“PAŞA Kapital”, investisiya şirkətlərinin ümumi ticarət dövriyyəsinin 42%-dən çoxunu formalaşdırıb
“PAŞA Kapital”ın BFB-də ticarət dövriyyəsi 67% artaraq 44,7 milyard manata çatıb“PAŞA Kapital” İnvestisiya Şirkətinin 2025-ci ildə Bakı Fond Birjasında ticarət dövriyyəsi 44,7 milyard manat təşkil edib.
Marja.az xəbər verir ki, bu barədə “PAŞA Kapital”ın Baş icraçı direktoru İsi Mustafayev bu gün keçirilən mətbuat konfransında təqdimat zamanı bildirib.
Təqdimata əsasən, 2024-cü ildə şirkətin Bakı Fond Birjasında ticarət dövriyyəsi 26,8 milyard manat olduğu halda, 2025-ci ildə bu göstərici 17,9 milyard manat və ya 67% artaraq 44,7 milyard manata yüksəlib.
Bununla da “PAŞA Kapital” 2025-ci ildə BFB-yə üzv olan investisiya şirkətlərinin ümumi ticarət dövriyyəsinin təxminən 42,3%-ni formalaşdırıb.
Qeyd edək ki, 2025-ci ildə BFB-yə üzv olan investisiya şirkətlərinin ümumi ticarət dövriyyəsi 105,7 milyard manat olub. 2024-cü ildə bu göstərici 105,3 milyard manat təşkil etmişdi. Beləliklə, ümumi bazarda artım cüzi — 400 milyon manat və ya 0,4% səviyyəsində olub. Bu fonda “PAŞA Kapital”ın dövriyyəsindəki 67%-lik artım şirkətin bazardakı mövqeyini əhəmiyyətli dərəcədə gücləndirdiyini göstərir.
REPO əməliyyatlarında kəskin artım
Təqdimata əsasən, “PAŞA Kapital”ın REPO əməliyyatları üzrə ticarət dövriyyəsi 2025-ci ildə 30,1 milyard manat təşkil edib. Bu, 2024-cü illə müqayisədə 12,8 milyard manat və ya 74% çoxdur. 2024-cü ildə şirkətin REPO dövriyyəsi 17,3 milyard manat olmuşdu.
Ümumi REPO bazarı isə 2025-ci ildə 81,4 milyard manat təşkil edib. 2024-cü ildə bu göstərici 87,2 milyard manat idi. Yəni ümumi bazarda 5,8 milyard manat və ya 6,7% azalma müşahidə olunub.
Buna baxmayaraq, “PAŞA Kapital”ın REPO bazarındakı payı 20%-dən 37%-ə yüksəlib.
Dövlət qiymətli kağızlarında bazar payı 64%-ə çatıb
Dövlət qiymətli kağızları üzrə də “PAŞA Kapital”ın dövriyyəsi əhəmiyyətli artıb. Şirkətin bu istiqamətdə ticarət dövriyyəsi 2024-cü ildə 8,2 milyard manat olduğu halda, 2025-ci ildə 12,9 milyard manata yüksəlib. Bu, 4,7 milyard manat və ya 57% artım deməkdir.
Ümumi bazar isə həmin dövrdə 14 milyard manatdan 20,1 milyard manata yüksəlib. Artım 6,1 milyard manat və ya 43,6% təşkil edib.
Nəticədə “PAŞA Kapital”ın dövlət qiymətli kağızları üzrə bazar payı 59%-dən 64%-ə çatıb.
Korporativ istiqrazlarda da pay artıb
Korporativ istiqrazlar üzrə “PAŞA Kapital”ın dövriyyəsi 2025-ci ildə 1,7 milyard manat olub. 2024-cü ildə bu göstərici 1,3 milyard manat təşkil etmişdi. Beləliklə, şirkətin korporativ istiqrazlar üzrə dövriyyəsi 400 milyon manat və ya 31% artıb.
Ümumi korporativ istiqraz bazarı isə 3,9 milyard manatdan 4,2 milyard manata yüksəlib. Artım 300 milyon manat və ya 7,7% təşkil edib.
Bu seqmentdə “PAŞA Kapital”ın bazar payı 33%-dən 40%-ə yüksəlib.
