“MilliÖn”ün adından istifadə edilməklə həyata keçirilən fişinq kampaniyası aşkarlanıb
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Milli Kibertəhlükəsizlik Agentliyinin (MKA) əməkdaşları tərəfindən açıq mənbələr üzrə aparılan monitorinq zamanı “MilliÖn” ödəniş sisteminin adından və vizual üslubundan istifadə etməklə həyata keçirilən fişinq kampaniyası aşkarlanıb.
Bu barədə MKA-dan məlumat verilib.
Məlumata görə, bu saxta kampaniya çərçivəsində istifadəçilərə 1 AZN müqabilində 5 GB mobil internet və 80 dəqiqə danışıq paketi təklif edilir. Bu məqsədlə “MilliÖn”ün rəsmi səhifələrini təqlid edən million-az.shop və millionaz.site domenlərində saxta ödəniş səhifələri yaradılıb. Səhifələrdə istifadəçidən kart sahibinin adı və soyadı, kart nömrəsi, kartın bitmə tarixi, CVV kodu, telefon nömrəsi və digər məlumatlar tələb olunub.
MKA-nın apardığı texniki təhlil nəticəsində müəyyən edilib ki, səhifələrdə daxil edilən məlumatların real ödəniş sisteminə, prosessinq mərkəzi və ya bank şlüzünə ötürülməsini göstərən mexanizm mövcud deyil. Əksinə, mənbə kodunda istifadəçinin daxil etdiyi məlumatların saytın idarəedici skripti vasitəsilə üçüncü tərəfə, o cümlədən “Telegram” xidmətinə ötürülməsini təmin edən funksiya aşkarlanıb. Bu isə resursların əsas məqsədinin ödəniş qəbul etmək deyil, bank kartlarının rekvizitlərini toplamaq olduğunu göstərir.
Araşdırma zamanı müəyyən edilib ki, eyni yanaşma yalnız “MilliÖn” adı ilə məhdudlaşmır. “AzərPay” adı altında yaradılmış saxta hesab və domenlərdə də oxşar məzmunlu kampaniya həyata keçirilib. Müxtəlif reklam materiallarının müqayisəsi zamanı eyni şablon və strukturdan istifadə olunduğu, əsasən brend elementlərinin dəyişdirildiyi müəyyən edilib. Bununla yanaşı, “Ulduz Pay” adı ilə yaradılmış saxta hesab vasitəsilə də “millionaz.site” domeninə keçid yerləşdirilib.
MKA-nın monitorinqi nəticəsində kampaniya ilə əlaqəli internet-million.online, miillion.online, millionngb.com və azerpay-az-gb.site.je domenləri də aşkarlanıb.
Ətraflı https://www.cert.az/news/2026/mka-million-hesabat linki vasitəsilə tanış olmaq mümkündür.
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
5 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
3 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
-
- 3 gün sonra
-
6 saat əvvəl
Vens: Rusiya və Ukrayna danışıqlar masasına oturmağa razılaşıb
-
6 saat əvvəl
"PAŞA Bank"ın Gürcüstandakı törəməsi maliyyə vəziyyətini açıqlayıb
-
6 saat əvvəl
Nvidia-nın rəhbəri: Süni intellektə tələb həddindən artıq yüksəkdir, lakin kapital çatışmır
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
İnvestorlar üçün yeni istiqrazlar – İllik 15% gəlir, aylıq faiz ödənişi
-
8 saat əvvəl
Britaniya şirkəti Azərbaycanın Yaşıl Enerji Dəhlizinə sərmayə yatırmaq istəyir
- 8 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
"PAŞA Bank"ın Gürcüstandakı törəməsi maliyyə vəziyyətini açıqlayıb
Dünyanın ən böyük sərvət fondu 30 milyard dollar zərər edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avropaya Azərbaycan elektrik enerjisinin ixracı üçün yeni imkanlar müzakirə olunur – “Zhero” layihəyə maraq göstərir
Dövlət Fondu yeni məhsulunu təqdim etdi – Sahibkarlara 5%-dən başlayan faizlə 50 min manatadək kredit veriləcək
Husilər Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinə zərbə endirib
Rabalon Microsoft texnologiyaları ilə bizneslərə yeni imkanlar açır
Çin şirkəti Azərbaycanda 200 MVt gücündə dəniz külək elektrik stansiyası tikmək imkanlarını araşdırır
Türkiyə Mərkəzi Bankı faiz dərəcəsini aşağı saldı























