CFI-dan rekord nəticələr: II rübdə 3.03 trilyon və ilin ilk yarısında 5.34 trilyon dollarlıq ticarət həcmi
(®) CFI Financial Group Azərbaycandakı uğurlu fəaliyyəti ilə yanaşı, qlobal miqyasda da sabit böyüməsini davam etdirir. Qrup ilk yarımilin nəticələrini açıqlayaraq növbəti tarixi rekorda imza atıb.
CFI Financial Group Azərbaycan-ın yaydığı məlumatda bildirilir:
- CFI tarixinin ən uğurlu rübünü tamamlayaraq ilin ilk yarısındakı ticarət həcmini 5.34 trilyon dollara çatdırdı. Qeyd edək ki, bu, Qrupun fəaliyyət dövründəki ən yüksək 6 aylıq göstəricidir.
- Müştəri fəallığında sürətli artım davam etdi, aktiv müştərilərin sayı isə illik müqayisədə 8.4 % yüksəldi.
- Qrup Braziliyada rəsmi tənzimləyici lisenziya əldə etdi, əsas bazarlarda məhsul çeşidini genişləndirdi, həmçinin şəffaflıq, innovasiya və iş yeri mükəmməlliyinə görə beynəlxalq səviyyədə tanındı.
Onlayn ticarət xidmətləri sahəsində qlobal lider olan CFI Financial Group, 2026-cı ilin ilk yarısında şirkət tarixinin ən güclü maliyyə nəticələrini nümayiş etdirdi. Qlobal bazarlarda müşahidə olunan yüksək müştəri fəallığı və intensiv ticarət dinamikası ilin ilk altı ayında ümumi ticarət həcmini 5.34 trilyon ABŞ dollarına yüksəltdi. Bu göstərici CFI-ın diversifikasiya olunmuş platformasının gücünü, böyüyən müştəri bazasını və texnologiyaya, yeni məhsullara, eləcə də müştəri təcrübəsinə yatırılan ardıcıl sərmayələrin səmərəliliyini əks etdirir.
Yalnız 2026-cı ilin ikinci rübündə ticarət həcmi 3.03 trilyon ABŞ dollarına çatdı ki, bu da birinci rüblə müqayisədə 31 %, ötən ilin analoji dövrü ilə müqayisədə isə 101 % artım deməkdir. Müştərilərin bazarda yüksək fəallığı fonunda ilin ilk yarısı üzrə ümumi ticarət dövriyyəsi 5.34 trilyon ABŞ dolları təşkil etdi.
İkinci rübün nəticələrinə ümumi baxış
Bu uğur qlobal bazarlarda davam edən müştəri fəallığı, müxtəlif aktiv sinifləri üzrə yüksək tələb və CFI ticarət platformalarının daha geniş kütlə tərəfindən mənimsənilməsi ilə dəstəklənərək Qrupun biznes modelinin dayanıqlığını və diversifikasiyasını bir daha sübut etdi.
Aktiv müştəri bazasının illik müqayisədə 8.4 % artması CFI-a olan müştəri etimadının sarsılmazlığını göstərir. İkinci rüb ərzində ticarət aktivliyi müxtəlif aktiv sinifləri üzrə paylandı; ən yüksək tələb metallar üzrə qeydə alındı, ardınca isə fond indekslərində aktivlik artımı müşahidə olundu.
“CFI Financial Group”un Baş İcraçı Direktoru Ziad Melhəm bildirib: "Bu nəticələrin əhəmiyyəti təkcə rəqəmlərlə ölçülmür. Hər bir nailiyyətin arxasında bizə etibar etməyə davam edən müştərilərimiz, tərəfdaşlarımız və fəaliyyət göstərdiyimiz bütün bazarlardakı komandalarımız dayanır. Tariximizin ən güclü ilk yarımili bu əlaqələrin möhkəmliyini və müştərilərimizin hər gün platformamıza göstərdiyi etimadı sübut edir. Əldə etdiyimiz hər bir uğur müştərilərimizin bizdən gözlədiyi yüksək standartları təmin etmək üçün insan kapitalımıza, texnologiyamıza və infrastrukturumuza sərmayələri davam etdirməyə qarşı olan məsuliyyətimizi daha da artırır. Qazandığımız nailiyyətlərlə qürur duysaq da, əsas diqqətimizi qarşıdakı illərin sağlam təməlini qurmağa yönəltmişik."
