Dövlət şirkətlərində rəqəmlər dəyişib: ixrac 75%, mənfəət 50% artıb
Azərbaycan İnvestisiya Holdinqinin (AİH) idarəetməsində olan şirkətlər 2026-cı ilin ilk yarısında yüksək artım və ixrac göstəriciləri nümayiş etdirib. “Azər-Türk Bank” ASC-nin xalis mənfəəti 50%, “Azəralüminium” MMC-nin ixrac gəlirləri 46%, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC-nin ixrac gəlirləri isə 75%-dən çox artıb.Azərbaycan İnvestisiya Holdinqinin (AİH) idarəetməsində olan “Azər-Türk Bank”, “Azəralüminium” və “Azərpambıq” 2026-cı ilin ilk yarısında əsas maliyyə, istehsal və ixrac göstəriciləri üzrə əhəmiyyətli artım nümayiş etdirib.
Holdinqdən Marja.az-a daxil olmuş məlumatda bildirilir ki, hesabat dövründə “Azər-Türk Bank”ın xalis mənfəəti 50% artaraq 10,3 milyon manata çatıb, “Azəralüminium”un gəlirləri 41% artaraq 165 milyon manatı, alüminium məhsullarının ixracı isə 46% artaraq 98 milyon ABŞ dollar ötüb. “Azərpambıq”-ın ixrac həcmi isə ötən ilin eyni dövrü ilə müqayisədə 75,26% artaraq 34 milyon ABŞ dollarına çatıb.
Qeyd edilib ki, bu nəticələr AİH-nin idarəetməsində olan müəssisələrdə əməliyyat səmərəliliyinin yüksəldilməsi, maliyyə dayanıqlığının gücləndirilməsi, ixrac potensialının genişləndirilməsi və yüksək əlavə dəyər yaradan fəaliyyət istiqamətlərinin inkişaf etdirilməsi üzrə həyata keçirilən tədbirlərin müsbət nəticələrini əks etdirir.
“Azər-Türk Bank”: maliyyə göstəricilərində 50% artım
“Azər-Türk Bank” 2026-cı ilin ilk altı ayında əsas maliyyə göstəriciləri üzrə artım nümayiş etdirib. Bankın xalis mənfəəti 50% artaraq 10,3 milyon manat, əməliyyat mənfəəti isə 30% artaraq 15,3 milyon manat təşkil edib.
Hesabat dövrünün sonunda Bankın aktivləri 2 milyard manatı, kredit portfeli 828 milyon manatı, depozit portfeli isə 1,5 milyard manatı ötüb. Kapital 14,5 milyon manat artaraq 128,5 milyon manata yüksəlib.
Bankın maliyyə nəticələri ilə yanaşı, dayanıqlı bankçılıq və yaşıl maliyyələşdirmə istiqamətində fəaliyyəti də beynəlxalq səviyyədə qiymətləndirilib. “Azər-Türk Bank” Capital Finance International (CFI.co) tərəfindən “Green Banking Sustainability Pioneer Azerbaijan 2026” mükafatına layiq görülüb.
Bank, həmçinin regional maliyyə inteqrasiyasına töhfə verən IFBS 2026 forumunun rəsmi tərəfdaşı kimi çıxış edib, təhsil və insan kapitalının inkişafı, sosial məsuliyyət və enerji effektivliyinin maliyyələşdirilməsi istiqamətlərində yeni təşəbbüslər həyata keçirib.
“Azəralüminium”: ixrac və mənfəətlilikdə nəzərəçarpan artım
“Azəralüminium” 2026-cı ilin ilk yarısında həm maliyyə, həm də ixrac göstəricilərində yüksək dinamika nümayiş etdirib.
Şirkətin gəlirləri 41% artaraq 165 milyon manatdan çox, EBITDA göstəricisi 41 milyon manat təşkil edib. Mənfəətlilik göstəricisi isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 151% yüksəlib.
Alüminium məhsullarının ixracı 46% artaraq 98 milyon ABŞ dollarını ötüb. Şirkət dövlətə məxsus qeyri-neft ixracatçıları arasında ilk dördlükdə yer tutub. Məhsulların 95%-dən çoxunun xarici bazarlara ixrac olunması “Azəralüminium”un Azərbaycanın qeyri-neft ixracının genişləndirilməsində və yerli sənaye məhsullarının beynəlxalq bazarlarda mövqeyinin gücləndirilməsində mühüm rolunu göstərir.
2018-ci ildən fəaliyyət göstərən müəssisə indiyədək 400 min tondan çox məhsulu istehsal, 1,8 milyard manatdan artıq dəyərdə məhsulu isə ixrac edib.
