Premium Bank və Visa-dan Azərbaycanda bir ilk: Sahibkarlar xərclədikcə mil qazanacaq
Premium Bank və Visa Azərbaycanda sahibkarlar üçün premium kart xidmətlərində yeni mərhələ açır: ilk Visa Signature Business AllMiles kartı təqdim olundu(®) Premium Bank və Visa sahibkarlar üçün nəzərdə tutulmuş, Azərbaycanda ilk olan Visa Signature Business AllMiles kartını rəsmi olaraq təqdim edib. Yeni məhsul biznes xərclərini mil qazancına, səyahət üstünlüklərinə və premium xidmət imkanlarına çevirən innovativ maliyyə həlli kimi bazara təqdim olunub.
Visa Signature Business AllMiles kartı sahibkarların gündəlik biznes ehtiyacları ilə beynəlxalq səviyyəli imtiyazları birləşdirən yeni nəsil biznes kartıdır. Məhsul biznes müştərilərinə xərclərini daha səmərəli idarə etmək, gündəlik əməliyyatlardan əlavə dəyər qazanmaq və həm yerli, həm də qlobal tərəfdaş şəbəkəsinin təqdim etdiyi üstünlüklərdən faydalanmaq imkanı yaradır.
Təqdimat mərasimində Premium Bank-ın İdarə Heyətinin sədri Fərhad Baxşəliyev və Visa-nın Azərbaycan üzrə baş direktoru və regional meneceri Nurlan Hacıyev çıxış edərək iki qurum arasında strateji tərəfdaşlığın inkişaf perspektivləri, yeni məhsulun biznes müştəriləri üçün yaratdığı imkanlar və sahibkarlar üçün premium maliyyə həllərinin əhəmiyyəti barədə fikirlərini bölüşüblər.
Tədbir çərçivəsində Premium Bank və Visa əməkdaşlığın daha da genişləndirilməsinə yönəlmiş Anlaşma Memorandumu imzalayıblar. Sənəd tərəflərin Azərbaycanda biznes müştəriləri üçün innovativ, çevik və premium maliyyə məhsullarının inkişafı üzrə ortaq baxışını və uzunmüddətli strateji əməkdaşlıq niyyətini əks etdirir.
Tədbirin rəsmi hissəsi Premium Bank nümayəndəsinin təqdimatı ilə davam edib. Təqdimat zamanı Visa Signature Business AllMiles kartının əsas xüsusiyyətləri, premium üstünlükləri və sahibkarlar üçün təqdim etdiyi imkanlar iştirakçılara ətraflı təqdim olunub. Rəsmi proqramın ardından qonaqlar canlı musiqinin müşayiəti ilə təşkil olunan təntənəli şam yeməyində iştirak ediblər.
Çıxışı zamanı Premium Bankın İdarə Heyətinin sədri Fərhad Bəxşəliyev bildirib:
“Premium Bank olaraq sahibkarların ehtiyaclarını yalnız bank məhsulu prizmasından deyil, onların gündəlik biznes fəaliyyəti, inkişaf hədəfləri və beynəlxalq imkanlara çıxışı kontekstində dəyərləndiririk. Visa Signature Business AllMiles kartı məhz bu yanaşmanın nəticəsidir. Bu məhsul sahibkarlar üçün sadəcə ödəniş vasitəsi deyil, biznes xərclərini mil qazancına, səyahət üstünlüklərinə və real biznes dəyərinə çevirən kompleks maliyyə həllidir.”
Visa-nın Azərbaycan üzrə baş direktoru və regional meneceri Nurlan Hacıyev bildirib:
"Visa olaraq məqsədimiz sahibkarlara bizneslərini inamla inkişaf etdirməyə kömək edən və qlobal rəqəmsal iqtisadiyyatın üstünlüklərindən yararlanmağa imkan verən həllər təqdim etməkdir. Premium Bank ilə birgə Visa Signature Business AllMiles kartının istifadəyə verilməsi Azərbaycanda biznes üçün premium maliyyə məhsullarının inkişafında mühüm addımdır. Yeni kart şirkətlərə gündəlik xərclərindən əlavə dəyər əldə etməyə, maliyyələrini səmərəli idarə etməyə, beynəlxalq səyahət üstünlüklərindən yararlanmağa və Visa-nın qlobal xidmət ekosisteminə çıxış əldə etməyə imkan yaradır. Əminik ki, bu məhsul inkişaf və yeni imkanlara yönəlmiş sahibkarlar üçün etibarlı maliyyə alətinə çevriləcək."
Visa Signature Business AllMiles kartı sahibkarların gündəlik biznes xərclərini mil qazancı, səyahət üstünlükləri və premium xidmət imkanları ilə birləşdirir. Kart sahibləri toplanan millərdən aviabilet əldə etmək üçün istifadə edə, həmçinin beynəlxalq hava limanı xidmətləri, lounge imkanları, səyahət və tibbi sığorta, Visa Business Concierge və tərəfdaş şəbəkəsi üzrə xüsusi təkliflərdən faydalana bilirlər.
Premium Bank Visa Signature Business AllMiles kartı sahibkarların gündəlik biznes ehtiyaclarını, səyahət üstünlüklərini və eksklüziv xidmətləri bir məhsulda birləşdirərək Azərbaycan bazarında premium biznes kartlar seqmentində yeni yanaşma təqdim edir. Məhsul Premium Bank və Visa-nın biznes müştəriləri üçün beynəlxalq standartlara uyğun, innovativ və əlavə dəyər yaradan maliyyə həllərinin inkişafına yönəlmiş strateji əməkdaşlığının növbəti mühüm mərhələsidir.
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
5 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
3 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
-
- 3 gün sonra
-
11 saat əvvəl
Vens: Rusiya və Ukrayna danışıqlar masasına oturmağa razılaşıb
-
11 saat əvvəl
"PAŞA Bank"ın Gürcüstandakı törəməsi maliyyə vəziyyətini açıqlayıb
-
11 saat əvvəl
Nvidia-nın rəhbəri: Süni intellektə tələb həddindən artıq yüksəkdir, lakin kapital çatışmır
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
İnvestorlar üçün yeni istiqrazlar – İllik 15% gəlir, aylıq faiz ödənişi
-
13 saat əvvəl
Britaniya şirkəti Azərbaycanın Yaşıl Enerji Dəhlizinə sərmayə yatırmaq istəyir
- 13 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
"PAŞA Bank"ın Gürcüstandakı törəməsi maliyyə vəziyyətini açıqlayıb
Dünyanın ən böyük sərvət fondu 30 milyard dollar zərər edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avropaya Azərbaycan elektrik enerjisinin ixracı üçün yeni imkanlar müzakirə olunur – “Zhero” layihəyə maraq göstərir
Dövlət Fondu yeni məhsulunu təqdim etdi – Sahibkarlara 5%-dən başlayan faizlə 50 min manatadək kredit veriləcək
Husilər Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinə zərbə endirib
Rabalon Microsoft texnologiyaları ilə bizneslərə yeni imkanlar açır
Çin şirkəti Azərbaycanda 200 MVt gücündə dəniz külək elektrik stansiyası tikmək imkanlarını araşdırır
Türkiyə Mərkəzi Bankı faiz dərəcəsini aşağı saldı






















