Kartdan-karta köçürmələrə SƏRT LİMİT – Gündə cəmi 5 əməliyyat!
Bank kartınıza pul gəlməyə də limit qoyuldu! Azərbaycanda bank kartlarına yeni limit – Avqustun 1-dən qüvvəyə minibAzərbaycanda bank kartları ilə kartdan-karta əməliyyatlara limit tətbiq edilib.
Məlumata görə, Azərbaycan Mərkəzi Bankı və kommersiya bankları arasında əldə edilmiş razılığa əsasən ölkədə kartla əməliyyatlara (“card-to-card”) limitlər tətbiq edilib.
Limitlər həm kartdan karta köçürülən vəsaitlərin məbləği və köçürmə əməliyyatlarının sayına, həm də ümumiyyətlə kartların sayına tətbiq edilib.
Hər gün yeni vakansiyalar - AzVak.az-da
Eləcə də, ödəniş kartları və elektron pul hesablarının sayı və elektron cihazlardan istifadə üzrə də yeni limitlərin tətbiqi nəzərdə tutulur.
Amma ictimaiyyəti maraqlandıran əsas limitlər kartdan karta köçürmələrlə bağlıdır.
Beləliklə, kart sahibi olan müştərilərin diqqətiqə diqqətinə çatdırılır ki, 1 avqust 2026-cı il tarixindən etibarən rəqəmsal ödənişlər sahəsində təhlükəsizliyin və şəffaflığın gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində kart əməliyyatları üzrə müəyyən dəyişikliklər tətbiq edilir.
Belə ki, kartlara mədaxil və kartdan karta köçürmələrdə bir gün ərzində maksimum 5 əməliyyat aparmaq mümkündür. Yəni kart sahibi hər gün öz karlı ilə 5 dəfə köçürmə edib, eyni qaydada 5 dəfə ödəniş ala bilər.

İyulun 20-də yerli mediada dərc edilən məlumatlardan birində Azərbaycanda kartdan karta köçürmələr, ödəniş kartları və elektron pul hesablarının sayı üzrə yeni limitlərin tətbiqi nəzərdə tutulduğu qeyd edilmişdi.
Bildirilmişdi ki, hazırlanmış “card-to-card” tipli ödəniş əməliyyatlarına dair şərtlər Azərbaycan Banklar Assosiasiyasının və Azərbaycan Fintex Assosiasiyasının üzv təşkilatlarına təqdim edilib.
Məlumata əsasən, yeni şərtlər rəqəmsal ödənişlər sahəsində fırıldaqçılıq hallarına qarşı mübarizənin gücləndirilməsi, vergi öhdəliklərindən yayınma və qanunsuz mərc oyunları ilə bağlı mümkün sui-istifadə hallarının qarşısının alınması, eləcə də ödəniş əməliyyatlarında şəffaflığın artırılması məqsədi daşıyır.
Təqdim edilən şərtlərə əsasən, karta mədaxil və kartdan köçürmə əməliyyatları üzrə gündəlik əməliyyat sayı 5 ilə məhdudlaşdırılır. Hər iki əməliyyat növü üzrə günlük məbləğ limiti tətbiq olunmur. Aylıq məbləğ limiti isə həm karta mədaxil, həm də kartdan köçürmə üzrə 20 min manat müəyyən edilir.
Bundan başqa, müştərinin öz kartları arasında, yaxın qohumların kartlarından mədaxil və ya yaxın qohumların kartlarına köçürmə əməliyyatları bu limitlərdən istisna edilə bilər. Sahibkarlıq hesabına bağlı kartlardan mədaxil və ya belə kartlara köçürmə də limitlərdən kənar saxlanıla biləcək.
Şərtlərdə həmçinin ödəniş kartlarının və elektron cüzdanların sayına dair limitlər də əksini tapıb. Milli valyutada əməkhaqqı, pensiya və digər sosial müavinətlər üçün nəzərdə tutulmuş kartlar, depozit kartları və onlayn ödənişlər üçün nəzərdə tutulmuş kartlar istisna olmaqla, hər məhsul üzrə 1 kart limiti müəyyən edilir. Hər bir xarici valyuta üzrə də hər məhsula 1 kart limiti tətbiq olunacaq.
Elektron cüzdanlar üzrə isə milli valyutada 2 elektron cüzdan, hər bir xarici valyuta üzrə 1 elektron cüzdan limiti nəzərdə tutulur.
Kartdan karta köçürmələrdə təyinatın qeyd olunması da tələb ediləcək. Bunun üçün “Mal alışı”, “Xidmətlərin alışı” və “Şəxsi və digər köçürmələr” olmaqla seçim siyahısı yaradılmalıdır. “Şəxsi və digər köçürmələr” seçildikdə minimum 10 simvoldan ibarət məcburi doldurulan xana olmalıdır. Köçürmə yalnız təyinatla bağlı şərtlər yerinə yetirildikdən sonra aktivləşməlidir.
© "FED", "Cashless"
Müştərilərin xəbərləri
Özbəkistan nümayəndə heyətinin "Prime Cotton"a səfəri çərçivəsində əməkdaşlıq imkanları müzakirə olunub
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
1 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
6 gün sonra
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
-
-
5 gün sonra
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Prezident İlham Əliyev Özbəkistanın ən böyük şəhərsalma layihəsi - “Yeni Daşkənd”lə tanış olub
-
6 saat əvvəl
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub
-
7 saat əvvəl
Azərbaycan və Özbəkistan ticarət dövriyyəsini 1 milyard dollara çatdıracaq – Proqram qəbul edildi
-
8 saat əvvəl
Hacıqabulda 80 milyon dollar sərmayə ilə avtomobil zavod tikilir - TAM İSTEHSAL OLACAQ
- 8 saat əvvəl
-
8 saat əvvəl
SOCAR Özbəkistanın pərakəndə yanacaq bazarına daxil olur – İlk 5 məntəqənin təməli qoyuldu
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
“Landau” sərhədləri aşdı – Özbəkistanda 2 yeni məktəb
Azərbaycan və Özbəkistan ticarət dövriyyəsini 1 milyard dollara çatdıracaq – Proqram qəbul edildi
Ən çox oxunanlar
Hacıqabulda 80 milyon dollar sərmayə ilə avtomobil zavod tikilir - TAM İSTEHSAL OLACAQ
"Bizə deyilənlərə görə, Ermənistan ərazisində tikinti ya bu ilin sonunda, ya da gələn ilin əvvəlində başlayacaq"
SOCAR Özbəkistanın pərakəndə yanacaq bazarına daxil olur – İlk 5 məntəqənin təməli qoyuldu
Əliyev və Mirziyoyev Azərbaycanın Özbəkistanda həyata keçirdiyi layihələrin açılış və təməlqoyma mərasimində iştirak ediblər
"500 milyon dollardan təxminən 160 milyonu artıq müəyyənləşdirilib"























