Startaplar üçün keçirilən müsabiqənin qalibləri açıqlandı - ADLARI
Bakıda keçirilən İslam İnkişaf Bankı (İİB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində təşkil olunmuş “İslam İnkişaf Bankı Qrupunun 5-ci Startaplar və İnnovasiya Təqdimat Müsabiqəsi 2026” (“5th IsDB Group Startups & Innovation Pitch Competition 2026”) başa çatıb.
“İİB bazarlarında innovasiya, süni intellekt, maliyyə, ticarət və sahibkarlığın gücləndirilməsi” mövzusu altında təşkil olunan müsabiqə İİB Qrupuna üzv ölkələrindən sahibkarları, startapları, investorları və inkişaf üzrə tərəfdaşları bir araya gətirib.
İyunun 17-də Bakı Konqres Mərkəzində finala vəsiqə qazanan 12 startap beynəlxalq investorlar və ekspertlər qarşısında öz layihələrini təqdim ediblər. İştirakçıların çıxışları Azərbaycan Respublikası (KOBİA, 4SİM) və İİB tərəfindən müəyyən edilmiş beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndirilib.
Tədbirdə çıxış edən İslam İnkişaf Bankı Qrupunun Xüsusi və Etimad Fondları Departamentinin direktoru, İİB prezidentinin xüsusi müşaviri Məhəmməd Camal Əl-Saati, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, “Xona” şirkətinin həmtəsisçisi və “iiValley.co” şirkətinin tərəfdaşı Riad Hartani və Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov startap ekosistemi, bankın startaplara dəstəyi və Azərbaycanda startaplara dəstək alətləri barədə fikirlərini bölüşüblər.
İyunun 18-də isə “İslam İnkişaf Bankı Qrupunun 5-ci Startaplar və İnnovasiya Təqdimat Müsabiqəsi 2026”nın qalibləri elan olunub. Beləliklə, müsabiqədə 3-ü əsas, 6-sı xüsusi mükafatçı olmaqla, ümumilikdə 9 qalib müəyyən edilərək mükafatlandırılıb:
- Birinci yerin qalibi (“Qızıl” mükafat) – “BioSell” - 5 000 ABŞ dolları
- İkinci yerin qalibi (“Gümüş” mükafat) - “Bayuti” - 4 000 ABŞ dolları
- Üçüncü yerin qalibi (“Bürünc” mükafat) – “Park Hub - 3 000 ABŞ dolları həcmində mükafat qazanıb.
Bundan başqa, aşağıdakı startapların hər biri 3 000 ABŞ dollar olmaqla xüsusi mükafatlara layiq görülüblər:
- Süni intellekt və rəqəmsal innovasiya – “AIRT”
- İqlim və davamlılıq – “Proedia”
- Maliyyə inklüzivliyi – “Mink Platform”
- Qadın sahibkarlığı – “Climasel”
- Sosial təsir – “Smart sagro”
- Regional inteqrasiya – “Interconsea” (Derad Network).
Qeyd edək ki, KOBİA-nın tərəfdaşlığı ilə həyata keçirilən müsabiqəyə Azərbaycandan 220-dən çox müraciət daxil olub. İİB-nin qiymətləndirmə platforması vasitəsilə aparılan seçim prosesi nəticəsində 6 strateji innovasiya istiqaməti üzrə 25 startap müsabiqənin növbəti mərhələsinə vəsiqə qazanıb. Bu mərhələdə 14–16 iyun tarixlərində “Bakı KOB evi”ndə üç günlük “Bootcamp” proqramı keçirilib. Proqram çərçivəsində seçilmiş startaplar təqdimat bacarıqlarının inkişaf etdirilməsi, biznes modellərinin təkmilləşdirilməsi, investorlarla effektiv kommunikasiya və investisiya cəlbetmə imkanlarının artırılması istiqamətində intensiv təlim və mentorluq sessiyalarında iştirak ediblər. Proqrama innovasiya və sahibkarlıq sahəsində yerli və beynəlxalq təcrübəyə malik ekspert və mentorlar cəlb olunublar. Müsabiqənin keçirilməsində əsas məqsəd innovativ sahibkarlığın inkişafına dəstək göstərmək, perspektivli startapların investorlarla əməkdaşlıq imkanlarını genişləndirmək, onların beynəlxalq bazarlara çıxışını təşviq etmək və Azərbaycanın innovasiya ekosisteminin qlobal əməkdaşlıq platformalarına inteqrasiyasına töhfə verməkdir.
“İslam İnkişaf Bankı Qrupunun 5-ci Startaplar və İnnovasiya Təqdimat Müsabiqəsi 2026” haqqında
Müsabiqə IIB Qrupuna üzv ölkələrdə yüksək potensiala malik startapları müəyyən etmək, dəstəkləmək və sürətlə inkişaf etdirmək məqsədi daşıyan təşəbbüsdür. Müsabiqə sahibkarlara texniki dəstək, potensialın artırılması proqramları, investisiya şəbəkələri və qlobal görünürlük imkanları təqdim edir, eyni zamanda innovasiyanı dayanıqlı inkişafın və iqtisadi artımın əsas hərəkətverici qüvvəsi kimi təşviq edir.
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
5 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
3 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
-
- 3 gün sonra
-
6 saat əvvəl
Vens: Rusiya və Ukrayna danışıqlar masasına oturmağa razılaşıb
-
6 saat əvvəl
"PAŞA Bank"ın Gürcüstandakı törəməsi maliyyə vəziyyətini açıqlayıb
-
6 saat əvvəl
Nvidia-nın rəhbəri: Süni intellektə tələb həddindən artıq yüksəkdir, lakin kapital çatışmır
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
İnvestorlar üçün yeni istiqrazlar – İllik 15% gəlir, aylıq faiz ödənişi
-
8 saat əvvəl
Britaniya şirkəti Azərbaycanın Yaşıl Enerji Dəhlizinə sərmayə yatırmaq istəyir
- 8 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
"PAŞA Bank"ın Gürcüstandakı törəməsi maliyyə vəziyyətini açıqlayıb
Dünyanın ən böyük sərvət fondu 30 milyard dollar zərər edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avropaya Azərbaycan elektrik enerjisinin ixracı üçün yeni imkanlar müzakirə olunur – “Zhero” layihəyə maraq göstərir
Dövlət Fondu yeni məhsulunu təqdim etdi – Sahibkarlara 5%-dən başlayan faizlə 50 min manatadək kredit veriləcək
Husilər Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinə zərbə endirib
Rabalon Microsoft texnologiyaları ilə bizneslərə yeni imkanlar açır
Çin şirkəti Azərbaycanda 200 MVt gücündə dəniz külək elektrik stansiyası tikmək imkanlarını araşdırır
Türkiyə Mərkəzi Bankı faiz dərəcəsini aşağı saldı





















