AmCham Azərbaycan 2026–2028-ci illər üzrə İdarə Heyətinin Birinci Vitse-Prezidenti və Vitse-Prezidentini seçib
Oskar Boqopolskiy "AmCham Azərbaycan"ın birinci vitse-prezidenti, Niyazi Əmirbəyov isə vitse-prezidenti seçilibAzərbaycanda Amerika Ticarət Palatası (AmCham Azərbaycan) 2026–2028-ci illər üzrə İdarə Heyətinin Birinci Vitse-Prezidenti və Vitse-Prezidentinin seçildiyini məmnunluqla elan edir.
Müvafiq olaraq, cənab Oskar Boqopolskiy AmCham Azərbaycanın birinci vitse-prezidenti, cənab Niyazi Əmirbəyov isə Palatanın vitse-prezidenti vəzifələrinə seçilib.
Oskar Boqopolskiy hazırda "McDonald's Azərbaycan" şirkətinin baş icraçı direktorudur (CEO). O, 2014-cü ildən etibarən həmin şirkətdə müxtəlif rəhbər vəzifələrdə çalışaraq maliyyə meneceri, baş maliyyə direktoru (CFO), daha sonra isə baş icraçı direktor vəzifəsinə yüksəlmişdir. Onun rəhbərliyi dövründə şirkət dayanıqlı inkişaf və əməliyyat səmərəliliyi istiqamətində mühüm nəticələr əldə edib. Son iki il ərzində AmCham Azərbaycanın İdarə Heyətinin üzvü kimi fəaliyyət göstərən Oskar Boqopolskiy Palatanın strateji təşəbbüslərinin həyata keçirilməsinə, biznes ictimaiyyəti ilə dövlət arasında əməkdaşlığın gücləndirilməsinə və ölkədə biznes mühitinin inkişafına fəal töhfə verib.
Niyazi Əmirbəyov Azərbaycanın ən böyük şaquli inteqrasiya olunmuş aqrar-ərzaq şirkəti olan AgroDairy-nin baş icraçı direktorudur (CEO). Aqrar-ərzaq və enerji sektorlarında 20 ildən artıq rəhbərlik təcrübəsinə malik olan Niyazi Əmirbəyov strateji inkişaf, institusional transformasiya, korporativ idarəetmə və əməliyyat effektivliyi sahələrində zəngin təcrübəyə sahibdir. O, eyni zamanda Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Məşvərət Şurasının sədri, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İctimai Şurasının üzvü və ADA Universitetində liderlik üzrə dəvətli müəllimdir. Bundan əvvəl bp şirkətində Azərbaycan, Gürcüstan və Türkiyə üzrə müxtəlif rəhbər vəzifələrdə çalışmışdır.
Yeni rəhbər vəzifələrində cənab Boqopolskiy və cənab Əmirbəyov Palatanın strateji prioritetlərinin həyata keçirilməsi, üzv şirkətlərlə əməkdaşlığın daha da gücləndirilməsi, dövlət və özəl sektor arasında konstruktiv dialoqun inkişaf etdirilməsi, eləcə də Azərbaycanda şəffaf, rəqabətqabiliyyətli və dayanıqlı biznes mühitinin təşviqinə yönəlmiş missiyasının icrasına töhfə vermək məqsədilə Prezident və İdarə Heyəti ilə sıx əməkdaşlıq edəcəklər.
AmCham Azərbaycan cənab Oskar Boqopolskiyi və cənab Niyazi Əmirbəyovu yeni vəzifələrə təyin olunmaları münasibətilə səmimi qəlbdən təbrik edir, onlara yeni vəzifələrində uğurlar və gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayır. Palata onların peşəkar təcrübəsinin, liderlik keyfiyyətlərinin və strateji baxışının AmCham Azərbaycanın institusional inkişafına, üzvləri üçün yaratdığı dəyərin daha da artırılmasına və ölkənin biznes mühitinin inkişafına mühüm töhfə verəcəyinə inanır.
AmCham Azərbaycan haqqında
Azərbaycanda Amerika Ticarət Palatası (AmCham Azerbaijan) ölkənin aparıcı biznes assosiasiyası olaraq iqtisadiyyatın bütün sektorlarını təmsil edən 280-dən çox üzv şirkət və təşkilatı bir araya gətirir. Palata biznes mühitinin təkmilləşdirilməsi istiqamətində təşəbbüslər, konstruktiv dialoq və strateji əməkdaşlıq vasitəsilə biznes ictimaiyyəti, dövlət qurumları və beynəlxalq tərəfdaşlar arasında etibarlı platforma rolunu oynayaraq Azərbaycanın davamlı iqtisadi inkişafına və əlverişli investisiya mühitinin formalaşmasına töhfə verir.
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
5 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
3 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
-
- 3 gün sonra
-
6 saat əvvəl
Vens: Rusiya və Ukrayna danışıqlar masasına oturmağa razılaşıb
-
6 saat əvvəl
"PAŞA Bank"ın Gürcüstandakı törəməsi maliyyə vəziyyətini açıqlayıb
-
6 saat əvvəl
Nvidia-nın rəhbəri: Süni intellektə tələb həddindən artıq yüksəkdir, lakin kapital çatışmır
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
İnvestorlar üçün yeni istiqrazlar – İllik 15% gəlir, aylıq faiz ödənişi
-
8 saat əvvəl
Britaniya şirkəti Azərbaycanın Yaşıl Enerji Dəhlizinə sərmayə yatırmaq istəyir
- 8 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
"PAŞA Bank"ın Gürcüstandakı törəməsi maliyyə vəziyyətini açıqlayıb
Dünyanın ən böyük sərvət fondu 30 milyard dollar zərər edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avropaya Azərbaycan elektrik enerjisinin ixracı üçün yeni imkanlar müzakirə olunur – “Zhero” layihəyə maraq göstərir
Dövlət Fondu yeni məhsulunu təqdim etdi – Sahibkarlara 5%-dən başlayan faizlə 50 min manatadək kredit veriləcək
Husilər Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinə zərbə endirib
Rabalon Microsoft texnologiyaları ilə bizneslərə yeni imkanlar açır
Çin şirkəti Azərbaycanda 200 MVt gücündə dəniz külək elektrik stansiyası tikmək imkanlarını araşdırır
Türkiyə Mərkəzi Bankı faiz dərəcəsini aşağı saldı