- Rüb ərzində CFI platformalarında ticarət fəallığı yeni zirvəyə ucaldı:
- İllik müqayisədə 74 % artımla 42.47 milyondan çox əməliyyat icra olundu.
Ticarət aktivliyinin böyük əksəriyyəti mobil platformalar vasitəsilə həyata keçirildi ki, bu da mobil cihazların müştəri fəallığındakı əsas rolunu bir daha təsdiqləyir.
Qlobal platformanın genişləndirilməsi
İkinci rüb CFI üçün yeni bazarlara giriş və məhsul çeşidinin zənginləşdirilməsi ilə xarakterizə olunan növbəti böyümə mərhələsi oldu.Rüb ərzində CFI coğrafi mövqeyini və məhsul portfelini genişləndirməyə davam etdi. Qrup Kolumbiyadakı uğurlu fəaliyyətindən sonra Latın Amerikasındakı mövqeyini daha da möhkəmləndirərək Braziliyada rəsmi tənzimləyici lisenziya əldə etdi. Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) CFI DFM və ADX birjaları üzrə yerli səhmlərin ticarətini istifadəyə verdi, Bəhreyndə isə rəsmi tənzimləyici icazəsindən sonra məhsul portfelinə tənzimlənən rəqəmsal aktivləri daxil etdi.
Bu böyüməni dəstəkləyən əsas amil CFI-ın genişlənən qlobal əməliyyat şəbəkəsidir. Qrupun Malayziyadakı Qlobal Texnologiya Mərkəzi durmadan böyüyərək beynəlxalq əməliyyatlar üzrə müştəriləri dəstəkləyən mühəndislik, məhsul və texnologiya imkanlarını daha da gücləndirdi.
Bu gün CFI qlobal miqyasla yerli bazar təcrübəsini birləşdirərək 15 tənzimlənən fəaliyyət qurumu və 48 milliyyəti təmsil edən 700-dən çox peşəkar əməkdaşı ilə xidmət göstərməyə davam edir.
İş mühitində mükəmməllik və beynəlxalq mükafatlar
Qrupun uğurlu göstəriciləri insan kapitalına edilən ardıcıl sərmayələrlə müşayiət olundu. Rüb ərzində CFI, “Great Place To Work® Middle East” tərəfindən BƏƏ, Küveyt və Bəhreyndə “2026-cı İlin Ən Yaxşı İş Yerləri” (Best Workplaces™) siyahısına daxil edilərək hər üç ölkə üzrə top 30 şirkət arasında yer aldı.
Bu uğur CFI-ın üç qitədə ardıcıl üçüncü il əldə etdiyi “Great Place To Work®” sertifikatının davamıdır. Eyni zamanda, şirkətin əməkdaşların peşəkar inkişafı, komanda ruhu və karyera yüksəlişi üçün yaratdığı sağlam iş mühitinin növbəti sübutudur.
Bundan əlavə, Qrup “World Finance Forex Awards” tərəfindən iki nüfuzlu mükafata layiq görüldü: “2026-cı İlin Ən Şəffaf FX Brokeri” və “2026-cı İlin Ən Yaxşı Mobil Ticarət Tətbiqi”.
Gələcək hədəflər
CFI 2026-cı ilin ikinci yarısına yeni bazarlara çıxış, məhsul sırasını genişləndirmək və ticarət ekosisteminin texnoloji altyapısını gücləndirmək planları ilə daxil olur.
İlin ilk yarısındakı yüksək dinamikanı qoruyan Qrup, müştərilər üçün vacib olan əsas sahələrə — yeni məhsullara, platforma imkanlarına və onları dəstəkləyən infrastruktura investisiya yatırmağa davam edəcək.
