56 manata sığortaladığı əkin sahəsinə görə 5600 manat ödəniş aldı
56 manatlıq sığorta haqqı fermeri 5 600 manat zərərdən qorudu. Hər 1 manat sığorta haqqına 100 manatdan çox sığorta ödənişi aldı.Aqrar Sığorta Fondu Xaçmaz və Xızı rayonundakı təsərrüfatlara müxtəlif hadisələrdən dəymiş zərərlərə üzrə sığorta ödənişləri həyata keçirib.
Belə ki, Xaçmaz rayonunun Qalağan kəndindən olan fermer Əsəd Nəsrullayevin buğda sahəsində baş vermiş sel-subasma hadisəsi üzrə fermerə zərər ödənişi edilib. Fermer Əsəd Nəsrullayev 33,5 hektar buğda sahəsini sığortalayıb və bu zaman hər hektar üzrə 8,3 manat sığorta haqqı ödəyib. Əkin sahəsində baş vermiş sel-subasma hadisəsi nəticəsində 6,8 hektar əkin sahəsinə zərər dəyib. Bu zərər üzrə azadolma məbləği çıxılaraq fermerə 5 642 manat məbləğində sığorta ödənişi həyata keçirilib. Zərər dəymiş 6,7 hektar əkin sahəsinin sığortalanmasına ümumilikdə 56 manat sərf edildiyini nəzərə aldıqda, həyata keçirilən sığorta ödənişi sığorta haqqından 100 dəfə artıq olub. Beləliklə, fermerin sığortaya ödədiyi cəmi 56 manat sığorta haqqı ona 5 642 manat ödəniş qazandırıb.
Xızı rayonunda isə aqrar sığotrta ödənişi heyvandarlıq sığortası üzrə həyata keçirilib Belə ki, rayonun Yaşma kəndindən olan fermer Azay Cəlilovun təsərrüfatında tələf oluna 2 baş iribuynuzlu mal-qaraya görə, Aqrar Sığorta Fondu tərəfindən 7200 manat sığorta ödənişi həyata keçirilib. Azay Cəlilov hər birinin qiyməti 4000 manat olan 2 baş mal-qaranın 3 il müddətinə sığortalanması üçün hər biri 536 manat olmaqla 1072 manat sığorta haqqı ödəyib. Heyvanların yoluxucu xəstəlik səbəbindən tələf olmasına görə, Aqrar Sığorta Fondu tərəfindən fermerə 10% azadolma məbləği çıxılaraq hər baş heyvan üzrə 3600 manat, ümumilikdə 2 baş heyvan üzrə 7200 manat sığorta ödənişi həyata keçirilib. Başqa sözlə, fermer 3 illik müddətə 536 manat ödəməklə sığortaladığı heyvanların tələf olmasına görə, bundan 7 dəfə artıq məbləğdə sığorta ödənişi alıb. Bu rəqəmlər aqrar sığortanın fermerlər üçün nə qədər sərfəli müdafiə mexanizmi olduğunu nümayiş etdirir.
Hər iki təsərrüfat sahibi aqrar sığorta ödənişindən olduqca razı qalıb və digər fermerləri də əkin sahələrini və heyvanlarını sərfəli şərtlərlə sığortalamağa çağırıblar.
Aqrar sığorta vasitəsilə heyvanları yoluxucu xəstəliklər, yemdən və otdan zəhərlənmə, yanğın, təbiət hadisələri və fəlakətlər, ilan və həşərat sancması, vəşhi heyvanların hücumu, 3-cü şəxslərin hərəkətləri, kimyəvi maddələrdən zəhərlənmə, avtomobillə vurulma, avtomobillə daşıma zamanı qəza, oğurluq-quldurluq və sair hallardan sığortalamaq mümkündür.
Xatırladaq ki, Aqrar Sığorta Fondu indiyədək fermer və təsərrüfatlara ümumilikdə 23 milyon manat sığorta ödənişi edib. Bunun 19,5 milyon manatı əkin sahələri, 3,5 milyon manat isə heyvandarlıq sığortasının payına düşür.
Fermerlər sığorta haqlarının məbləği və şərtləri ilə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsindən (asf.gov.az) tanış ola bilərlər.
Müştərilərin xəbərləri
Özbəkistan nümayəndə heyətinin "Prime Cotton"a səfəri çərçivəsində əməkdaşlıq imkanları müzakirə olunub
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
1 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
6 gün sonra
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
-
-
5 gün sonra
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Prezident İlham Əliyev Özbəkistanın ən böyük şəhərsalma layihəsi - “Yeni Daşkənd”lə tanış olub
-
7 saat əvvəl
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub
-
8 saat əvvəl
Azərbaycan və Özbəkistan ticarət dövriyyəsini 1 milyard dollara çatdıracaq – Proqram qəbul edildi
-
9 saat əvvəl
Hacıqabulda 80 milyon dollar sərmayə ilə avtomobil zavod tikilir - TAM İSTEHSAL OLACAQ
- 9 saat əvvəl
-
9 saat əvvəl
SOCAR Özbəkistanın pərakəndə yanacaq bazarına daxil olur – İlk 5 məntəqənin təməli qoyuldu
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
“Landau” sərhədləri aşdı – Özbəkistanda 2 yeni məktəb
Azərbaycan və Özbəkistan ticarət dövriyyəsini 1 milyard dollara çatdıracaq – Proqram qəbul edildi
Ən çox oxunanlar
Hacıqabulda 80 milyon dollar sərmayə ilə avtomobil zavod tikilir - TAM İSTEHSAL OLACAQ
"Bizə deyilənlərə görə, Ermənistan ərazisində tikinti ya bu ilin sonunda, ya da gələn ilin əvvəlində başlayacaq"
SOCAR Özbəkistanın pərakəndə yanacaq bazarına daxil olur – İlk 5 məntəqənin təməli qoyuldu
Əliyev və Mirziyoyev Azərbaycanın Özbəkistanda həyata keçirdiyi layihələrin açılış və təməlqoyma mərasimində iştirak ediblər
"500 milyon dollardan təxminən 160 milyonu artıq müəyyənləşdirilib"























