İran ABŞ hücumları dayandırdığı müddətdə cavab zərbələrini dayandıracağını bəyan edib – Neft 5% ucuzlaşıb
İranın ABŞ-nin hərbi əməliyyatlara verdiyi fasilə davam etdiyi müddətdə hücumları dayandıracağını bildirməsindən sonra neft qiymətləri aşağı düşüb.
Marja.az “Reuters” agentliyinə istinadən xəbər , İran ABŞ-nin də zərbələr endirməkdən çəkindiyi müddətdə hücumları dayandıracağını bildirib.
Təxminən iki həftədir davam edən və getdikcə şiddətlənən münaqişə ilə bağlı narahatlıqların azalması fonunda neft qiymətləri geriləyib.
Sentyabrda tədarük ediləcək “Brent” markalı neftin fyuçerslərinin qiyməti 4,88% azalaraq bir barel üçün təxminən 92 dollara düşüb. ABŞ-nin Qərbi Texas nefti – WTI üzrə sentyabr fyuçersləri də 5%-dən çox ucuzlaşaraq 84,84 dollara enib.
“Reuters” bazar günü yüksək vəzifəli İran rəsmisinə istinadən xəbər verib ki, Tehran ABŞ-nin də zərbələrdən çəkindiyi müddətdə hücumları dayandırmağa hazırdır.
Hərbi əməliyyatlarda fasilə Vaşinqtonun bombardman kampaniyasını dayandırmaq qərarından sonra yaranıb. Məlumata görə, ABŞ Prezidenti Donald Trampın müşavirləri ordunun zərbə endirmək üçün yararlı hədəflərinin tükənmək üzrə olduğu barədə xəbərdarlıq edib və ABŞ-nin silah ehtiyatlarının azalması ilə bağlı narahatlıqlarını ifadə ediblər.
İran rəsmisinin sözlərinə görə, Tehranın mövqeyi dəyişməz olaraq qalır:
“Prinsipimiz "hücuma hücumla cavab verməkdir". Hücumlar dayanarsa, İran da əməliyyatlarını dayandıracaq. Bu mesaj artıq ABŞ-yə çatdırılıb”.
ABŞ-nin BMT-dəki səfiri Mayk Uolts “Fox News Sunday” proqramında bildirib ki, Tramp diplomatik səylərin davam etdirilməsinə imkan yaratmaq üçün zərbələrə fasilə vermək qərarına gəlib.
HSBC-nin ABŞ faiz dərəcələri üzrə strateqi Dhiraj Narula bildirib ki, neftin bahalaşması Federal Ehtiyatlar Sisteminin (FED) sərt pul siyasətini daha uzun müddət davam etdirməli olacağına dair gözləntiləri yenidən gücləndirib. Bununla belə, enerji qiymətlərindəki artıma baxmayaraq, inflyasiya gözləntilərinin nisbətən nəzarətdə qaldığını qeyd edib.
Narulanın fikrincə, buna səbəb FED rəsmilərinin qiymət sabitliyinə sadiqlikləri barədə daha qətiyyətli mesajlar verməsidir. Bu yanaşma neft qiymətlərindəki şokun uzunmüddətli inflyasiya gözləntilərinə təsir etməsinin qarşısını alıb.
“Tramp İrana qarşı yeni hücum istəmir”
ABŞ Prezidenti Donald Trampın orduya İrana qarşı yeni hücum həyata keçirməmək barədə göstəriş verdiyi iddia olunur.
“Axios” xəbər saytına adlarının açıqlanmasını istəməyən iki məlumatlı mənbənin bildirdiyinə görə, Prezident Tramp cümə günü İrana qarşı əlavə hücum planlarını təsdiqləməyib və orduya bu ölkəyə yeni hava zərbələri endirməmək barədə göstəriş verib.
Mənbələr, digər tərəfdən, ABŞ ordusunun genişmiqyaslı döyüş əməliyyatlarına mümkün qayıdış üçün planlaşdırma işlərini davam etdirdiyini bildiriblər.
Xəbərdə qeyd olunub:
“Trampın qərarı həm diplomatiyaya daha geniş imkan yaratmaq istəyini, həm də genişmiqyaslı döyüş əməliyyatlarına qayıdılmayacağı təqdirdə ABŞ-nin hazırkı hücum intensivliyinin effektivlik baxımından son həddə çatması reallığını əks etdirir”.
Tramp təxminən iki həftə ərzində hər gün ABŞ ordusunun təqdim etdiyi hücum planlarını təsdiqləyib. Həmin planlar Yaxın Şərqdə yerli vaxtla gecə yarısı radələrində icra olunub.
Trampın hücumların dayandırılması ilə bağlı göstərişinin birdəfəlik, yoxsa davamlı xarakter daşıdığı hələlik məlum deyil.
Cümə axşamı Vaşinqtonda Ağ Ev Müxbirləri Assosiasiyasının şam yeməyində çıxış edən Tramp İranın hazırda razılaşma əldə etməyə hazır olmadığını bildirmişdi.
Trampın İrana qarşı yeni hücum əmrini təsdiqləməməsi ilə Oman nümayəndə heyətinin Hörmüz Boğazının yenidən açılmasına dair danışıqlar aparmaq üçün Tehrana çatması təxminən eyni vaxta təsadüf edib.
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
5 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
3 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
-
- 3 gün sonra
-
20 d. əvvəl
İlon Mask 80 milyard dollar borcu olan media nəhənginə 1 milyard dollar yatırıb
- 31 d. əvvəl
- 43 d. əvvəl
-
52 d. əvvəl
PepsiCo və Taco Bell əməkdaşlığı 2036-cı ilə qədər uzadıb - KFC isə Coca-Cola-ya keçir
-
1 saat əvvəl
Netflix-in xalis mənfəəti 44 faiz artaraq 3,66 milyard dollara çatıb
-
13 saat əvvəl
Vens: Rusiya və Ukrayna danışıqlar masasına oturmağa razılaşıb
-
13 saat əvvəl
"PAŞA Bank"ın Gürcüstandakı törəməsi maliyyə vəziyyətini açıqlayıb
-
14 saat əvvəl
Nvidia-nın rəhbəri: Süni intellektə tələb həddindən artıq yüksəkdir, lakin kapital çatışmır
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
Netflix-in xalis mənfəəti 44% artıb, lakin səhmləri 6% ucuzlaşıb – Şirkət reklam gəlirləri üzrə proqnozunu azaldıb
PepsiCo və Taco Bell əməkdaşlığı 2036-cı ilə qədər uzadıb - KFC isə Coca-Cola-ya keçir
Netflix-in xalis mənfəəti 44 faiz artaraq 3,66 milyard dollara çatıb
Ən çox oxunanlar
Vens: Rusiya və Ukrayna danışıqlar masasına oturmağa razılaşıb
"PAŞA Bank"ın Gürcüstandakı törəməsi maliyyə vəziyyətini açıqlayıb
Nvidia-nın rəhbəri: Süni intellektə tələb həddindən artıq yüksəkdir, lakin kapital çatışmır
Dünyanın ən böyük sərvət fondu 30 milyard dollar zərər edib

