CFI haqqında
1998-ci ildə təməli qoyulan CFI Financial Group, 25 ildən artıq təcrübəsi ilə MENA (Yaxın Şərq və Şimali Afrika) regionunun aparıcı onlayn ticarət brokeridir. London, Əbu-Dabi, Dubay, Keyptaun, Bakı, Beyrut, Əmman, Qahirə və Boqota kimi strateji mərkəzlərdən fəaliyyət göstərən şirkət, həm qlobal, həm də yerli bazarlara rahat çıxış imkanı yaradır. Səhmlər, valyutalar, əmtəələr və digər maliyyə alətləri üzrə geniş ticarət imkanları təklif edən CFI; sıfır spred, komissiyasız ticarət və ultra-sürətli icra kimi üstün şərtlər təqdim edir.
CFI Azərbaycan 2024-cü ilin noyabrından etibarən CFI Financial Group-un tərkibində, Azərbaycan Respublikasının Mərkəzi Bankının lisenziyası əsasında fəaliyyət göstərir. Şirkət CFI Financial Group-un qlobal siyasət və yanaşmasını yerli bazara uyğun tətbiq edərək beynəlxalq investisiya təcrübəsini Azərbaycan kapital bazarına gətirməyi, maliyyə savadlılığının inkişafına töhfə verməyi və istifadəçilərin qlobal maliyyə bazarlarına çıxışını daha əlçatan etməyi hədəfləyir.
Hər təcrübə səviyyəsindən olan treyderlər üçün sadə və müasir həllər yaradan CFI, çoxdilli tədris materialları vasitəsilə maliyyə savadlılığının artırılmasına dəstək olur. Şirkət FIBA WASL, “MI Cape Town” kriket komandası, həmçinin Əbu-Dabi Mədəniyyət və Turizm Departamenti kimi qlobal qurumlarla tərəfdaşlıq edərək mükəmməlliyə ilham verir. Formula 1™ üzrə 7 dəfə dünya çempionu Ser Lyuis Hemilton və tennis əfsanəsi Mariya Şarapovanın qlobal brend səfiri olduğu CFI, innovasiya, yüksek performans və uğur prinsiplərinə sadiqliyini nümayiş etdirməklə yanaşı, dənizlərarası mədəni və sosial təşəbbüslərə dəstək göstərir.
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
5 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
3 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
-
- 3 gün sonra
-
7 saat əvvəl
Vens: Rusiya və Ukrayna danışıqlar masasına oturmağa razılaşıb
-
7 saat əvvəl
"PAŞA Bank"ın Gürcüstandakı törəməsi maliyyə vəziyyətini açıqlayıb
-
8 saat əvvəl
Nvidia-nın rəhbəri: Süni intellektə tələb həddindən artıq yüksəkdir, lakin kapital çatışmır
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
İnvestorlar üçün yeni istiqrazlar – İllik 15% gəlir, aylıq faiz ödənişi
-
9 saat əvvəl
Britaniya şirkəti Azərbaycanın Yaşıl Enerji Dəhlizinə sərmayə yatırmaq istəyir
- 9 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
"PAŞA Bank"ın Gürcüstandakı törəməsi maliyyə vəziyyətini açıqlayıb
Dünyanın ən böyük sərvət fondu 30 milyard dollar zərər edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avropaya Azərbaycan elektrik enerjisinin ixracı üçün yeni imkanlar müzakirə olunur – “Zhero” layihəyə maraq göstərir
Dövlət Fondu yeni məhsulunu təqdim etdi – Sahibkarlara 5%-dən başlayan faizlə 50 min manatadək kredit veriləcək
Husilər Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinə zərbə endirib
Rabalon Microsoft texnologiyaları ilə bizneslərə yeni imkanlar açır
Çin şirkəti Azərbaycanda 200 MVt gücündə dəniz külək elektrik stansiyası tikmək imkanlarını araşdırır
Türkiyə Mərkəzi Bankı faiz dərəcəsini aşağı saldı





















