Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Prezidentdən “Dənizkənarı Bulvar İdarəsi”lə bağlı FƏRMAN

AzVak-mobil_resmin_ustu_31
Prezidentdən  “Dənizkənarı Bulvar İdarəsi”lə bağlı FƏRMAN
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Prezident İlham Əliyev “Dənizkənarı Bulvar İdarəsi” və Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında Fərman imzalayıb.

Marja xəbər verir ki, Fərmana əsasən, “Dənizkənarı Bulvar İdarəsi” publik hüquqi şəxs “Dənizkənarı Bulvar” Qapalı Səhmdar Cəmiyyətinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək.

Yeni yaradılacaq “Dənizkənarı Bulvar” QSC dövlətə məxsus kommersiya hüquqi şəxs kimi fəaliyyət göstərəcək. Cəmiyyət Bakı şəhərində yerləşən Dənizkənarı Milli Parkın mühafizəsi, ərazisinə nəzarət, idarə olunması və saxlanılması, cari fəaliyyətinin və perspektiv inkişafının təmin edilməsinə cavabdeh olacaq.

Yeni Cəmiyyət “Dənizkənarı Bulvar İdarəsi”nin hüquqi varisi olacaq və İdarənin hüquq və öhdəlikləri, eləcə də əmlakı müəyyən istisnalar nəzərə alınmaqla QSC-yə keçəcək.

Dövlət Bayrağı Meydanı Prezidentin İşlər İdarəsinə verilir

Fərmanla Dənizkənarı Bulvar İdarəsinin indiyədək idarə etdiyi Dövlət Bayrağı Meydanı və Dövlət Bayrağı Muzeyi ilə bağlı səlahiyyətlər ayrılır.

Bundan sonra Bakı şəhərində yerləşən Dövlət Bayrağı Meydanının və Dövlət Bayrağı Muzeyinin mühafizəsi, ərazilərinə nəzarət, idarə edilməsi, saxlanılması, cari fəaliyyəti və perspektiv inkişafının təmin edilməsi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi tərəfindən həyata keçiriləcək.

Dənizkənarı Bulvar İdarəsinin bu obyektlərlə bağlı hüquq və öhdəlikləri, eləcə də əmlakı da Prezidentin İşlər İdarəsinə keçəcək.

Nazirlər Kabinetinə Dövlət Bayrağı Meydanı və Dövlət Bayrağı Muzeyinin bütün əmlakının iki ay müddətində Prezidentin İşlər İdarəsinin balansına verilməsini təmin etmək tapşırılıb.

"Dənizkənarı Bulvar" QSC-də Müşahidə Şurası və İdarə Heyəti yaradılır

Yeni şirkətin fəaliyyətinə ümumi rəhbərlik və nəzarəti sədr daxil olmaqla üç üzvdən ibarət Müşahidə Şurası həyata keçirəcək.

Cari idarəetmə isə üç üzvdən – İdarə Heyətinin sədrindən və onun iki müavinindən ibarət İdarə Heyətinə həvalə olunacaq.

Müşahidə Şurasının sədrini və üzvlərini, həmçinin İdarə Heyətinin sədrini və onun müavinlərini Azərbaycan Prezidenti vəzifəyə təyin və vəzifədən azad edəcək.

Cəmiyyətin nizamnaməsinin təsdiqi və nizamnamə kapitalının məbləğinin müəyyən edilməsi Nazirlər Kabinetinin səlahiyyətində olacaq.

Nizamnamə kapitalı yeni şirkətə keçəcək əmlak hesabına formalaşdırılacaq.

Maliyyə Nazirliyinə xüsusi tapşırıq

Maliyyə Nazirliyi yeni yaradılacaq “Dənizkənarı Bulvar” QSC-nin strukturunun, ştat vahidlərinin və əməkhaqqı sisteminin maliyyə ekspertizasını həyata keçirəcək.

Nazirliyə həmin strukturun, ştatların və əməkhaqqı sisteminin optimallaşdırılması üçün tədbirlər görmək tapşırılıb.

Dənizkənarı Bulvar İdarəsi isə yeni QSC dövlət qeydiyyatına alınan günədək fəaliyyətini davam etdirəcək.

Əqli Mülkiyyət Agentliyində də dəyişiklik nəzərdə tutulur

Fərman yalnız Dənizkənarı Bulvar İdarəsinin yenidən təşkili ilə məhdudlaşmır.

Nazirlər Kabinetinə Əqli Mülkiyyət Agentliyində “Dövlət rüsumu haqqında” Qanunda nəzərdə tutulmuş müvafiq hüquqi faktların qeydiyyatı ilə bağlı xidmət göstərən və hüquqi hərəkətlər həyata keçirən əməkdaşların dövlət qulluqçusu statusunun ləğvi ilə bağlı təkliflərini üç ay müddətində hazırlayaraq Prezidentə təqdim etmək tapşırılıb.

Nazirlər Kabineti həmçinin iki ay ərzində “Dənizkənarı Bulvar” QSC-nin nizamnaməsini təsdiqləməli, Prezidentin İşlər İdarəsinin nəzarətinə keçəcək ərazinin hüdudlarını və həmin ərazidə yerləşən obyektlərin siyahısını müəyyən etməlidir.

25.08.2026 16:44
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19