Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər
Nazirlər Kabineti Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan bir sıra müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi haqqında qərar qəbul edib.
Bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Qərara əsasən, Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində fəaliyyət göstərəcək Mənzil-kommunal Təsərrüfatı, Lift Təsərrüfatı, İşıqlandırma Təsərrüfatı və Yaşıllaşdırma Təsərrüfatı müəssisələrinin nümunəvi strukturu və ştat vahidləri təsdiqlənib.
Sənədə əsasən, bu müəssisələrin nizamnamə kapitalı Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində müvafiq sahələr üzrə xidmət göstərən mövcud qurumların əmlakı hesabına formalaşdırılacaq.
Qərara görə, Bakı Şəhər İcra Hakimiyyəti üç ay müddətində tabeliyində olan mənzil-kommunal, lift, işıqlandırma və yaşıllaşdırma təsərrüfatı sahələrində fəaliyyət göstərən qurumların bazasında məhdud məsuliyyətli cəmiyyət (MMC) statusunda müvafiq müəssisələrin yaradılması ilə bağlı təkliflərini Nazirlər Kabinetinə təqdim etməlidir. Həmçinin müəssisələrin nizamnamələri hazırlanmalı, təsdiq olunması üçün zəruri tədbirlər görülməli, struktur və ştat vahidləri təsdiqlənərək Nazirlər Kabinetinə məlumat verilməlidir.
Bundan əlavə, Bakı Şəhər İcra Hakimiyyəti yeni yaradılacaq müəssisələrin işçilərinin aylıq vəzifə maaşlarını dövlət büdcəsindən maliyyələşdirilən sahələr üçün müəyyən edilmiş Vahid Tarif Cədvəlinə uyğun müəyyən edəcək.
Qərara əsasən, Bakı Şəhər İcra Hakimiyyəti İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər aidiyyəti dövlət qurumları ilə birlikdə Kosmik Agentliyin ("Azərkosmos") informasiya ehtiyatlarının və sistemlərinin imkanlarından istifadə etməklə Bakı şəhərində müntəzəm sanitar təmizlik aparılan ərazilərin və xidmət göstərilən yaşıllıq sahələrinin həcmini müəyyən etməli, əldə olunan məlumatları Maliyyə Nazirliyinə təqdim etməlidir.
Sənəddə həmçinin qeyd olunub ki, qərara dəyişikliklər Prezidentin 6 oktyabr 2023-cü il tarixli fərmanı ilə təsdiq edilmiş "İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə"yə uyğun edilə bilər.
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
5 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
3 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
-
- 3 gün sonra
-
6 saat əvvəl
Vens: Rusiya və Ukrayna danışıqlar masasına oturmağa razılaşıb
-
6 saat əvvəl
"PAŞA Bank"ın Gürcüstandakı törəməsi maliyyə vəziyyətini açıqlayıb
-
6 saat əvvəl
Nvidia-nın rəhbəri: Süni intellektə tələb həddindən artıq yüksəkdir, lakin kapital çatışmır
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
İnvestorlar üçün yeni istiqrazlar – İllik 15% gəlir, aylıq faiz ödənişi
-
8 saat əvvəl
Britaniya şirkəti Azərbaycanın Yaşıl Enerji Dəhlizinə sərmayə yatırmaq istəyir
- 8 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
"PAŞA Bank"ın Gürcüstandakı törəməsi maliyyə vəziyyətini açıqlayıb
Dünyanın ən böyük sərvət fondu 30 milyard dollar zərər edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avropaya Azərbaycan elektrik enerjisinin ixracı üçün yeni imkanlar müzakirə olunur – “Zhero” layihəyə maraq göstərir
Dövlət Fondu yeni məhsulunu təqdim etdi – Sahibkarlara 5%-dən başlayan faizlə 50 min manatadək kredit veriləcək
Husilər Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinə zərbə endirib
Rabalon Microsoft texnologiyaları ilə bizneslərə yeni imkanlar açır
Çin şirkəti Azərbaycanda 200 MVt gücündə dəniz külək elektrik stansiyası tikmək imkanlarını araşdırır
Türkiyə Mərkəzi Bankı faiz dərəcəsini aşağı saldı

























