Birbank-ın taksit kartını əldə edin, ilk taksit ödənişinizə 50 bonus qazanın
(®) Ölkənin ilk rəqəmsal bankı Birbank yeni taksit kartı əldə edəcək müştərilər üçün sərfəli kampaniyaya start verib.
Belə ki, 31 iyul 2026-cı il tarixinədək davam edəcək “İlk taksitə 50 bonus” kampaniyası çərçivəsində ilk taksit əməliyyatı 500 AZN və ya daha yüksək məbləğdə olan müştərilərə 50 bonus hədiyyə edilir. Bu imkandan kampaniya müddətində aktiv Birbank taksit kartı olmayan və həmin dövrdə taksit kartı rəsmiləşdirən müştərilər yararlana bilərlər.
Birbank taksit kartı kampaniya üstünlüyü ilə yanaşı, gündəlik alış-verişdə təqdim etdiyi imkanlarla da seçilir. Kart sahibləri 24 ayadək taksit imkanından yararlana, minlərlə tərəfdaş mağazada alış-veriş edə, limitsiz bonus qazana bilərlər. Bundan əlavə, kart pulsuz sifariş və çatdırılma, 63 günədək güzəşt müddəti, eləcə də QR ödənişləri zamanı 2 qat ƏDV geri almaq imkanı təqdim edir.
Kampaniya çərçivəsində qazanılan bonuslar Bir ekosistemin vahid loyallıq proqramı olan Bir Bonus çərçivəsində istifadə oluna bilər. Bir Bonus proqramı Birbank, m10, Birmarket və digər ekosistem brendləri ilə yanaşı minlərlə tərəfdaşda bonus qazanmaq və onları rahatlıqla xərcləmək imkanı yaradır. Bir ekosistem müştəriləri proqrama avtomatik qoşulur və bonuslarını BakıKart biletindən Trendyol sifarişlərinə, mobil balansın artırılmasından Birmarket alış-verişinədək müxtəlif istiqamətlərdə istifadə edə bilirlər.
Kampaniya haqqında ətraflı məlumat: https://www.b-b.az/tkblk
Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 114 filial və 52 şöbədən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Birbankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün birbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
5 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
3 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
-
- 3 gün sonra
-
11 saat əvvəl
Vens: Rusiya və Ukrayna danışıqlar masasına oturmağa razılaşıb
-
11 saat əvvəl
"PAŞA Bank"ın Gürcüstandakı törəməsi maliyyə vəziyyətini açıqlayıb
-
12 saat əvvəl
Nvidia-nın rəhbəri: Süni intellektə tələb həddindən artıq yüksəkdir, lakin kapital çatışmır
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
İnvestorlar üçün yeni istiqrazlar – İllik 15% gəlir, aylıq faiz ödənişi
-
13 saat əvvəl
Britaniya şirkəti Azərbaycanın Yaşıl Enerji Dəhlizinə sərmayə yatırmaq istəyir
- 13 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
"PAŞA Bank"ın Gürcüstandakı törəməsi maliyyə vəziyyətini açıqlayıb
Dünyanın ən böyük sərvət fondu 30 milyard dollar zərər edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avropaya Azərbaycan elektrik enerjisinin ixracı üçün yeni imkanlar müzakirə olunur – “Zhero” layihəyə maraq göstərir
Dövlət Fondu yeni məhsulunu təqdim etdi – Sahibkarlara 5%-dən başlayan faizlə 50 min manatadək kredit veriləcək
Husilər Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinə zərbə endirib
Rabalon Microsoft texnologiyaları ilə bizneslərə yeni imkanlar açır
Çin şirkəti Azərbaycanda 200 MVt gücündə dəniz külək elektrik stansiyası tikmək imkanlarını araşdırır
Türkiyə Mərkəzi Bankı faiz dərəcəsini aşağı saldı






