Anderraytinq bazarında pay 78%-ə yüksəlib
Təqdimatda qeyd olunub ki, 2025-ci ildə “PAŞA Kapital”ın anderrayter qismində iştirak etdiyi korporativ qiymətli kağız emissiyaları üzrə bazar payı 78%-ə çatıb.
Şirkətin anderraytinq dövriyyəsi 2024-cü ildə 558,9 milyon manat olduğu halda, 2025-ci ildə 615,8 milyon manata yüksəlib. Bu, 56,9 milyon manat və ya 10,2% artım deməkdir.
Ümumi anderraytinq bazarı isə 2024-cü ildəki 733,7 milyon manatdan 2025-ci ildə 793,6 milyon manata çatıb. Bazarda artım 59,9 milyon manat və ya 8,2% olub.
“PAŞA Kapital”ın əsas anderraytinq layihələri arasında SOCAR üzrə 340 milyon manat, Kapital Bank üzrə 152,5 milyon manat, PAŞA Bank üzrə isə 40,2 milyon manat həcmində emissiyalar yer alıb.
Rəqəmlər göstərir ki, 2025-ci ildə BFB-də ümumi ticarət dövriyyəsi demək olar dəyişməz qalsa da, “PAŞA Kapital” bazardakı mövqeyini ciddi şəkildə gücləndirib. Şirkətin dövriyyəsinin 67% artması ümumi bazar artımını xeyli qabaqlayıb.
Qeyd edək ki, ən diqqətçəkən məqam REPO bazarıdır. Ümumi REPO bazarı azaldığı halda, “PAŞA Kapital” bu seqmentdə dövriyyəsini 74% artırıb və bazar payını 37%-ə çatdırıb. Bu, şirkətin likvidlik alətləri və qısamüddətli maliyyə əməliyyatları üzrə aktivliyinin artdığını göstərir.
Dövlət qiymətli kağızlarında 64%-lik bazar payı isə “PAŞA Kapital”ın bu seqmentdə aparıcı mövqeyini qoruduğunu göstərir. Korporativ istiqrazlarda payın 40%-ə yüksəlməsi şirkətin yalnız dövlət kağızları deyil, korporativ borc alətləri bazarında da mövqeyini genişləndirdiyini təsdiqləyir.
Anderraytinq istiqamətində 78%-lik bazar payı isə “PAŞA Kapital”ın korporativ qiymətli kağız emissiyalarında əsas oyunçulardan biri olduğunu göstərir. Xüsusilə SOCAR, Kapital Bank və PAŞA Bank kimi iri emitentlərin layihələrində iştirak şirkətin kapital bazarlarında institusional rolunu gücləndirib.
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
5 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
3 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
-
- 3 gün sonra
-
12 saat əvvəl
Vens: Rusiya və Ukrayna danışıqlar masasına oturmağa razılaşıb
-
12 saat əvvəl
"PAŞA Bank"ın Gürcüstandakı törəməsi maliyyə vəziyyətini açıqlayıb
-
12 saat əvvəl
Nvidia-nın rəhbəri: Süni intellektə tələb həddindən artıq yüksəkdir, lakin kapital çatışmır
- 13 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
İnvestorlar üçün yeni istiqrazlar – İllik 15% gəlir, aylıq faiz ödənişi
-
14 saat əvvəl
Britaniya şirkəti Azərbaycanın Yaşıl Enerji Dəhlizinə sərmayə yatırmaq istəyir
- 14 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
"PAŞA Bank"ın Gürcüstandakı törəməsi maliyyə vəziyyətini açıqlayıb
Dünyanın ən böyük sərvət fondu 30 milyard dollar zərər edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avropaya Azərbaycan elektrik enerjisinin ixracı üçün yeni imkanlar müzakirə olunur – “Zhero” layihəyə maraq göstərir
Dövlət Fondu yeni məhsulunu təqdim etdi – Sahibkarlara 5%-dən başlayan faizlə 50 min manatadək kredit veriləcək
Husilər Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinə zərbə endirib
Rabalon Microsoft texnologiyaları ilə bizneslərə yeni imkanlar açır
Çin şirkəti Azərbaycanda 200 MVt gücündə dəniz külək elektrik stansiyası tikmək imkanlarını araşdırır
Türkiyə Mərkəzi Bankı faiz dərəcəsini aşağı saldı





















