Azərbaycanda “ZƏKA” Milli Süni İntellekt Mükafatı təqdim olunacaq
Azərbaycanda süni intellekt ekosisteminin inkişafına töhfə verəcək növbəti mühüm təşəbbüs həyata keçirilir. Ölkədə süni intellekt sahəsində innovativ layihələri, texnoloji həlləri, startapları və yaradıcı təşəbbüsləri üzə çıxarmağı, onların inkişafını təşviq etməyi və əldə olunan nailiyyətləri qiymətləndirməyi hədəfləyən “ZƏKA” Milli Süni İntellekt Mükafatı rəsmi olaraq təqdim olunur.
Layihə AmCham Azərbaycan, InnMedia, və Safaroff Agency-nin birgə təşkilatçılığı ilə həyata keçirilir.
Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası və 2026–2029-cu illər üçün Rəqəmsal İqtisadiyyatın İnkişafı Strategiyası çərçivəsində müəyyən edilmiş milli prioritetlərə uyğun olaraq təsis edilən “ZƏKA”, dövlət, özəl sektor, startap ekosistemi, akademik mühit və yaradıcı sənayelər arasında əməkdaşlığı təşviq edən vahid platforma rolunu oynayacaq.
“ZƏKA” Milli Süni İntellekt Mükafatının əsas məqsədi Azərbaycanda süni intellekt sahəsində formalaşan innovativ ideya və texnoloji həlləri üzə çıxarmaq, bu istiqamətin inkişafına töhfə verən şəxslərin, komandaların və təşkilatların fəaliyyətini tanıtmaq, əldə olunan nailiyyətləri qiymətləndirmək və qabaqcıl təşəbbüslərin inkişafını təşviq etməkdir. Dövlət qurumlarını, biznes ictimaiyyətini, startapları, akademik və tədqiqat mühitini, eləcə də investorları vahid platformada bir araya gətirən layihə sektorlararası dialoqun və bilik mübadiləsinin gücləndirilməsinə, yeni tərəfdaşlıqların qurulmasına və perspektivli təşəbbüslərin inkişaf imkanlarının genişləndirilməsinə xidmət edəcək. Bununla yanaşı, “ZƏKA” yerli süni intellekt ekosistemində əldə olunan nailiyyətlərin daha geniş auditoriyaya təqdim olunmasına və Azərbaycanın bu sahədə formalaşan potensialının beynəlxalq səviyyədə tanıdılmasına töhfə verməyi hədəfləyir.
Layihə Azərbaycan Respublikasının İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA), Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) və Milli Süni İntelekt Mərkəzi (MSİM) rəsmi dəstəyi ilə həyata keçirilir.
Mükafat aşağıdakı beş əsas nominasiya üzrə təqdim olunacaq:
- "İlin Hökumət Süni İntellekt Həlli" – dövlət xidmətlərinin keyfiyyəti, vətəndaşlara təsir, texnoloji innovasiya və effektivlik.
- "İlin Özəl Süni İntellekt Həlli" – kommersiya nəticələri, innovativlik, bazara təsir və texnoloji üstünlük.
- "İlin Süni İntellekt Startapı" – innovasiya potensialı, komanda, bazar perspektivləri və investisiya cəlbetmə.
- "İlin Süni İntellekt Yaradıcısı" – kreativ məzmun, AI alətlərindən istifadə, orijinallıq və ictimaiyyətə təsir.
- "Tech Xəbər Seçimi" – redaksiya heyətinin seçimi, AI sahəsinə xüsusi töhfə və yenilikçi yanaşma.
Müraciətlərin qəbulu
Müraciətlər 20 avqust – 15 sentyabr 2026 tarixləri ərzində qəbul olunacaq. Bütün nominasiyalar üzrə iştirak etmək istəyənlər layihənin təsvirini, texniki məlumatları, demo versiyanı və digər dəstəkləyici materialları www.aiawards.az internet saytı vasitəsilə onlayn formada təqdim edə bilərlər.
Ətraflı məlumat və müraciət üçün: www.aiawards.az
Sponsorluq və tərəfdaşlıq imkanları ilə bağlı [email protected] elektron poçt ünvanı vasitəsilə əlaqə saxlamaq mümkündür.
Müraciətlərin qiymətləndirilməsi yekunlaşdıqdan sonra "ZƏKA" – Milli Süni İntellekt Mükafatının qalibləri 15 oktyabr 2026-cı il tarixində keçiriləcək təntənəli Qala Mərasimində elan ediləcək və mükafatlandırılacaqlar.
Qeyd edək ki, layihənin media tərəfdaşları sırasında TechXəbər.az, AutoLife.az, InfoCity.Tech, Marja.az, Enerji FM, Netant və SMARTBEE yer alır.
“ZƏKA”nın illik əsasda təşkilinin ölkədə süni intellekt həllərinin daha geniş tətbiqinə, innovasiya yönümlü əməkdaşlıqların inkişafına, perspektivli layihələrin tanıdılmasına və Azərbaycanın regional innovasiya və texnologiya mərkəzi kimi mövqeyinin möhkəmləndirilməsinə davamlı töhfə verəcəyinə inanırıq.
Müştərilərin xəbərləri
Özbəkistan nümayəndə heyətinin "Prime Cotton"a səfəri çərçivəsində əməkdaşlıq imkanları müzakirə olunub
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
1 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
6 gün sonra
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
-
-
5 gün sonra
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Prezident İlham Əliyev Özbəkistanın ən böyük şəhərsalma layihəsi - “Yeni Daşkənd”lə tanış olub
-
5 saat əvvəl
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub
-
6 saat əvvəl
Azərbaycan və Özbəkistan ticarət dövriyyəsini 1 milyard dollara çatdıracaq – Proqram qəbul edildi
-
7 saat əvvəl
Hacıqabulda 80 milyon dollar sərmayə ilə avtomobil zavod tikilir - TAM İSTEHSAL OLACAQ
- 7 saat əvvəl
-
7 saat əvvəl
SOCAR Özbəkistanın pərakəndə yanacaq bazarına daxil olur – İlk 5 məntəqənin təməli qoyuldu
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
“Landau” sərhədləri aşdı – Özbəkistanda 2 yeni məktəb
Azərbaycan və Özbəkistan ticarət dövriyyəsini 1 milyard dollara çatdıracaq – Proqram qəbul edildi
Ən çox oxunanlar
Hacıqabulda 80 milyon dollar sərmayə ilə avtomobil zavod tikilir - TAM İSTEHSAL OLACAQ
"Bizə deyilənlərə görə, Ermənistan ərazisində tikinti ya bu ilin sonunda, ya da gələn ilin əvvəlində başlayacaq"
SOCAR Özbəkistanın pərakəndə yanacaq bazarına daxil olur – İlk 5 məntəqənin təməli qoyuldu
Əliyev və Mirziyoyev Azərbaycanın Özbəkistanda həyata keçirdiyi layihələrin açılış və təməlqoyma mərasimində iştirak ediblər
"500 milyon dollardan təxminən 160 milyonu artıq müəyyənləşdirilib"