Hər gün yeni vakansiyalar - AzVak.az-da
Şirkətdə yüksək əlavə dəyərli soyuq yayma və tökmə rulon məhsullarının istehsal və satışının artırılması istiqamətində işlər davam etdirilir. Mövcud proqnozlara əsasən, 2026-cı ilin sonunda şirkətin gəlirlərinin 300 milyon manatı ötəcəyi gözlənilir
“Azərpambıq”: ixrac 75%-dən çox artıb
AİH-nin idarəetməsində olan “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC-də (bundan sonra - Cəmiyyət) istehsal və emal proseslərinin modernləşdirilməsi və əməliyyat səmərəliliyinin artırılması istiqamətində aparılan islahatlar ixrac göstəricilərində də özünü göstərib.
2026-cı ilin ilk yarısında “Azərpambıq”ın ixrac həcmi 34 milyon ABŞ dollarına çatıb ki, bu da illik müqayisədə 75,26% artım deməkdir. “Azərpambıq” dövlət müəssisələri arasında qeyri-neft ixracının həcminə görə ilk beşlikdə yer alıb.
Cəmiyyətdə məhsuldarlığın və keyfiyyətin artırılması məqsədli modernizasiya layihələri çərçivəsində Beyləqan Pambıq İstehsalı və Emalı Zavodunda həyata keçirilən modernizasiya nəticəsində istehsal olunan mahlıcın keyfiyyət göstəriciləri 50%-dən çox yaxşılaşdırılıb. Hazırda Biləsuvar Pambıq İstehsalı və Emalı Zavodunda modernizasiya işləri davam etdirilir.
“Azərpambıq”-ın fəaliyyəti təxminən 3 000 əməkdaşı və 3 152 fermeri əhatə edir. 2025-ci ildə “Azərpambıq” tərəfindən 79 min tondan çox xam pambıq tədarük edilib.
Qarşıdakı dövrdə əsas hədəflərdən biri pambıq istehsalında orta məhsuldarlığın hər hektardan 5 tona çatdırılması, əlavə dəyər zəncirinin genişləndirilməsi və yeni ixrac bazarlarına çıxışın təmin edilməsidir.
İdarəetmədə səmərəlilik, inkişafda dayanıqlılıq
"Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsində olan müəssisələrdə əldə edilən nəticələr maliyyə dayanıqlığının gücləndirilməsi ilə yanaşı, istehsalın modernləşdirilməsi, məhsuldarlığın artırılması, yüksək əlavə dəyərli məhsul seqmentinin genişləndirilməsi və ixracın şaxələndirilməsi istiqamətində sistemli yanaşmanın formalaşdığını göstərir.
AİH qarşıdakı dövrdə də sözügedən portfel şirkətlərinin əməliyyat və maliyyə səmərəliliyinin artırılması, korporativ idarəetmənin təkmilləşdirilməsi, investisiya imkanlarının genişləndirilməsi və Azərbaycanın qeyri-neft sektorunun inkişafına töhfənin gücləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək", - məlumatda bildirilir.
Qeyd edək ki, Azərbaycan İnvestisiya Holdinqi Azərbaycan Respublikası Prezidentinin 7 avqust 2020-ci il tarixli 1120 nömrəli Fərmanı ilə yaradılıb.
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
5 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
3 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
-
- 3 gün sonra
-
6 saat əvvəl
Vens: Rusiya və Ukrayna danışıqlar masasına oturmağa razılaşıb
-
6 saat əvvəl
"PAŞA Bank"ın Gürcüstandakı törəməsi maliyyə vəziyyətini açıqlayıb
-
6 saat əvvəl
Nvidia-nın rəhbəri: Süni intellektə tələb həddindən artıq yüksəkdir, lakin kapital çatışmır
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
İnvestorlar üçün yeni istiqrazlar – İllik 15% gəlir, aylıq faiz ödənişi
-
8 saat əvvəl
Britaniya şirkəti Azərbaycanın Yaşıl Enerji Dəhlizinə sərmayə yatırmaq istəyir
- 8 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
"PAŞA Bank"ın Gürcüstandakı törəməsi maliyyə vəziyyətini açıqlayıb
Dünyanın ən böyük sərvət fondu 30 milyard dollar zərər edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avropaya Azərbaycan elektrik enerjisinin ixracı üçün yeni imkanlar müzakirə olunur – “Zhero” layihəyə maraq göstərir
Dövlət Fondu yeni məhsulunu təqdim etdi – Sahibkarlara 5%-dən başlayan faizlə 50 min manatadək kredit veriləcək
Husilər Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinə zərbə endirib
Rabalon Microsoft texnologiyaları ilə bizneslərə yeni imkanlar açır
Çin şirkəti Azərbaycanda 200 MVt gücündə dəniz külək elektrik stansiyası tikmək imkanlarını araşdırır
Türkiyə Mərkəzi Bankı faiz dərəcəsini aşağı saldı





















