrübələri iştirakçılarla bölüşüb. O vurğulayıb ki, süni intellekt layihələrinin uğuru yalnız texnologiyadan deyil, məlumatların keyfiyyətindən, rəhbərliyin dəstəyindən və təşkilati hazırlıq səviyyəsindən asılıdır.
Kamran Ağayev çıxışında müxtəlif dövlət qurumlarında həyata keçirilən məlumat əsaslı qərarvermə təşəbbüsləri, məlumatların təmizlənməsi layihələri, məlumat mübadiləsi mexanizmləri və süni intellekt pilot layihələrinin idarə olunması sahəsində əldə edilmiş nəticələri iştirakçılarla bölüşüb. O, həmçinin Azərbaycan Respublikasının 2025–2028-ci illər üzrə Süni İntellekt Strategiyasının ölkədə AI ekosisteminin formalaşması, dövlət və özəl sektorda süni intellektin tətbiqinin genişlənməsi, insan kapitalının inkişafı və innovasiya mühitinin gücləndirilməsi baxımından mühüm yol xəritəsi yaratdığını xüsusi vurğulayıb. Onun sözlərinə görə, strategiyada müəyyən edilmiş hədəflərin uğurla həyata keçirilməsi üçün rəhbər şəxslərin AI sahəsində bilik və bacarıqlarının artırılması xüsusi əhəmiyyət daşıyır.
Tədbirin beynəlxalq qonaqlarından biri, Oxford Universitetinin İqtisadiyyat üzrə lektoru Dr. Mehman İsmayıllı süni intellektin inkişafına təsir edən iqtisadi və qeyri-iqtisadi amillər mövzusunda çıxış edib. O, təqdimatında insan kapitalı, innovasiya mühiti, iqtisadi stimullar, davranış faktorları və institusional yanaşmaların AI texnologiyalarının inkişafına təsirindən bəhs edib. Dr. Mehman İsmayıllı həmçinin süni intellektin gələcək iqtisadi artım, məhsuldarlıq və rəqabət qabiliyyəti üzərində yaratdığı təsirləri iştirakçılarla müzakirə edib.
Sessiyanın digər beynəlxalq spikeri, IBM ekosisteminin AI Arxitektoru Dr. Osman Ersoy müəssisələrdə effektiv AI transformasiyasının qurulması mövzusunda çıxış edib. O, müxtəlif ölkələrdə həyata keçirilən AI layihələrindən nümunələr təqdim edərək, süni intellekt təşəbbüslərinin biznes məqsədləri ilə uyğunlaşdırılması, generativ süni intellekt həllərinin tətbiqi, AI-native biznes modellərinin formalaşdırılması və təşkilatlarda dayanıqlı AI idarəetmə mexanizmlərinin qurulması barədə beynəlxalq təcrübələri iştirakçılarla bölüşüb.
Sessiyada müxtəlif dövlət qurumlarının, iri şirkətlərin və özəl sektor təşkilatlarının rəhbər nümayəndələri iştirak ediblər. Görüş zamanı iştirakçılar təşkilatlarda süni intellektin tətbiqi, məlumat hazırlığı, AI layihələrinin prioritetləşdirilməsi, məlumat əsaslı qərarvermə və transformasiya proseslərinin idarə olunması mövzularında fikir mübadiləsi aparıblar.
Tədbirin sonunda keçirilən panel müzakirəsi və sual-cavab sessiyasında iştirakçılar tərəfindən süni intellektin dövlət idarəçiliyi, korporativ idarəetmə, insan resursları, məlumatların idarə olunması, əməliyyat effektivliyi və strateji qərarvermə proseslərinə təsiri ilə bağlı çoxsaylı suallar ünvanlanıb. Panel çərçivəsində AI texnologiyalarının yaxın illərdə dövlət və özəl sektorun fəaliyyət modelində yaradacağı dəyişikliklər ətrafında geniş müzakirələr aparılıb.
Qeyd edək ki, Executive AI Strategy Club Kamran Ağayevin təşəbbüsü ilə yaradılmış və rəhbər şəxslərin süni intellekt sahəsində strateji biliklərinin artırılmasına yönəlmiş xüsusi platformadır. Klub çərçivəsində qapalı executive sessiyalar, beynəlxalq ekspert görüşləri, təlim proqramları və AI transformasiyası üzrə praktiki müzakirələr təşkil olunur. Platformanın əsas məqsədlərindən biri Azərbaycan Respublikasının 2025–2028-ci illər üzrə Süni İntellekt Strategiyasında müəyyən edilmiş hədəflərə töhfə vermək, ölkədə AI liderliyinin formalaşdırılmasına dəstək olmaq və rəhbər şəxslər arasında bilik mübadiləsini təşviq etməkdir.
Ətraflı məlumat:
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
6 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
3 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
-
- 3 gün sonra
-
5 saat əvvəl
Vens: Rusiya və Ukrayna danışıqlar masasına oturmağa razılaşıb
-
5 saat əvvəl
"PAŞA Bank"ın Gürcüstandakı törəməsi maliyyə vəziyyətini açıqlayıb
-
5 saat əvvəl
Nvidia-nın rəhbəri: Süni intellektə tələb həddindən artıq yüksəkdir, lakin kapital çatışmır
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
İnvestorlar üçün yeni istiqrazlar – İllik 15% gəlir, aylıq faiz ödənişi
-
7 saat əvvəl
Britaniya şirkəti Azərbaycanın Yaşıl Enerji Dəhlizinə sərmayə yatırmaq istəyir
- 7 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
"PAŞA Bank"ın Gürcüstandakı törəməsi maliyyə vəziyyətini açıqlayıb
Dünyanın ən böyük sərvət fondu 30 milyard dollar zərər edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avropaya Azərbaycan elektrik enerjisinin ixracı üçün yeni imkanlar müzakirə olunur – “Zhero” layihəyə maraq göstərir
Dövlət Fondu yeni məhsulunu təqdim etdi – Sahibkarlara 5%-dən başlayan faizlə 50 min manatadək kredit veriləcək
Husilər Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinə zərbə endirib
Rabalon Microsoft texnologiyaları ilə bizneslərə yeni imkanlar açır
Çin şirkəti Azərbaycanda 200 MVt gücündə dəniz külək elektrik stansiyası tikmək imkanlarını araşdırır
Türkiyə Mərkəzi Bankı faiz dərəcəsini aşağı saldı























