Ümumdünya Gömrük Təşkilatının Baş katibi Abşeron Logistika Mərkəzini ziyarət edib
Azərbaycanda ilk dəfə səfərdə olan Ümumdünya Gömrük Təşkilatının Baş katibi Yan Sanders Abşeron Logistika Mərkəzini ziyarət edib. Görüşdə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırov da iştirak edib.
Səfər çərçivəsində nümayəndə heyətinə Abşeron Logistika Mərkəzinin logistika və terminal xidmətləri, multimodal tranzit yükdaşımaların təşkili və gömrük əməliyyatlarının səmərəli idarə olunması barədə məlumat təqdim olunub.
Görüşdə Abşeron Logistika Mərkəzində istifadə olunan rəqəmsal həllər və dövlət qurumları ilə qarşılıqlı fəaliyyət mexanizmləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, “bir pəncərə” sistemi Dövlət Gömrük Komitəsi və Azərbaycan Dəmir Yollarının informasiya sistemləri ilə inteqrasiya olunaraq gömrük və logistika proseslərinin vahid platforma üzərindən operativ, şəffaf və səmərəli idarə edilməsini təmin edir.
Nümayəndə heyəti Mərkəzin ərazisində fəaliyyət göstərən Abşeron Gömrük Postu və “Abşeron” yük dəmiryolu stansiyası, eləcə də gömrük və logistika əməliyyatlarının vahid ərazidə koordinasiyalı şəkildə təşkili ilə yaxından tanış olub. Bununla yanaşı, müasir anbar kompleksi və “Biznes Park Abşeron” Özəl Sənaye Məhəlləsinin fəaliyyət imkanları da təqdim olunub. Görüş çərçivəsində vurğulanıb ki, Mərkəzdə logistika, istehsal və gömrük xidmətlərinin inteqrasiya olunmuş ekosistem çərçivəsində təqdim edilməsi biznes proseslərinin səmərəliliyini artırmaqla yanaşı, Azərbaycanın regional tranzit və logistika habı kimi mövqeyinin möhkəmlənməsinə xidmət edir.
Səfər Azərbaycanın gömrük və logistika sahəsində tətbiq etdiyi müasir yanaşmaların, rəqəmsal transformasiya istiqamətində həyata keçirilən tədbirlərin və dövlət-özəl sektor əməkdaşlığının beynəlxalq səviyyədə təqdim edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, Azərbaycanın Orta Dəhliz, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafına verdiyi töhfə, regional və qlobal ticarət əlaqələrinin möhkəmləndirilməsində ölkənin strateji rolunu bir daha nümayiş etdirir.
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
5 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
3 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
-
- 3 gün sonra
-
7 saat əvvəl
Vens: Rusiya və Ukrayna danışıqlar masasına oturmağa razılaşıb
-
7 saat əvvəl
"PAŞA Bank"ın Gürcüstandakı törəməsi maliyyə vəziyyətini açıqlayıb
-
8 saat əvvəl
Nvidia-nın rəhbəri: Süni intellektə tələb həddindən artıq yüksəkdir, lakin kapital çatışmır
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
İnvestorlar üçün yeni istiqrazlar – İllik 15% gəlir, aylıq faiz ödənişi
-
9 saat əvvəl
Britaniya şirkəti Azərbaycanın Yaşıl Enerji Dəhlizinə sərmayə yatırmaq istəyir
- 9 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
"PAŞA Bank"ın Gürcüstandakı törəməsi maliyyə vəziyyətini açıqlayıb
Dünyanın ən böyük sərvət fondu 30 milyard dollar zərər edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avropaya Azərbaycan elektrik enerjisinin ixracı üçün yeni imkanlar müzakirə olunur – “Zhero” layihəyə maraq göstərir
Dövlət Fondu yeni məhsulunu təqdim etdi – Sahibkarlara 5%-dən başlayan faizlə 50 min manatadək kredit veriləcək
Husilər Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinə zərbə endirib
Rabalon Microsoft texnologiyaları ilə bizneslərə yeni imkanlar açır
Çin şirkəti Azərbaycanda 200 MVt gücündə dəniz külək elektrik stansiyası tikmək imkanlarını araşdırır
Türkiyə Mərkəzi Bankı faiz dərəcəsini aşağı saldı
























