Rabitəbank Milli Mətbuat Günü münasibətilə media nümayəndələri ilə görüş keçirib
(®) Milli Mətbuat Günü münasibətilə Rabitəbank media nümayəndələri üçün xüsusi görüş təşkil edib. Tədbirin məqsədi media nümayəndələri ilə uzunmüddətli tərəfdaşlıq münasibətlərini daha da möhkəmləndirmək, Bankın strateji inkişaf istiqamətləri, rəqəmsal transformasiya prosesi və gələcək hədəfləri barədə məlumat vermək olub.
Tədbirdə Rabitəbankın İdarə Heyətinin sədri Aydın Hüseynov çıxış edərək Bankın strateji inkişaf planı, gələcəyə baxışı, missiyası və qarşıdakı dövr üçün müəyyən edilmiş prioritet istiqamətlər barədə ətraflı məlumat verib. O, media ilə açıq və şəffaf kommunikasiyanın Bank üçün mühüm əhəmiyyət daşıdığını vurğulayaraq peşəkar jurnalistikanın cəmiyyətin obyektiv məlumatlandırılmasındakı rolunu yüksək qiymətləndirib.
Daha sonra Rabitəbankın İdarə Heyətinin sədrinin 1-ci müavini Orhan Gültekin Bankın satış strategiyası, inkişaf prioritetləri, məhsul portfeli və müxtəlif iqtisadi sektorlar üzrə yanaşmaları haqqında təqdimatla çıxış edib.
Tədbir çərçivəsində Rabitəbankın Marketinq departamentinin direktoru Şəmi Əliyev Bankın marketinq yanaşması, brend strategiyası və müştəri təcrübəsinin inkişafı istiqamətində həyata keçirilən təşəbbüslər barədə məlumat verib. O bildirib ki, müasir marketinq yalnız məhsul və xidmətlərin təqdimatı ilə məhdudlaşmır, eyni zamanda müştərilərlə uzunmüddətli etimadın qurulması, innovativ həllərin əlçatan edilməsi və güclü kommunikasiya mühitinin formalaşdırılması deməkdir.
Rəqəmsal transformasiya istiqamətində həyata keçirilən layihələr barədə isə Proseslərin avtomatlaşdırılması və rəqəmsallaşma departamentinin direktoru Nihad Tağızadə təqdimat edib. Təqdimatda Bankın rəqəmsallaşma strategiyası, Kartmane Junior tətbiqi, Kartmane Junior kartı, Gamer Kart, İnvest modulu və digər innovativ məhsullar haqqında ətraflı məlumat verilib.
Proqram çərçivəsində media nümayəndələri Rabitəbankın Baş Ofisi ilə yaxından tanış olub, müxtəlif struktur bölmələrin fəaliyyəti, iş prinsipləri və müasir iş mühiti barədə məlumat əldə ediblər. Tədbir interaktiv müzakirələrlə davam edib, media nümayəndələrinin sualları cavablandırılıb, Bankın rəhbər heyəti ilə fikir mübadiləsi aparılıb. Görüşün sonunda qonaqlara korporativ hədiyyələr təqdim olunub və qeyri-rəsmi ünsiyyət formatında şam yeməyi təşkil edilib.
Məlumat üçün bildirək ki, “Rabitəbank” ASC 1993-cü ildən etibarən fəaliyyət göstərir və “Rahat bankçılıq” konsepsiyası əsasında müştərilərinə müasir və əlçatan maliyyə xidmətləri təqdim edir. Bankın nizamnamə kapitalı 101,3 milyon manatdır. Ölkə üzrə geniş filial şəbəkəsi, rəqəmsal bankçılıq həlləri və peşəkar komandası ilə Rabitəbank müştərilərinə dəyər yaradan xidmətlər təqdim etməyə davam edir. Bankın əsas səhmdarları “Azərbaycan Banklar Assosiasiyası”nın prezidenti Nuriyev Zakir Əlibala oğlu və iş adamı, sahibkar Əliyev Rauf Zeynal oğludur.
Hal-hazırda “Rabitəbank” ASC 19 region və Bakı şəhəri üzrə ümumilikdə 31 xidmət məntəqəsi, 78 ATM-i, “Rabita Mobile”, “Rabita Junior” və “Rabita Business” tətbiqləri, İnternet Bankçılıq platforması və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
5 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
3 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
-
- 3 gün sonra
-
6 saat əvvəl
Vens: Rusiya və Ukrayna danışıqlar masasına oturmağa razılaşıb
-
6 saat əvvəl
"PAŞA Bank"ın Gürcüstandakı törəməsi maliyyə vəziyyətini açıqlayıb
-
6 saat əvvəl
Nvidia-nın rəhbəri: Süni intellektə tələb həddindən artıq yüksəkdir, lakin kapital çatışmır
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
İnvestorlar üçün yeni istiqrazlar – İllik 15% gəlir, aylıq faiz ödənişi
-
8 saat əvvəl
Britaniya şirkəti Azərbaycanın Yaşıl Enerji Dəhlizinə sərmayə yatırmaq istəyir
- 8 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
"PAŞA Bank"ın Gürcüstandakı törəməsi maliyyə vəziyyətini açıqlayıb
Dünyanın ən böyük sərvət fondu 30 milyard dollar zərər edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avropaya Azərbaycan elektrik enerjisinin ixracı üçün yeni imkanlar müzakirə olunur – “Zhero” layihəyə maraq göstərir
Dövlət Fondu yeni məhsulunu təqdim etdi – Sahibkarlara 5%-dən başlayan faizlə 50 min manatadək kredit veriləcək
Husilər Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinə zərbə endirib
Rabalon Microsoft texnologiyaları ilə bizneslərə yeni imkanlar açır
Çin şirkəti Azərbaycanda 200 MVt gücündə dəniz külək elektrik stansiyası tikmək imkanlarını araşdırır
Türkiyə Mərkəzi Bankı faiz dərəcəsini aşağı saldı























