"Unibank" "Finance in Motion" ilə 10 milyon avroluq saziş imzalayıb
Bu vəsait tam şəkildə mikro, kiçik və orta sahibkarlıq subyektlərinin (MKOS) maliyyələşdirilməsinə yönəldiləcək.Unibank Avropanın Cənub-Şərqi Fondundan (EFSE) 10 milyon avro məbləğində kredit xəttinin cəlb olunması ilə bağlı iki illik saziş imzalayıb.
Marja.az Unibank-a istinadən xəbər verir ki, beynəlxalq aktiv idarəetmə şirkəti Finance in Motion tərəfindən birgə idarə olunan bu vəsait tam şəkildə mikro, kiçik və orta sahibkarlıq subyektlərinin (MKOS) maliyyələşdirilməsinə yönəldiləcək.
“Unibank”ın İdarə Heyəti sədrinin vəzifəsini müvəqqəti icra edən Heybət Qədirov bildirib: "Bu addım bizim üçün sadəcə maliyyə əməliyyatı deyil, strateji inkişaf istiqamətidir. Finance in Motion ilə əməkdaşlıq “Unibank”a dayanıqlı inkişaf məqsədlərinə uyğun fəaliyyət göstərən bizneslərə dəstəyini daha da gücləndirməyə imkan verəcək. Vəsaitlərin yalnız təhlükəsiz və sosial təsiri olan təşəbbüslərə yönəldilməsi ilə iqtisadiyyatımızın sabit və sağlam gələcəyinə məqsədyönlü şəkildə investisiya yatırırıq."
Finance in Motion şirkətinin Regional Direktoru Oxana Binzaru isə qeyd edib: "EFSE vasitəsilə məqsədimiz Unibank kimi yerli maliyyə institutlarının məsuliyyətli KOB maliyyələşdirilməsini genişləndirməsinə dəstək olmaq, dayanıqlı iqtisadi inkişafı və real sosial təsiri təşviq etməkdir."
EFSE haqqında
Avropanın Cənub-Şərqi Fondu (EFSE) Cənub-Şərqi Avropa və Qafqaz regionunda iqtisadi inkişafı və rifahı təşviq edən təsir investisiyası fondudur. Fond Regional Alt Fond (RSF) və Ukrayna Alt Fondu (USF) vasitəsilə sahibkarlığın inkişafını, maliyyə inklüzivliyinin gücləndirilməsini və yerli iqtisadiyyatların dəstəklənməsini hədəfləyən maliyyə həlləri təqdim edir.
EFSE 2005-ci ildə Almaniyanın KfW İnkişaf Bankının təşəbbüsü ilə Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi (BMZ) və Avropa Komissiyasının maliyyə dəstəyi əsasında yaradılıb. Bu sahədə ilk dövlət-özəl tərəfdaşlıq modellərindən biri olan fond donor təşkilatların, beynəlxalq maliyyə institutlarının və özəl institusional investorların kapitalı hesabına formalaşır. EFSE-nin portfel idarəçisi Almaniyanın Finance in Motion GmbH şirkəti, fond meneceri isə Lüksemburqda yerləşən Hauck & Aufhäuser Fund Services S.A.-dır. Ətraflı məlumat üçün: www.efse.lu
Finance in Motion haqqında
Finance in Motion hazırda ümumi həcmi təxminən 4 milyard avro olan və SFDR-in 9-cu maddəsinə uyğun təsnif edilən 10 investisiya fondunu strukturlaşdırır, idarə edir və onlara məsləhət xidmətləri göstərir. Şirkətin fondları regional maliyyə institutları, birbaşa investisiyalar, məsləhət və potensialın artırılması proqramları vasitəsilə həm insanlar, həm də ətraf mühit üçün müsbət təsir yaratmağa yönəlib.
Almaniyada təsis olunan Finance in Motion Latın Amerikasından Şərqi Avropayadək uzanan geniş yerli ekspertiza şəbəkəsinə malikdir və artıq 20 ildən çoxdur ki, inkişaf etməkdə olan bazarlara investisiya yatırır. Ətraflı məlumat üçün: www.finance-in-motion.com
Unibank haqqında
Unibank Azərbaycanın aparıcı özəl banklarından olmaqla, ölkənin sistem əhəmiyyətli maliyyə institutlarından biridir. 1992-ci ildə təsis edilən bank, geniş filial şəbəkəsi və davamlı inkişaf edən rəqəmsal bankçılıq platforması vasitəsilə pərakəndə müştərilərə, biznes subyektlərinə xidmət göstərir. Unibank son illərdə dayanıqlı maliyyələşdirmə sahəsində rolunu gücləndirməyə xüsusi diqqət ayırır və ölkədə yaşıl maliyyələşdirmə üzrə strukturlaşdırılmış həllərin inkişafını prioritet istiqamətlərdən biri kimi müəyyən edib.
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
5 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
3 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
-
- 3 gün sonra
-
12 saat əvvəl
Vens: Rusiya və Ukrayna danışıqlar masasına oturmağa razılaşıb
-
12 saat əvvəl
"PAŞA Bank"ın Gürcüstandakı törəməsi maliyyə vəziyyətini açıqlayıb
-
12 saat əvvəl
Nvidia-nın rəhbəri: Süni intellektə tələb həddindən artıq yüksəkdir, lakin kapital çatışmır
- 13 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
İnvestorlar üçün yeni istiqrazlar – İllik 15% gəlir, aylıq faiz ödənişi
-
14 saat əvvəl
Britaniya şirkəti Azərbaycanın Yaşıl Enerji Dəhlizinə sərmayə yatırmaq istəyir
- 14 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
"PAŞA Bank"ın Gürcüstandakı törəməsi maliyyə vəziyyətini açıqlayıb
Dünyanın ən böyük sərvət fondu 30 milyard dollar zərər edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avropaya Azərbaycan elektrik enerjisinin ixracı üçün yeni imkanlar müzakirə olunur – “Zhero” layihəyə maraq göstərir
Dövlət Fondu yeni məhsulunu təqdim etdi – Sahibkarlara 5%-dən başlayan faizlə 50 min manatadək kredit veriləcək
Husilər Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinə zərbə endirib
Rabalon Microsoft texnologiyaları ilə bizneslərə yeni imkanlar açır
Çin şirkəti Azərbaycanda 200 MVt gücündə dəniz külək elektrik stansiyası tikmək imkanlarını araşdırır
Türkiyə Mərkəzi Bankı faiz dərəcəsini aşağı saldı






















