Azərbaycan Rusiyadan idxalı 810 milyon dollar və ya 42% azaldıb
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb. Rusiya Azərbaycanın 3-cü ən böyük ticarət tərəfdaşı mövqeyindən 5-ci yerə düşüb.2026-cı ilin ilk 6 ayında Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi 791,9 milyon dollar və ya 31,4% azalaraq 1 milyard 728,3 milyon dollara düşüb.
Marja.az Dövlət Gömrük Komitəsinin xarici ticarət üzrə gömrük statistikasına istinadən xəbər verir ki, Rusiyanın ümumi dövriyyədəki payı 10,33%-dən 7,01%-ə geriləyib. Nəticədə Rusiya Azərbaycanın üçüncü ən böyük ticarət tərəfdaşı mövqeyindən beşinci yerə düşüb.
2026-cı ilin ilk 6 ayında ötən ilin eyni dövrü ilə müqayisədə Rusiyaya ixrac isə 3,1% artaraq 608,6 milyon dollar olub.
Rusiyadan idxal isə 810 milyon dollar və ya 42% azalaraq 1 milyard 119,7 milyon dollara düşüb. Rusiyanın idxaldakı payı 16,75%-dən 13,42%-ə geriləyib və ölkə ikinci yerdən üçüncü yerə enib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
-
1 gün sonra
ABB Invest ilə “Prior Leasing” istiqrazlarından illik 15% gəlir fürsəti ®
-
4 saat əvvəl
Azərbaycan aviaşirkəti yarım ili 205 milyon manat xalis mənfəətlə başa vurub
-
4 saat əvvəl
“Legion Financial” kütləvi təkliflə istiqraz buraxılışını müzakirə edəcək
-
4 saat əvvəl
Avropanın bank sektorunda nəhəng satınalmaya yaşıl işıq – 45 milyard avroluq əməliyyat
-
4 saat əvvəl
Kreml: Çində Putin və Tramp arasında ikitərəfli görüş üzərində iş gedir
-
4 saat əvvəl
Tramp: Putin Ukrayna məsələsində mövqeyini yumşaldır, güzəştlərə gedir
- 5 saat əvvəl
-
5 saat əvvəl
Manat əmanətlərinin faiz gəlirinə vergi - 18 aylıq manat əmanətlərində vergi güzəşti bitir
-
6 saat əvvəl
Ədliyyə işçilərinə özəl – 3% ENDİRİMLİ, KOMİSSİYASIZ KREDİT ®
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
Ən çox oxunanlar
Bakıda bal yarmarkasının tarixi və yeri dəyişdirilib
Manat əmanətlərinin faiz gəlirinə vergi - 18 aylıq manat əmanətlərində vergi güzəşti bitir
Ədliyyə işçilərinə özəl – 3% ENDİRİMLİ, KOMİSSİYASIZ KREDİT ®
96 yaşlı milyarderdən böyük qərar – 5,5 milyard dollarını ianə etdi
Nvidia-da Jensen Huanqın geri qayıtması çağırışları güclənir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Yapı Kredi Bank Azərbaycan” Hüquq Büro xidməti satın alır – TENDER





















