Unibank “Dayanıqlılıq / ESG” nominasiyası üzrə regionda birinci oldu
(®) Unibank SME Banking Council 2026- Mərkəzi Asiya tədbiri çərçivəsində keçirilən regional reytinqdə “Sustainability / ESG” nominasiyası üzrə birinci yeri tutub.
Reytinq nəticələrinə əsasən, Unibank yalnız Azərbaycanı təmsil edən banklar arasında deyil, ümumilikdə region üzrə “Dayanıqlılıq” (Sustainability / ESG) istiqamətində ən yüksək nəticə göstərərək lider olub. Bank bu nominasiya üzrə yüksək bal toplayaraq, Qazaxıstan, Qırğızıstan və Özbəkistan banklarını qabaqlayıb.
“SME Banking Club" beynəlxalq platformasının araşdırmalarına əsasən, banklar bir neçə istiqamət üzrə qiymətləndirilib. Sustainability / ESG nominasiyasında qiymətləndirmə bankların dayanıqlılıq strategiyası, ESG yanaşması, dayanıqlı maliyyə həlləri, şəffaflıq, təqdimat və ekspert dəyərləndirməsi əsasında aparılıb.
“Unibank”ın bu uğuru Bankın son illərdə dayanıqlılıq sahəsində sistemli şəkildə həyata keçirdiyi işlərin nəticəsi kimi qiymətləndirilir. Bank dayanıqlılığı sadəcə sosial məsuliyyət istiqaməti kimi deyil, strateji idarəetmənin və biznes qərarlarının ayrılmaz hissəsi kimi qəbul edir. Bu yanaşma bankın yeni inkişaf mərhələsində əsas prioritetlərindən biridir.
Bankın dayanıqlılıq strategiyası və bu istiqamətdə görülən işlər haqqında daha ətraflı bankın rəsmi saytından (https://unibank.az/az/sustain/index) məlumat almaq olar.
Unibank — Sənin Bankın!
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
5 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
3 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
-
- 3 gün sonra
-
11 saat əvvəl
Vens: Rusiya və Ukrayna danışıqlar masasına oturmağa razılaşıb
-
11 saat əvvəl
"PAŞA Bank"ın Gürcüstandakı törəməsi maliyyə vəziyyətini açıqlayıb
-
11 saat əvvəl
Nvidia-nın rəhbəri: Süni intellektə tələb həddindən artıq yüksəkdir, lakin kapital çatışmır
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
İnvestorlar üçün yeni istiqrazlar – İllik 15% gəlir, aylıq faiz ödənişi
-
13 saat əvvəl
Britaniya şirkəti Azərbaycanın Yaşıl Enerji Dəhlizinə sərmayə yatırmaq istəyir
- 13 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
"PAŞA Bank"ın Gürcüstandakı törəməsi maliyyə vəziyyətini açıqlayıb
Dünyanın ən böyük sərvət fondu 30 milyard dollar zərər edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avropaya Azərbaycan elektrik enerjisinin ixracı üçün yeni imkanlar müzakirə olunur – “Zhero” layihəyə maraq göstərir
Dövlət Fondu yeni məhsulunu təqdim etdi – Sahibkarlara 5%-dən başlayan faizlə 50 min manatadək kredit veriləcək
Husilər Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinə zərbə endirib
Rabalon Microsoft texnologiyaları ilə bizneslərə yeni imkanlar açır
Çin şirkəti Azərbaycanda 200 MVt gücündə dəniz külək elektrik stansiyası tikmək imkanlarını araşdırır
Türkiyə Mərkəzi Bankı faiz dərəcəsini aşağı saldı
























