“McDonald’s Azərbaycan” şəhid və qazi ailələrinin övladları üçün yay istirahəti təşkil edib - FOTO
(®) McDonald’s Azərbaycan” Dövlət Sosial Müdafiə Fondu ilə birgə şəhid və qazi ailələrindən olan 12 uşaq və onların yaxınları üçün Bilgəh qəsəbəsində yerləşən “Camphood” düşərgəsinə yay istirahəti təşkil edib.
Proqram iştirakçıları sırasında bu il beynəlxalq idman yarışlarının qalibləri, eləcə də əvvəllər intellektual olimpiadaların və təhsil müsabiqələrinin qalibi olmuş uşaqlar yer alıblar.
İştirakçılar üçün idman, yaradıcılıq və maarifləndirici fəaliyyətləri əhatə edən zəngin proqram hazırlanıb. Uşaqlar həmyaşıdları ilə tanış olub, müxtəlif tədbir və fəaliyyətlərdə iştirak edərək yaddaqalan təəssüratlar qazanıblar.
“Camphood” düşərgəsinə təşkil olunan səfər uşaqlara xoş xatirələr, yeni dostluqlar və faydalı təcrübə qazandırmaqla yanaşı, istirahət, ünsiyyət və inkişaf imkanlarını səmimi və mehriban mühitdə bir araya gətirib.
Layihə “McDonald’s Azərbaycan” ilə Dövlət Sosial Müdafiə Fondu arasında imzalanmış müvafiq memorandum çərçivəsində həyata keçirilən uzunmüddətli tərəfdaşlığın tərkib hissəsidir.
Bu əməkdaşlıq çərçivəsində şirkət şəhid və qazi ailələrinin övladlarının dəstəklənməsinə yönəlmiş korporativ sosial məsuliyyət layihələrini ardıcıl şəkildə həyata keçirməyə davam edir.
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
5 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
3 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
-
- 3 gün sonra
-
6 saat əvvəl
Vens: Rusiya və Ukrayna danışıqlar masasına oturmağa razılaşıb
-
6 saat əvvəl
"PAŞA Bank"ın Gürcüstandakı törəməsi maliyyə vəziyyətini açıqlayıb
-
6 saat əvvəl
Nvidia-nın rəhbəri: Süni intellektə tələb həddindən artıq yüksəkdir, lakin kapital çatışmır
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
İnvestorlar üçün yeni istiqrazlar – İllik 15% gəlir, aylıq faiz ödənişi
-
8 saat əvvəl
Britaniya şirkəti Azərbaycanın Yaşıl Enerji Dəhlizinə sərmayə yatırmaq istəyir
- 8 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
"PAŞA Bank"ın Gürcüstandakı törəməsi maliyyə vəziyyətini açıqlayıb
Dünyanın ən böyük sərvət fondu 30 milyard dollar zərər edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avropaya Azərbaycan elektrik enerjisinin ixracı üçün yeni imkanlar müzakirə olunur – “Zhero” layihəyə maraq göstərir
Dövlət Fondu yeni məhsulunu təqdim etdi – Sahibkarlara 5%-dən başlayan faizlə 50 min manatadək kredit veriləcək
Husilər Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinə zərbə endirib
Rabalon Microsoft texnologiyaları ilə bizneslərə yeni imkanlar açır
Çin şirkəti Azərbaycanda 200 MVt gücündə dəniz külək elektrik stansiyası tikmək imkanlarını araşdırır
Türkiyə Mərkəzi Bankı faiz dərəcəsini aşağı saldı

























